Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanlı ailə əti əvəzləyən pendir istehsal edir –VİDEO

Tarix 12.05.19, 20:29

Font ölçüsü : - / +
bitmap-img6


Niftəliyevlər ailəsinin Quba “ABAD Factory” İstehsalat Kompleksində istehsal olunan pendir dadı və xüsusiyyətlərinə görə, məhsulun digər növlərinə heç bənzəmir. Bu pendiri bişirmək, qızartmaq eləcə də dolma, düşbərə kimi yeməklərdə ət əvəzinə istifadə etmək mümkündür

Niftəliyevlər ailəsi artıq 20 ildən çoxdur süd məhsullarının istehsalı ilə məşğul olur. Ailənin başçısı Ədalət Niftəliyev ixtisasca mühəndisdir. Ailənin qida məhsullarının istehsalı sahəsinə marağı vegetarian həyat tərzini seçdikdən sonra yaranıb.

“25 il bundan əvvəl mən ailəmlə birlikdə vegetarian olmaq qərarı verdik. Bu həyat tərzini seçəndən sonra bizim qida rasionumuz xeyli azaldı. Mən onda fikirləşdim ki, özümüz və digər vegetarian ailələr üçün belə bir pendir məhsulu hazırlayım. Pendir və ümumiyyətlə süd məhsulları haqqında xeyli ədəbiyyat oxudum. Çünki süd məhsulları vegetarianların əsas qidasıdır. Dünyada olan bütün pendir növləri haqqında öyrəndim. Sonra hər növün xoşuma gələn keyfiyyətlərini özündə birləşdirən bir pendir istehsal etməyə başladım. Ortaya yeni növ dadlı bir pendir çıxdı”, -deyə Ədalət Niftəliyev söyləyib.

“ABAD”çı ailənin hazırladığı pendir bir çox keyfiyyətləri özündə birləşdirir. Bu pendiri bişirdikdə, qaynatdıqda və qızartdıqda ərimir və formasını dəyişmir. İkincisi, bu pendiri hisə vermək mümkündür. Ən əsası isə pendir istehsal prosesindən keçdikdən sonra südün, qaymağın ilkin dadını özündə saxlayır.

“Biz pendiri özümüz, ailəmiz üçün hazırlayırdıq. Satışını heç cür təşkil edə bilmirdik. Sonra eşitdik ki, “ABAD” adlı bir qurum var və bu qurum bizim kimi ailələrə tək avadanlıqlardan istifadədə deyil, eyni zamanda, satışın həyata keçirilməsi kimi bir çox xidmətlərdə dəstək olur. Hazırda bizim ailəmizin məhsulu üçün “Baharat” brendi yaradılıb və pendirimiz artıq bazarda tanınır”, -deyə müsahibimiz qeyd edib.

Niftəliyevlər ailəsinin hazırladığı pendirin kökü Hindistanın pendir növlərinə söykənir. Hazırda yeganə pendir növüdür ki, onu qızartmaq mümkündür.

Niftəliyevlərin “Baharat” pendiri “ABAD” bakaleyalarında və paytaxtın bir çox hipermarketlərində satışa çıxarılır.

Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı ötən ilin oktyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilib.

Quba “ABAD” Regional Mərkəzinin direktoru Elxan Nağıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, ikimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Buraya quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.

Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarların xammalının istehsalata ötürülməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması yönündə mühüm işlər görülür.

Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailə fəaliyyət göstərir/Azərtac.






Xəbərin oxunma sayı : 337




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap