Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

5 milyardlıq vergi iddiası: Ruslan Əsgərov həbs edildi

Tarix 11.06.19, 11:57

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada Türkiyə biznesinin ən iri nümayəndəsi – “Renessans” holdinqinə hücum olub: vergi orqanları şirkətə qarşı 5,2 milyard rublluq iddia qaldırıblar, həmçinin şirkətin nümayəndəsini – Azərbaycan vətəndaşını tutublar.

Virtualaz.org “Fontanka” nəşrinə istinadən xəbər verir ki, holdinqin sahibi Erman Ilıcak 3,3 milyard dollarlıq varidatla Türkiyənin ən varlı insanlarındandır. Onun Rəcəb Tayyib Ərdoğanla çox yaxın münasibətləri var və bir çox Rusiya-Türkiyə iqtisadi danışıqlarında fəal iştirak edir.

Türkitəli iş adamı Erman Ilıcak

İyunun 10-da Peterburq şəhəri üzrə Federal vergi xidməti idarəsi bu şəhərdə qeydiyyatdan keçmiş “Renessans Hevi İndastris” (RHİ) MMC-nin apellyasiya şikayətini təmin etməyib. Aprelin ortalarında səyyar yoxlamanın nəticələrinə görə şirkət 5,2 milyard rubl cərimələnib və bundan sonra iş adamları yuxarı instansiyaya müraciət ediblər.

Yoxlamalar 2017-ci ildən başlayaraq aparılıb və yoxlamanın subyekti olan illərdə – 2013-2015-ci illərdə RHİ Rusiyanın neft-kimya müəssisələrinin tikintisində baş podratçı olub.

Türkitəli iş adamı Erman Ilıcakın Renessans holdingi

Şirkət subpodratçılara obyektlərdəki işlərə görə ödənişlər etdiyi görüntüsünü yaradıb, əslində isə subpodratçılara pulları daha yüksək tariflə köçürərək, tikinti ilə özü məşğul olub – belə daha ucuz başa gəlir. Vergi işçilərinin fikrincə, ödənişə yönəldilən pullar nağdlaşdırılıb. Onlar qismən inşaatçıların qeydiyyata alınmayan maaşlarının ödənilməsinə, yerdə qalan hissə isə xaricə gedib. Bu vəsaitlərin son ünvanı BƏƏ ola bilər.

Mənbə xəbər verir ki, məhkəmənin qəraı ilə bu şirkətin Rusiyadakı nümayəndəsi – Azərbaycan vətəndaşı Ruslan Əsgərov həbs edilib. O, “Renessans” holdinqinə daxil olan bir neçə şirkətin keçmiş baş direktoru kimi tanınır.



Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap