Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Keşikçi Dağ haqqında maraqlı faktlar: Qayadakı şəhər

Tarix 06.06.19, 22:43

Font ölçüsü : - / +
bitmap-img6


2019-cu ilin yazında David Qareca ətrafında vəziyyət postsovet tarixi boyunca ilk dəfə kəskin münaqişə xarakteri aldı. Bu münaqişə gürcü milliyyətçilərin açıq aksiyalarına çevrildi, onlar Gürcüstanın kompleks üzərində hüquqlarını irəli sürdülər. Gürcüstan və Azərbaycan açıq münaqişə və Cənubi Qafqazda yeni qarşıdurma həddinə çatdılar.

Ölkələr üçün mürəkkəb olan dövrlərdə, o cümlədən Rusiyanın Gürcüstana qarşı avqust müharibəsində sınaqdan çıxmış müttəfiqlik münasibətləri şəraitində bütün Gürcüstan cəmiyyətinin olmasa da, onun bir hissəsinin belə düşmənçilik partlayışı hər iki ölkənin siyasətçiləri üçün həyəcan siqnalı oldu. Hər iki ölkə hökumətinin fəallığını müşahidə edirik - delimitasiya komissiyası formalaşdırılıb, gərginliyi azaltmağa yönəlmiş bəyanatlar səslənir.

Kompleksin Gürcüstana mənsubiyyəti haqqında tezisi səsləndirən Gürcüstan tərəfi aşağıdakı arqumentləri göstərir:

Bu, gürcü pravoslav kilsəsi tərəfindən yaradılmış tarixi kompleksdir.

Bu abidə özlərini Qafqaz Albaniyasının varisləri hesab edən azərbaycanlıların iddia etdiyi kimi Qafqaz Albaniyasına aid deyil.

Azərbaycanlıların bu abidə ilə heç bir əlaqəsi yoxdur, belə ki, onlar Qafqazda gəlmə xalqdır.

Tarix həssas mövzudur, amma gürcü milliyyətçilərin David Qareca üzərində iddialarının təməli kimi məhz ondan istifadə olunur. Başqa arqument və iddia yoxdur.

Poliqon

1978-ci ilin iyul ayı. Qarayazı artilleriya poliqonu. Bir aya yaxın atışlardan sonra biz, artilleriyaçıların qarşında partlamamış mərmilərin zərərsizləşdirilməsi məqsədilə top zərbələrinə məruz qalan sahəni təmizləmək tapşırığı qoyuldu. Bizim bölməmiz tapşırılmış istiqamətdə hərəkət edirdi. Biz yanmış ovalıqdan keçir, partlamamış mərmilərin yanına qırmızı bayraqlar dikirdik. Uzaqda dik əhəngdaşı yamacında kvadrat oyuqları olan dağ silsiləsi göründü. Qarşıya qoyulmuş vəzifəni yerinə yetirdikdən sonra oraya yollandıq. Dağdakı kvadrat oyuqlar əllə oyulmuşdu. Onlar təxminən 20 metr yüksəklikdə oyulmuşdu. Oraya istər yuxarıdan, istərsə də aşağıdan yalnız alpinist təchizatı ilə dırmanmaq olardı.

Həmin vaxt mən düşündüm ki, çox güman ki, keçmiş zamanlarda buralarda yaşayan insanlar yerləşdikləri yeri nəzərə alaraq, bu cür məskənlərdən düşmən hücumlarına qarşı yeganə sığınaq kimi istifadə edirdilər. Yaxınlıqda, dağın bir qədər yuxarısında yerləşən istehkam şəklindəki tikili (kiçik forpost kimi bir şey) də buna dəlalət edirdi. O, qismən keşikçi qülləsi və müdafiə divarı olan dağ zirvəsi idi. Forpostun ən istehkamlı hissəsinə yalnız qayada oyulmuş dar nərdivan oyuğundan çıxmaq olurdu. Buraya yalnız bir nəfər sığardı ki, bu da qüllənin hücumçular tərəfindən ələ keçirilməsinin müvəffəqiyyətsiz olmasına səbəb olurdu. Kiçik forpost ərazisində dağda oyulmuş təxminən 15 kv. m-lik kiçik kilsə var idi. Divarlarda insanların deyil, zamanın korladığı xristian müqəddəslərinin obrazları əksini tapmışdı. Amma gil torpaqda qoyunların yeni dırnaq izləri göünürdü. Görünür, hava pis olduqda çobanlar sürü ilə buraya sığınırdılar. Hər şey qədim sivilizasiyanın buranı çoxdan tərk etdiyini göstərirdi. Bu yer poliqona çevrilməzdən çox-çox əvvəl. Həmin vaxt mənim gəldiyim nəticə forpostdakı quyunun da, çay yataqlarının da qurumuş olmasına əsaslanırdı. Su buranı tərk etdikdən sonra insanlar da tərk etmişdilər.

Azərbaycanlılar David Qareca rayonundakı mağara və qüllə kompleksini Keşikçi Dağ adlandırırlar. Bu ad əsassız deyil. Bizim dırmandığımız qayanın zirvəsindən Böyük Qafqaz Dağları istiqamətində xeyli uzaq məsafədə iki forpost müşahidə etmək olurdu. Forpostlar bir dağ silsiləsində elə yerləşmişdi ki, vizual olaraq öz nəzarət zonasındakı vəziyyət haqqında məlumat mübadiləsi aparmağa imkan verirdi.

Mağara və forpost ərazisində mərmi partlayışı, nə də partlamamış mərmi görmədik, bu, o deməkdir ki, sovet komandanlığı abidəyə hörmətlə yanaşırdı. Amma məni insanların öz abidələrinə və tarixlərinə qarşı bu qədər biganə olması sarsıdırdı. Biz Azərbaycan yaxud Gürcüstan ərazisində olduğumuzu bilmirdik, həmin vaxt bizim üçün hər şey şərti idi. Kimsə etiraz edə bilər ki, orada poliqon - qadağan edilmiş zona var idi. Oraya getməyi qadağan edirdilər. Amma, axı çobanlar oraya gedirdilər.

5 iyun 2019

Bu gün mağara-məskən ilə bağlı tarixdə axtarış aparmalı oldum. İnternetdə "Qafqaz" qəzetinin 1847-ci il buraxılışlarının məcmusunun faksimilesini tapdım. Vışeslavtsev P.-nin Tiflisdən Vladiqafqaza qədər yol (Yol qeydləri) məqaləsi. O, məqalədə yazır ki, gürcülər özləri etiraf edirdilər ki, dağlarda oyulmuş kvadrat mağaralar atəşpərəst Gebrlərin dövrünə aiddir. Onları hətta gebrlərin sərdabələri də adlandırırlar, ölənləri yandırdıqdan sonra onların insan üçün əlçatmaz olan külünü burada saxlayırdılar. Müəllif yazır ki, Gürcüstan tarixinə görə, xristianlıqdan əvvəl atəşpərəstlik dini (zərdüştlik.-red.) hökmran olub və onların paytaxtı Mtsxeta idi. Gürcülər bu gün də zərdüştlüyün Gürcüstan ərazisində xristianlıqdan əvvəl yayıldığını inkar etmirlər.

Tarixçilər zərdüştlüyün eramızdan əvvəl I minillikdə Kiçik Qafqaz bölgəsindən yayılmağa başladığı fikri ilə razıdırlar.

Uplistsixdə əl ilə oyulmuş mağaraların mənşəyinin tarixinin bu təsviri onların Qafqazda xristianlıqdan əvvəl ortaya çıxdığına dəlalət edir

Vikipediya

Gebrlər (farsca زرتشتیان, بهدینان‎ [zærtoʃtijɒ`n], [behdinɒ`n]) - İranda zərdüştlüyə sitayiş edən ən qədim etnik-konfessial qrup.

Müasir zərdüştlər astronom Z.Bəhruzun hesablamalarına əsaslanan "Zərdüştlük dini erası" tarixini qəbul ediblər. Ona əsasən Zərdüştün "inanc qazanması" e.ə. 738-ci ildə baş verib.

Qafqaz Albaniyası (öz adı məlum deyil, qədim yunanca:Ἀλβανία, qədim ermənicə: Աղուանք [Алуанк], yeni ermənicə: Աղվանք [Aqvank], farsca: Arran [13]) - e.ə. II əsrin sonlarında - I əsrin ortalarında şərqi Zaqafqaziyada yaranmış, müasir Azərbaycan, Gürcüstan və Dağıstanın ərazilərinin bir hissəsini əhatə edən qədim dövlət.

Mənim fikrim

Azərbaycanlılar deyəndə ki, Keşikçi Dağ mağara kompleksləri alban dövrünə aiddir, onlar yanılırlar. Və tarixi araşdırmalardan göründüyü kimi, onlar daha da qədimdir. Xristianlığın ortaya çıxması ilə Qafqaz Albaniyasının qədim ibadətxanalarında xristian kilsələri, monastırları, hücrələri yaranmağa başladı və məsələn, Roma imperiyasına, Rusiyada, ərəb və türk dünyasında və s. dinlərin transformasiyaları dövründə qanunauyğun olaraq bu, baş verib.

Gəlmələr haqqında

Bütün Qafqaz xalqlarından məhz azərbaycanlılar zərdüştlüyü mədəniyyətlərinin, dünyagörüşlərinin dominantı olaraq qoruyub saxlayıblar. Novruz - yaz gecə-gündüz bərabərliyi bayramının kökü zərdüşlüyə gedib çıxır. Və hətta müasir Azərbaycan ərazisinə 7-ci əsrin ortalarında ərəb istilası zamanı nüfuz edən islamın qəbulundan sonra belə zərdüştlük postulatları azərbaycanlıların mənəvi əsası olaraq qalmağa davam edib. İslam mental təfəkkürdə təkallahlılıq dinlərinin əsasını təşkil edən zərdüştlüyün köklərini kəsə bilməyib. Göründüyü kimi, bu, İslamın zərdüştləri "kitab əhlinə" aid etməsindən irəli gəlib. Quranda bu termindən dəfələrlə istifadə olunur.

Belə olan halda sual yaranır: azərbaycanlıların şəxsində gəlmələr necə iki min ildən çox tarixi olan Qafqaz dini ənənələrinin daşıyıcısına çevrilib və onun mədəniyyətini öz mənəvi mənlikləri kimi qoruyub saxlaya bilib? Niyə gürcülərdə bu baş verməyib?

Mən tarixçi deyiləm. Amma mən faktdan danışıram. Qafqaz regionunda təkcə Azərbaycan Novruzu dövlət bayramı kimi qeyd edir.
Bütün xalqlar nə vaxtsa haradansa gəliblər, bütün xalqlar müxtəlif etnos və qrupların qarışığıdır. Və bu qarışıq nəticəsində müxtəlif mərhələlərdə - kimində tez, kimində gec xalq və çox-çox sonradan millət özünüdərki formalaşıb. Hansı qandan çox, hansı qandan az olduğu aydın deyil. Amma hər şeyi tarixi əlamət müəyyən edir. Azərbaycanlıların tarixi əlaməti isə bəzi gürcülərin təxmin edə biləcəyindən daha qədimdir.

Nə etmək

Qafqaz daxili müharibələr üçün çox kiçik yerdir - hansı tərəfə dönsən kimisə incidəcəksən. Gürcülərin, azərbaycanlıların və ermənilərin tarixdə bir dəfə - çar Rusiyası dağıldığı dövrdə Qafqaz Avropa İttifaqı kimi bir vahid məkan yaratmaq şansı olub, amma onlar bu şansı əldən veriblər - üç xalqın Konfederasiyası yaranar-yaranmaz dağılıb. Bunun nəticələri acınacaqlı olub.

SSRİ-nin dağılmasından sonra tarix ikinci dəfə belə bir şans verdi, onlar bu şansı da, demək olar ki, əldən verirlər. Və David Qareci ətrafındakı hadisələrdən göründüyü kimi, sadəcə sözdə deyil. Bir çox sağlam düşüncəli azərbaycanlılar, ermənilər və gürcülərlə razılaşmaq olar ki, bu cür mübahisəli məsələlərin həlli vahid açıq Qafqaz məkanının yaradılmasından keçir. Başqa yol yoxdur. Deyirlər ki, atalar üçdən deyib. Amma üçüncüsünü görmək istəməzdik. (yenisabah.az)










Xəbərin oxunma sayı : 154




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap