|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Sultan bəyin məzarı həqiqətənmi Bursadadır? - Açıqlama
Tarix 08.06.19, 12:22 |
|
Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov Bəy Sultanovun qardaşı, erməni generalı Andranik Ozanyanın qoşununu darmadağın edən Sultan bəy Sultanovun məzarının Türkiyənin Qars vilayətinin Koçköy kəndində olması barədə təxminlər mövcuddur. Xalq qəhrəmanının məzarının abadlaşdırılması vacib məsələdir, lakin bəzi araşdırmaçılar hesab edirlər ki, Sultan bəyin gerçək məzarı Bursa şəhərindədir. Ona görə də onun məzarının Qarsda olması barədə qəti fikir söyləmək mümkün deyil. Hələ 2016-cı ildə məzarın baxımsız vəziyyətdə olması xəbəri mətbuatda yayılanda millət vəkilləri Mahir Abbaszadə və Qənirə Paşayeva dərhal reaksiya verərək məzarın abadlaşdırılması üçün mühüm addımlar atılacağını bildirmişdilər.
Bu yaxınlarda sözügedən mövzu ilə bağlı Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədr müavini Samir Adıgözəlli Koçköydə Sultan bəyin abidəsinin ucaldılması üçün deputat Mahir Abbaszadədən addım atmasını gözlədiyini bildirmişdi. Qeyd edək ki, BDM sədri İsmayıl Ağayevin rəhbərliyi ilə 2 il öncə Koçköy kəndində Sultan bəyin ehtimal olunan məzarı önündə tədbir keçirilmiş, məzarın üstünə portreti qoyulmuşdur. Karabakhmedia.az olaraq mövzunun aktuallaığını nəzərə alaraq Xalq qəhrəmanının məzarının yerinin dəqiqləşdirilməsi və həyatının mühacirət dövrünun araşdırılması üçün gələcək planlar barədə tarix elmləri doktoru, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixinin araşdırıcısı Nəsiman Yaqublunun və Laçın rayonundan olan tanınmış ziyalıların fikirlərini öyrəndik. Təsdiqlənməmiş məlumatlara görə Sultan bəy Paşabəy oğlunun məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndindədir. Ona görə təsdiq edilməmiş məlumatdır ki, həmin kənddə bəyin adına deyilən məzarın üzərində təsdiqedici heç bir məlumat yoxdur. Taixçi alim Nəsiman Yaqublu təxminən üç il əvvəl belə bir açıqlama vermişdi ki, Məhəmməd Kəngərli və Cəmil Ünalın ona dediklərinə görə Sultan bəyin məzarı Bursadadır. Sultan bəyin məzarı Bursada həqiqətən olduğunu öyrənmək üçün Nəsiman Yaqubluya müraciət etdik.
Təsdiqlənməmiş məlumatlara görə Sultan bəy Paşabəy oğlunun məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndindədir. Ona görə təsdiq edilməmiş məlumatdır ki, həmin kənddə bəyin adına deyilən məzarın üzərində təsdiqedici heç bir məlumat yoxdur. Taixçi alim Nəsiman Yaqublu təxminən üç il əvvəl belə bir açıqlama vermişdi ki, Məhəmməd Kəngərli və Cəmil Ünalın ona dediklərinə görə Sultan bəyin məzarı Bursadadır. Sultan bəyin məzarı Bursada həqiqətən olduğunu öyrənmək üçün Nəsiman Yaqubluya müraciət etdik.
N.. Yaqublu bizimlə söhbətində bildirdi ki Sultan bəyin məzarını görmədiyi üçün harada olduğunu dəqiq bilmir.
"Düzü, aradan keçən illər ərzində unutmuşam ya Məhəmməd Kəngərli, ya da Cəmil Ünal mənə bu məlumatı demişdi. Belə eşitmişəm ki, Sultan bəy Türkiyəyə gələndə bir sıra yerlərə gedib, daima yaşamaq üçün Bursanı seçib. Dediklərinə görə Bursanı ona görə seçib ki, oranın dağları, meşələri, ümumiyyətlə təbiəti Laçına çox oxşayırmış. Ona görə də eşitdiyimə görə Bursada yaşamağa üstünlük vermişdir. Lakin Sultan bəyin məzarının yeri haqqında məndə informasiya yoxdur və bunu kimlərsə deyirsə onu təsdiq etməlidir. Xosrov bəyin məzarı tapıldı, yeri də bilindi, məzar daşında onun haqqında yetərli məlumat da vardır. Sultan bəyin məzarı haqda isə belə qəti fikir söyləmək çətindir".
Məhəmməd Kəngərli ilə Cəmil Ünalın Sultan bəylə görüşdüklərini isə tarixçi alim belə cavablandırdı: "Xeyr, onların görüşləri olmayıb, çünki həmin dövrdə onlar heç Türkiyədə olmayıblar. Məlum olduğu kimi Sultan bəy 1942-ci ildə dünyasını dəyişəndə artıq ikinci dünya savaşı başlamışdı. Məhəmməd Kəngərli həmin vaxt Almaniya tərəfdə legionerlərin tərkibində sovetlərə qarşı döyüşdə idi. Cəmil Ünal isə həmin dövrdə azyaşlı uşaq olub. Həmin dövr çox ağır bir dövr idi, müharibənin dəhşətləri hamının başını qatmışdı. Sultan bəylə əlaqəsi olan adamlardan demək olar ki, heç kəs qalmayıb, müharibə gedirdi, bəziləri legionerlərin tərkibində vuruşurdular. Yaşlı nəslin çoxu dünyasını dəyişib, bəyi şəxsən tanıyanların bəziləri isə siyasi baxışlarına görə həmin vaxt Türkiyədən qovulmuşdular. Yəni mənim bundan artıq məlumatım yoxdur".
Mövzu ilə bağlı Laçın rayonunun tanınmış ziyalısı Qəzənfər Hüseynovdan da münasibət öyrəndik: "Bir qeyri hökümət təşkilatı mənsubu Türkiyənin Kars ətrafında Köçköy məzarlığında tapdıqları və ətrafında şəkil çəkdirdikləri məzarın rəhmətlik Sultan bəy Paşabəy oğluna aid olduğunu iddia edirlər. Bu məzarın bəyə məxsus olması dəqiqləşmədiyi üçün həmin iddianı yanlış hesab edirəm. Mənə elə gəlir ki, onları bəyin məzarının həmin kənddə olmasına inandıran bir fakt var ki, aldığım məlumata görə həmin kənddə yaşayan əhalinin soyadları Laçındır. Bu olduqca əsassız bir faktdır, birinci ona görə ki, Sultan bəy sovet höküməti qurularkən Azərbaycandan mühacirətə gedəndə, indiki Laçın rayonu və bu adda şəhər yox idi. Laçın şəhəri 1923-cü ildə şəhər kimi tikilməyə başlamış və bu adı şəhərin üst hissəsində yerləşən Laçın dağından almışdır. Türkiyədə onların getdikləri kənd tərəkəmə camaatı olub, orada bir nəfər də olsun belə Laçın rayonundan gedən əhali yoxdur. Ola bilsin ki, həmin məzar Sultan adlı bir nəfərindir, ancaq Paşabəyin oğlu Sultan bəyə məxsus olması çox tərəfdən təsdiqini tapmalıdır. Düşünürəm ki, bəyin məzarının tapılması elmi tədqiqat işidir, QHT işi deyil. Mən bilmirəm onlar hansı maliyyə mənbəyi ilə Türkiyəyə səfər edib, məzar tapıb, orada şəkillər çəkdirib, Sultan bəyin məzarını guya tapdığınızı iddia etmişlər, ancaq bizim rayondan Milli Məclisə deputat seçilmiş Mahir Abbaszadə və onunla bərabər bizim Laçın rayondan bir qrup ziyalılar onların tapdıqları məzarı daha əvvəl və sonralar da öz şəxsi vəsaitləri hesabına ziyarət etmişlər, ancaq əsaslı faktlarla həmin məzarın Sultan bəy Paşa bəy oğluna məxsus olduğu öz təsdiqini tapmamışdır. Mahir Abbaszadə işçi qrupu yaratmış, bu gün də bəyin məzarının tapılması istiqamətində ciddi iş aparılır. Ona görə də mən bir qrup Laçının tanınmış ziyalıları xahişi ilə onların və öz adımdan Samir Adıgözəllinin newscenter.az adlı saytda gedən yazısına etiraz edir və istədikləri vaxt onlarla bu mövzunu müzakirəyə hazır olduğumuzu bəyan edirəm. Onu da əlavə edim ki, Sultan bəyin bəylik şəcərəsini arxivlərdən İsmayıl Ağayevin tapması haqda saytda gedən məlumatlar da yanlışdır. Sultan bəyin mənsub olduğu şəcərənin bəylik statusu haqda şifahi məlumatlar bizim yaddaşımızda olmaqla bərabər, tarix elmləri doktoru, professor Şikar Qasımovun Sultan bəy haqda elmi kitabında rəsmi sənədlərlə qeyd edilmişdir. Lakin atalar məsəlində deyildiyi kimi "yanlış da bir naxışdır", onların yanlışı bizi həqiqətə doğru aparır. Lap yaxın vaxtlarda Sultan bəyin məzarının yerinin dəqiqləşməsi işləri yekunlaşmaq üzrədir".
"Millət vəkili Mahir Abbaszadənin təşkilatçılığı ilə Sultan bəyin qəbrüstü abidəsini ucaltmaq üçün Qarsa yola düşdük".
Sultan bəyin Qarsda iddia olunan məzarının eskiz layihəsini hazırlayan memar Azər Məmmədov da məzarın Sultan bəyə aid olmasına şübhə edir: "Mən eşitmişdim ki, Xalq qəhrəmanı Sultan bəyin məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndində tapılıb və məzarın indiyədək üstü götürülməyib. Hətta məzarın son dövrlərdə çəkilmiş fotoşəklini görəndə çox məyus oldum. Dostlarla olan bu söhbətdən bir müddət sonra işimlə əlaqədar xarici ölkələrdən birinə getmişdim. Xaricdə yaşayan vətənsevər bir iş adamı qohumumla görüş zamanı mən Sultan bəyin qəbrinin Türkiyədə tapıldığını və qəbrin çox baxımsız halda olduğunu ona dedim. Qohumum mənə dedi ki, sən qəbrin üstünün abadlıq eskizini hazırla, qalan işləri mən həll edərəm, yəni qəbrin üstünü abadlaşdıraram. Biz razılaşdıq və mən Azərbaycana qayıdanda məzarüstü abidəyə eskizlər hazırlamağa başladım. Hətta Sultan bəyin gildən heykəlinin maketini hazırladım. Bir abidənin eskizini hazırlamaq üçün memar ilk olaraq abidənin quraşdırılacağı və yaxud tikiləcəyi əraziyə baxmalı, ərazinin ölçülərini götürüb həmən ölçülərə və situasiyaya uyğun eskiz layihəsi hazırlamalıdır. Bu baxımdan əlimdə olan yeğanə material olaraq qəbrin fotosundan istifadə etməli oldum. Adətən qəbristanlıqlarda ətrafda olan qəbirlər ərazinin abadlaşdırılmasını məhdudlaşdırır. Ona görə də mənim mütləq Qarsa getməyim lazım idi. Sonra millət vəkili Mahir Abbaszadə, tanınmış geoloq Azər Şükürov, telejurnalistlər Mircavad Rəhimov, İbrahim Mirzəyev və mən, birgə Qarsa getdik. Azərbaycanın Qarsdakı konsulu Həsən müəllimin qəbulunda olduq. Həsən müəllim gəlişimizin məramına görə bizə təşəkkür edib gecəni Qarsda qalmağı və səhər tezdən Koçköyə getməyimizi məsləhət bildi və dedi ki, Sultan bəyin nəvəs sayılan, Türkiyədə otel, tikinti biznesi ilə məşğul olan Yücel bəy də onun dəvəti ilə Koçköyə gəlib. Biz Koçköyə gəldikdə köydə Yücel bəy və Sultan bəyin qohumları sayılan bir neçə nəfərlə görüşdük. Yücel bəy digər qohumları ilə bizi qəbristanlıqda Sultan bəyin məzarı üstünə gətirdi. Qəbrin yanında təxmınən 2,5 x 1,5 ölçüdə metal çərçivəyə salınmış reklam baner üzərində Sultan bəyin şəkli olan lövhə quraşdırıldığını gördük. Lövhəyə baxanda hiss olunurdu ki, yaxın bir neçə ay içərisində Azətbaycandan gələn bir qeyri hökumət təşkilatı tərəfindən quraşdırılıb. Sultan bəyin qohumlarıyla söhbət zamanı məlum oldu ki, babalarının adı əslində Qürbət olub. Qürbət 1920-ci illərdə bu kəndə gəlib. Sonra yerli bir qadınla ailə qurmuş və ölənə (1935-ci ilə qədər) qədər bu köydə yaşamışdır. Evləndikdən bir müddət sonra qayınatasına bildirib ki o, Azərbaycanın Laçın rayonundan gəlib və əsl adı Sultandır (yəni Sultan bəydir). Təhlükəsizlik baxımından adını dəyişdirmişdir. Qohumları Xosrov bəyi tanıyırmısızmı sualımıza da xeyr, tanımırıq cavabını verdilər. Doğrusunu desək, bu söhbətlərdən sonra məzarın həqiqətən bizim Xalq qəhramanı Sultan bəyə aid olduğuna məndə şübhə yarandı. Sultan bəyin kimlərdənsə qorxub adını dəyişməsi, Türkiyədə yaşayan qardaşı Xosrov bəylə əlaqəsinin olmaması, o dövrlərdə İstiqlal savaşı aparan bir dövlətdə Sultan bəy kimi bir igid insanın bir dağ köyünə çəkilib passiv həyat sürməsi heç bir məntiqə sığmırdı. Yücel bəylə və digər qohumları ilə xudahafizləşib geri dönərkən Mircavad bəy dedi ki, mənə elə gəlir bu qəbir Sultan bəyə aid deyil. Mən də Mircavad bəylə həmfikir olduğumu bildirdikdən sonra bu məsələni ətraflı araşdırıb sonra qəbrüstü abidənin düzəldilməsi qərarına gəldik. Azərbaycana qayıtdıqdan sonra Mahir müəllim 1918-1920-ci illərdə ADR liderlərinin həyatını araşdıran tarixçi alim Nəsiman Yaqublu ilə görüşmüşdü. Söhbət zamanı Nəsiman bəy ona bildirmişdi ki, Sultan bəy Türkiyə İstiqlal savaşında Atatürkün yaxın silahdaşlarından biri olub. Nəsiman bəy Mahir müəllimə bildirmişdi ki, bizimlə Türkiyəyə gedib onun tanıdığı adamlarla Sultan bəy haqqında ətraflı və səhih məlumatlar toplamağa, onun məzarının dəqiq yerini müəyyənləşdirməyə kömək etməyə hazırdır. Lakin işlərinin çox olması səbəbindən bir müddət gözləmək lazımdır. Bu səbəbdən də biz Mahir müəllimlə Nəsiman bəyin birgə səfər üçün münasib vaxt ayırmalarını gözləyirik”.
Gənc araşdırmaçı Orxan Cəbrayıl isə Sultan bəy Sultanovun məzarının Bursa şəhərində olması ilə bağlı məlumatların olduğunu deyir: "Belə bir versiya var ki, Sultan bəy Türkiyədə mühacirətdə olduğu dönəmdə Qarsın Koçköy kəndində yaşamış və orada vəfat etmişdir. Lakin həmin məzarın üzərində Sultan bəyə aid olması ilə bağlı heç bir yazı yoxdur. Ümumiyyətlə, Sultan bəyin Qarsda yaşaması, orada vəfat etməsi və məzarı haqqında bilgilər heç bir sənədə, tarixi mənbəyə əsaslanmadan bir fərziyyə olaraq irəli sürülüb. Kənd camaatı məzar sahibinin 1935-ci ildə vəfat etdiyini bildirirlər. Lakin Sultan bəy 1942-ci ildə vəfat edib. Sultan bəyin qohumları olduğunu iddia edən adamlar Xosrov bəy haqqında heç bir məlumata sahib deyillər. Hansı ki, həmin vaxtlar Xosrov bəylə Sultan bəyin əlaqələri olub və təsadüfi deyil ki, Xosrov bəy qardaşının vəfat etməsi ilə bağlı "Cümhuriyyət” qəzetinin 15 aprel 1942-ci il sayında məlumat veribdir. Məlumat üçün bildirim ki, həm Sultan bəy, həm Xosrov bəylə bağlı bütün işlər millət vəkili Mahir Abbaszadənin nəzərindədir. Bir dəfə nümayəndə heyəti göndərib, bir dəfə də bilavasitə özü Qarsda, Koçköy kəndində gedərək, həmin naməlum məzara baş çəkib. Məzarın abadlaşdırılması ilə bağlı yetkililərlə də görüşüb. Mən özüm də məzarın Sultan bəyə aid olması ilə bağlı şübhələrimi ona çatdırmışam. Çünki, həm ora gedən nümayəndə heyyətinin, həm də mənim o kənddən olan insanlarla ünsiyyətim zamanı belə bir qənaətə gəldik ki, həmin məzar Sultan bəyə aid deyil. Sonralar Türkiyə Cümhuriyyəti Dövlət arxivindən Xosrov bəylə bağlı əldə olunan bəzi sənədlərdə onun tez-tez Bursaya səfər etməsi ilə bağlı bilgilər əldə etdik. Bu işlə əlaqədar olaraq mən 1 il əvvəl Bursada oldum, ancaq ciddi bir məlumat əldə edə bilmədim. Amma bu yöndə axtarışlar davam edir. Abidə ucaltmaq, məzarı abadlaşdırılmaq fərziyyələr üzərindən hərəkət etməklə mümkün olacaq bir iş deyil. Düşünürəm ki, bu axtarışların nəticəsi bəlli olduqdan sonra məzarın abadlaşdırılması istiqamətində işlərin görülməsi daha məqsədəuyğun olar. Azərbaycanın istiqlalı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə misilsiz xidmətləri olmuş, öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının adları əbədiləşdirilməli, layiq olduqları qiymətin verilməsi böyük mənəvi əhəmiyyət kəsb edir".
Xatırladaq ki, Türkiyədə nəşr edilən "Cümhuriyyet" qəzetinin 15 aprel 1942-ci il sayında Dr.Xosrov Sultanlının adından Sultan bəyin vəfatı ilə bağlı belə bir xəbər gedib:
"Azərbaycanın Qarabağın tanınmış şəxsiyyətlərindən olan qardaşım Sultan Bəy aramızdan əbədiyyən ayrıldığı üçün mərhumun cənazəsi mərasimində iştirak edərək, teleqraf, məktub göndərərək və ziyarət edərək başsağlığı verən dostlarımıza və vətəndaşlarımıza ayrı-ayrılıqda təşəkkür etməyə kədərimiz səbəbilə vaxt tapmadığımız üçün möhtərəm qəzetinizi məsləhət görürük.
Azərbaycanlı Dr.Xosrov Sultanlı”.
Xəbərin oxunma sayı : 244
Maraqlı
Xəbərlər
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
TOP 10
ARXİV