Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı - FOTO

Tarix 20.05.19, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə “Avropa Kuboku – 2019” yarışmasının növbəti mərhələsi keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub

AzFakt.com xəbər derir ki, ölkəmizə yeganə medalı “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (-81 kq) qazandırıb.

Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə erməniəsilli rusiyalı idmançı Kareqin Şahlamcyana, növbəti mərhələdə isə Avstriyanı təmsil edən Saif-İslam İslamxanova qalib gəlib.

1/4 finalda daha bir rusiyalı cüdoçunu – Pavel Berlini mübarizədən kənarlaşdıran Murad yarımfinalda portuqaliyalı Miqel Alveşi məğlub edərək finala yüksəlib. Finalda cüdoçumuzun rəqibi rusiyalı Turpal Tepkayev olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı Murad ipponla yekunlaşdırıb və qızıl medala layiq görülüb.

Azərbaycan komandası əldə etdiyi bir qızıl medalla turnirdə kişilər arasında üçüncü, ümumi hesabda beşinci pillədə yer alıb. Birinci yeri Rusiya (10 qızıl, 8 gümüş, 14 bürünc medal), ikinci yeri Belarus (1 qızıl, 1 gümüş, 1 bürünc medal), üçüncü yeri isə Fransa (1 qızıl, 1 gümüş medal) komandası tutub.








Xəbərin oxunma sayı : 241




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap