Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tereza Mey istefa verdi: bu tarixdə postunu tərk edəcək

Tarix 24.05.19, 17:29

Font ölçüsü : - / +
bitmap-img6


İngiltərənin baş naziri Tereza Mey 7 iyun tarixində postunu tərk edəcək.

Euronews xəbər verir ki, baş nazir açıqlamasında "Brexit" prosesini yekunlaşdıra bilmədiyi üçün təəssüf hiss keçirdiyini bildirib. Mey nitqində göz yaşlarına boğulub və baş nazir kimi xidmət etməyi böyük şərəf adlandırıb.

Tereza Meyi belə bəyanat verməyə partiyadaşları, o cümlədən onun "Brexit" üzrə Avropa İttifaqı ilə yeni saziş təklifindən narazı qalan Nazirlər Kabineti üzvləri məcbur ediblər.

Bu isə o deməkdir ki, o, ölkənin baş naziri vəzifəsini də tərk etməlidir. Ancaq iyunun 7-də istefa verməsi ona iyun ayının əvvəlində Londona rəsmi səfər edəcək ABŞ Prezidenti Donald Trampı qəbul etməyə imkan verəcək.

Qeyd edək ki, partiyanın yeni liderinin seçimi prosesinə rəsmən iyunun 7-dən sonra başlanılacaq. Ancaq hazırda əsas namizəd - sabiq xarici işlər naziri Boris Conson namizədliyini irəli sürməyi planlaşdırdığını açıqlayıb. Belə imkanı həmçinin İcmalar Palatasının sabiq lideri Andrea Lids də nəzərdən keçirir. Potensial namizədlər arasında eyni zamanda xarici işlər naziri Ceremi Hant və daxili işlər naziri Sacid Cavid də var.

Yeni lider seçilənə qədər - bu proses, təxminən altı həftə çəkir - T.Meyin baş nazir vəzifəsini müvəqqəti icra edəcəyi gözlənilir.



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap