Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Quli Osetrinə çağırış etdi: Kriminal aləmdə növbəti münaqişə - Foto

Tarix 12.05.19, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


Quli Osetrinə çağırış etdi: Kriminal aləmdə növbəti münaqişə

Nüfuzlu “qanuni oğrular” Nadir Səlifov (Quli) və Eduard Asatryan (Edik Tbilisiski) Zaxariya Kalaşovun (Şakro Molodoy) həbsi fonunda varis saxlamaması münaqişə yaranıb. 

Reyting.az xarici mediaya istinadla bildirir ki, münaqişə keçmiş “qanunçu” Besik Kvinixidzenin (Beso Rustavski) Saratov vilayətində “oğru” qaydalarının tətbiqi ilə statusunu bərpaya cəhdi səbəbindən ortaya çıxıb. 

Asatryan işarə edib ki, “oğrular”ın ona “çoxlu sualı” var. Səlifov öz növbəsində opponentinə xatırladıb ki, “qanuni oğru” Nodari Asoyan (Nodar Rustavski) iki ildir açıq şəkildə onu “zibil” adlandırır və onun bundan xəbəri olsa da, reaksiya vermir. 

“Və buna baxmayaraq, mən sizinlə bərabər olaraq danışıram. Yaxşı formada, sən ya bunu araşdır, ya da adını çəkmə. Sonda, əgər lazımdırsa, mən özüm görüş təşkil edəcəm, biz oğrular bu məsələyə nöqtə qoyacağıq”, - Səlifov Asatryanla telefon danışında vurğulayıb. 

Quli Osetrinə çağırış etdi: Kriminal aləmdə növbəti münaqişə
Besik Kvinixidze

Quli təklif edib ki, Beso Rustavskinin statusu həbsxanadan çıxan kimi bərpa olunsun. “Besoya gəldikdə, əgər o, həqiqətən “oğru aləmi” üçün bu qədər iş görübsə, onaəl uzadılmasına layiqdir, sualları isə azadlığa çıxandan sonrakı görüşdə vermək olar”, - Səlifov deyib. 

Karıxmış Asatryan isə cavabında deyib ki, Kvinixidzenin nailiyyətləri haqda heç nədən xəbəri yoxdur. 

Kvinixidze 2010-cu ilin əvvəlində “taclandırılıb”. Sonradan peterburqlu “qanunçular” cəmiyyətə guya aldatma yolu ilə daxil olduğuna görə onu statusdan məhrum ediblər. Beso 2006-cı ildə Butırka həbsxanasındakı münaqişədə susub. O zaman onu müəssisənin administrasiyası qarşısındakı davaya görə döyüblər və “obşak”dan çıxarıblar.








Xəbərin oxunma sayı : 667




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap