Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Masazırda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb - İcra başçısının qəbulunda olay

Tarix 21.05.19, 13:01

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bu günlərdə Masazırda sakinlərlə görüşü vaxtı gözlənilməz anlar yaşanıb.

AzFakt.com xəbər verir ki, vətəndaşlardan biri Bələdiyyə sədri Siyanfər Əliyevi ifşa edən sənədlər ortaya çıxarıb. Məlum olub ki, bələdiyyə sədri Abşeron rayon sakini Həziyeva Xanımnaz Araz qızına məxsus evin sənədlərini saxtalaşdıraraq 130 min manata başqasına satıb

 Onun başçıya təqdim etdiyi sənədlərdən məlum olub ki, Masazır kənd ərazisindən torpaq almış, 2011-ci ildə Masazır kənd bələdiyyə sədri Siyanfər Əliyevin 10.08.2011-ci il tarixli 981 saylı Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba əsasən ona 30.11.2011 tarixli 2437 saylı sərəncamla fərdi yaşayış evinin tikilməsinə icazə üçün sərəncam verilib. Bundan sonra vətəndaş öz torpağında ikimərtəbəli fərdi yaşayış evi tikib. Amma üstündən illər keçdikdən sonra qəribə olay baş verib.

Masazır bələdiyyə sədri onun üzərində ikimərtəbəli evi olan torpağını başqa bir şəxsə 130 min manata satıb. X.Həziyyevanın qanuni mülkiyyət hüquqlarını təsdiq edən sənədlər ortada olmasına baxmayaraq, həmin mülkiyyətlə bağlı Əliyeva Kübra Şirin qızına aid yeni sənədlər tərtib edilib.

Bu məsələni səyyar qəbulda icra başçısı qarşısında qaldıran vətəndaş həm də hüquq mühafizə orqanlarına müraciət edib məsələnin həlli üçün onlardan yardım istəyib. (bakipost.az)



Qeyd edək ki, Masazır bələdiyyə sədri Siyanfər Əliyevin əməlləri haqda mediada dəfələrlə yazı dərc olunub. Bələdiyyə sədri haqqında cinayətkar qruplarla iş birliyindən tutmuş qanunsuz əməllərinə qədər müxtəlif iddialar səslənib. Bu iddialara rəsmi münasibət bildirilməsə də, S.Əliyevin bir çox epizodlar üzrə hüquq mühafizə orqanlarında dindirilməsi ittihamların haqsız olmadığını göstərir. 

Mənbə: bakupost.az


















Xəbərin oxunma sayı : 8992




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap