42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar Afaq bu alt paltarında POZA verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Rəqsanənin qızından EHTİRASLI rəqs- VİDEO

  • / Maqazin / — 28 İyul 2019

    Hadisə erotik paylaşımı ilə gündəm oldu - Video

Məktəblilərin intihar etməsinin səbəbləri: Komitə sədri açıqladı

Tarix 15.05.19, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


"Məktəbli intiharları ilə bağlı xəbərlər hər kəsi narahat edir. Bunlar kütləvi deyil, lakin tək-tük hallar olsa belə narahatedicidir” 

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlı məktəbli intiharlarından danışarkən deyib.
O bildirib ki, şagirdin intihar etməsinin səbəbi məktəb və ailə arasında olan boşluqlardan yaranır: "Məktəbli hələ gəncdir, o həyatı tam dərk etmir. Düşünürəm ki, burada valideynlərin nəzarətsizliyi, laqeydliyi əhəmiyyətli rol oynayır. Onlar öz işləri ilə məşğul olurlar, uşağı nəzarətsiz qoyurlar. Digər tərəfdən məktəbdə psixoloqların, uşaqlarla işləyən sinif rəhbərinin, məktəbin bir çox qurumlarının üzərinə böyük yük düşsə də, boşluqlar var”. 

Deputat bildirib ki, ailə ilə məktəb arasında əlaqələr zəifdir. "Məktəbli birdən-birə intihara əl atmır. O, depressiyaya düşür, özünə qapanır. Ailədə və məktəbdə bunu görmürlər? Bu, uşağa olan diqqətsizlikdir. Hərdən uşaq özünə diqqət çəkmək istəyir və ani olaraq addım atır. Həmin an onu əzizləyən, nə baş verdiyini soruşan olsa, bu cür hallar baş verməz. Uşaq çıxış yolu tapmır və nəticədə intihara əl atır”. 

A.Naxçıvanlı qeyd edib ki, hər bir valideyn uşağının kiminlə münasibətdə olduğunu bilməlidir. 

"Məktəblərdə yaxşı psixoloqlar olmalıdır. 6-7 ay kursa getməklə psixoloq olmaz. Psixoloq tam təhsil almış, peşəkar insan olmalıdır. Birinci növbədə məktəbdə psixoloqların sayı çoxalmalı və onlar professional olmalıdırlar. Məktəblə valideynin əlaqəsi daha da möhkəm qurulmalı, bu işdə maarifələndirmə işləri aparılmalıdır”. 



Xəbərin oxunma sayı : 223

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda