Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Generalın qohumunun davası: daha bir gənc qandallandı

Tarix 16.05.19, 12:50

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda kütləvi dava və atışmada iştirak edən gənclərdən daha biri saxlanılıb.

AzFakt.com "Report”a istinadla xəbər verir ki, bu, 30 yaşlı Aqşin Salmanovdur.

Qeyd edək ki, indiyədək hadisə ilə əlaqədar Bakı şəhər sakinləri İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli saxlanılmışdı.

Xatırladaq ki, hadisə mayın 13-də axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb. Bakı sakinləri Əzizov İsa Nadir oğlu və Binnətəliyev Samir Teyyub oğlu onlarla birlikdə olan digər şəxslərlə bir-birilərinə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki "Vinçester” markalı silahdan atəş açıb.

İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Hadisə zamanı kütləvi davanın iştirakçılarından "Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb.

Hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.



Xəbərin oxunma sayı : 211




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap