Model Səmradan yarı-çılpaq paylaşım - FOTO Aktrisa Çimnaz Sultanovanın erotik görüntüsü yayıldı - VİDEO ARB-nin keçmiş aparıcısından yarıçılpaq paylaşım - FOTO “Ancaq layiq olana...” – Afaq İnstaqramı “partlatdı”
Axtar
 
  • / Maqazin / — 19 Sentyabr 2019

    Model Səmradan yarı-çılpaq paylaşım - FOTO

  • / Maqazin / — 19 Sentyabr 2019

    Aktrisa Çimnaz Sultanovanın erotik görüntüsü yayıldı - VİDEO

  • / Maqazin / — 19 Sentyabr 2019

    ARB-nin keçmiş aparıcısından yarıçılpaq paylaşım - FOTO

  • / Maqazin / — 18 Sentyabr 2019

    “Ancaq layiq olana...” – Afaq İnstaqramı “partlatdı”

  • / Maqazin / — 02 Sentyabr 2019

    Dekoltesi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 23 Avqust 2019

    “Məni bitirdin...” – Nəsrin hamamda

İlham Əliyev Vladimir Putini təbrik edib –Rusiya Günü münasibətilə

Tarix 11.06.19, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Rusiyanı ənənəvi sıx dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, xalqlarımızın iradəsini əyani şəkildə ifadə edən bu münasibətlər indi strateji tərəfdaşlıq xarakteri kəsb edir. Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasında hərtərəfli və çoxplanlı əməkdaşlıq xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara sülh və firavanlıq arzu edirəm”.



Xəbərin oxunma sayı : 145

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda