Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Həftənin sirli qətli: Mübariz Budaqlı niyə öldürüldü?

Tarix 09.06.19, 22:07

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində baş vermiş güllənmə yola salmaqda olduğumuz həftənin ən çox diqqətçəkən mövzularından biri oldu. Çünki baş vermiş hadisə əsl kriminal süjetli filmi xatırladır: maşınla təqib, qətl, sonra qatillərin avtomobillə qaçışı, bu dəfə polis təqibi və həbs…

İyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində axşam saatlarına "BMW-745” markalı avtomobil həmin istiqamətdə hərəkətdə olan "Mercedes” markalı digər avtomobili təqib edib. Təqib edən BMW-dən "Mercedes”ə atəş açılır. Sürücünün yanında oturan şəxs güllə yarasından ölür, sürücü canını qurtarır.

Daxil olmuş məlumat əsasında dərhal rayonun prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi "BMW-745” markalı avtomobillə Bakı şəhər sakini Nazim Qədirovun idarə etdiyi "Mercedes-Benz” markalı avtomobili təqib edilib.

Bu zaman həmin avtomobilin sərnişini – Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açaraq "Mercedes-Benz” markalı avtomobilin sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlını qətlə yetirib. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlının həyatına son qoyub.

Polis təqibindən sonra yaradılmış süni tıxacla cinayət törətmiş Taleh Cəlalov və Vüsal Hüseynov tutularaq istintaqa təhvil veriliblər. T.Cəlalovdan cinayəti törədərkən istifadə etdiyi lüləsi kəsilmiş "İJ-16” markalı tüfəng götürülüb.

Qətldən dərhal sonra hadisənin Emin Səfərovun ("Emin 444”) kimi tanınan şəxsin ötən ay amansız qətli ilə bağlı olduğuna dair iddialar yayılıb. Amma bu versiya öz təsdiqini tapmayıb.

Qətlə yetirilən M.Budaqlının personası dərhal diqqət çəkib. Çünki internet resurslarında axtarışı zamanı M.Budaqlının 2017-ci ildə "İnterpol” xətti ilə beynəlxalq axtarışa verildiyi məlum olub. 2017-ci ilin yanvarında yayılmış rəsmi xəbərə diqqət edək: "Azərbaycan Respublikası daha bir nəfəri "İnterpol” xətti ilə beynəlxalq axtarışa verib. Axtarışa verilmiş Mübariz Budaqlı ictimai təhlükəli cinayətdə ittiham olunur. 1976-ci il təvəllüdlü B.Mübariz Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan və rus dillərini bilir”. Amma tezliklə məlum olub ki, artıq həyatda olmayan M.Budaqlı heç də İnterpolun axtarışında deyilmiş. Kriminal avtoritet iki ay əvvəl azadlığa çıxıbmış. Niyə və nədə ittiham olunduğu rəsmi qaynaqlardan hələ açıqlanmayıb. Maraqlıdır ki, M.Budaqlı iyunun 6-da gecə saatlarında sosial şəbəkə səhifəsində özünün dəmir barmaqlıqlar arxasındakı fotosunu yerləşdiribmiş…

Qətlin səbəbi ilə bağlı da ziddiyyətli versiyalar var. Oxu.az saytı yazır ki, qətlin səbəbi M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər iki nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.

"İJ-16” tüfənginə gəlincə, ikilüləli bu silah ilk dəfə 1962-cı ildə istehsal olunub, 10 il sonra isə istehsalı dayandırılıb. (Musavat.com)



Xəbərin oxunma sayı : 370




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap