Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Azərbaycanda idxal və ixracın qaydaları müəyyənləşdi – Qərar

Tarix 11.06.19, 21:30

Font ölçüsü : - / +
bitmap-img6


AzFakt.com xəbər verir ki, qaydalar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 iyun tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən hazırlanıb.

Bu Qaydaların məqsədi idxal-ixrac əməliyyatlarında xarici ticarət fəaliyyətinin iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Nazirlik) və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə) arasında əlaqəli risklərin idarə olunması məqsədilə yaradılan sistem əsasında qarşılıqlı əməkdaşlığın və büdcə gəlirlərinin təmin edilməsi üçün birgə nəzarətin həyata keçirilməsi mexanizmlərini müəyyənləşdirərək, idxal-ixrac əməliyyatları üzrə vergi və gömrük qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını, vergilərin və gömrük ödənişlərinin ödənilməsində səmərəliliyin yüksəldilməsini, ticarətin asanlaşdırılmasını və bu sahədə şəffaflığın artırılmasını təmin etməkdən ibarətdir.

İdxal-ixrac əməliyyatları üzrə birgə nəzarətin həyata keçirilməsi istiqamətləri aşağıdakılardır:

- İdxal-ixrac əməliyyatları üzrə birgə nəzarət aşağıdakı istiqamətlərdə həyata keçirilir:

- gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi;

-  idxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili;

- son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi;

- idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük və vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsi.

Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi:

- Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi Nazirliyin və Komitənin müvafiq informasiya sistemləri vasitəsilə həyata keçirilir.

İdxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə məxsus malların rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili:

- İdxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər barədə məlumatlar bu Qaydaların 3-cü hissəsində nəzərdə tutulan informasiya sistemləri vasitəsilə həyata keçirilən qarşılıqlı məlumat mübadiləsi nəticəsində formalaşır.

- Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər mallara dair gömrük bəyannaməsi təqdim edərkən Komitə birgə baxışın keçirilməsi məqsədilə Nazirliyə real vaxt rejimində məlumatlar göndərir.

- Bu Qaydaların 4.2-ci bəndində göstərilən məlumatlar real vaxt rejimində göndərildikdən 30 dəqiqə ərzində Nazirlik, qanunvericiliyə uyğun tətbiq edilən risk meyarlarına əsaslanaraq, gömrük nəzarəti zonasında, yaxud idxalatçının anbarında və ya digər təsərrüfat obyektində mallara gömrük baxışında vergi orqanı əməkdaşının iştirak edib-etməyəcəyi barədə real vaxt rejimində qeydlər aparır.

- Bu Qaydaların 4.2-ci bəndində göstərilən məlumatlar qeyri-iş vaxtlarında təqdim olunduqda, Nazirlik həmin məlumatlara növbəti iş günü başladıqdan 30 dəqiqə ərzində münasibət bildirir.

- Gömrük orqanının əməkdaşı malların gömrük rəsmiləşdirilməsini həyata keçirərkən gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması başa çatdırılanadək elektron proqram təminatı vasitəsilə vergi orqanının əməkdaşı ilə birgə baxışın keçirilib-keçirilməyəcəyi barədə məlumat əldə edir.

- Vergi orqanının vəzifəli şəxsləri gömrük baxışında iştirak edəcəkləri halda, vergi orqanı əməkdaşının iştirakı malların birgə baxışı zamanı dərhal təmin edilir.

- Bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulmuş birgə baxış gömrük nəzarəti zonasında, yaxud idxalatçının anbarında və ya digər təsərrüfat obyektində həyata keçirilir.

- Birgə baxışın həyata keçirilməsinə dair bu Qaydaların əlavəsində müəyyən olunmuş formada "Birgə baxış aktı” tərtib olunur.

- Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal edən şəxslər tərəfindən idxal olunan mallara gömrük nəzarəti zonasında vergi və gömrük orqanları əməkdaşlarının iştirakı ilə birgə baxış həyata keçirildikdən sonra malların sahiblərinə idxalatçının anbarında və ya digər təsərrüfat obyektində təhvil verilməsi vergi orqanı əməkdaşının iştirakı ilə həyata keçirilir.

- Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal edən şəxslər tərəfindən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar idxalatçının anbarına və ya digər təsərrüfat obyektinə daşınarkən vergi orqanının əməkdaşı malların daşındığı yerlər barədə Nazirliyin informasiya sistemində məlumatın olub-olmadığını araşdırır və malların çatdırılmasına nəzarət edir.

- Malların daşındığı anbar və ya digər təsərrüfat obyekti barədə Nazirliyin informasiya sistemində məlumat olmadığı hallarda, idxal edilmiş malların təhvil verildiyi anbara və ya digər təsərrüfat obyektinə dair hüquqtəsdiqedici sənədlər (alqı-satqı, saxlanc, icarə və sair) tələb olunur. Sənədlər təqdim edilmədiyi təqdirdə, vergi orqanının əməkdaşı bu halı aktlaşdırır və müvafiq izahatlar alır.

Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun həyata keçirilməsi:

- Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan qanunvericiliklə müəyyən edilmiş məqsədlər üçün istifadəyə gömrük və vergi orqanları birgə nəzarət həyata keçirə bilərlər.

- Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsi aparılmış mallardan qanunvericiliklə müəyyən edilmiş məqsədlər üçün istifadə edilib-edilmədiyini vergi orqanlarının yoxlamaq niyyəti gömrük orqanlarına bildirilir və bu zaman yoxlama birgə həyata keçirilir.

- Bu Qaydaların 5.1-ci bəndində göstərilən birgə nəzarət aşağıdakı yerlərdə həyata keçirilir:

- son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanıldığı yerlərdə;

- son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların istifadə edildiyi yerlərdə.

- Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 195.2-ci maddəsində qeyd olunan hallardan biri baş verdikdə başa çatır.

İdxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük və vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsi:

- İdxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı bəyan edilmiş malların gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə daha effektiv nəzarət məqsədilə Nazirlik və Komitə arasında məlumat mübadiləsi həyata keçirilir.

- Malların gömrük dəyərinin "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilməsi zamanı istifadə üçün Nazirlik yüksək və orta risk qruplarına aid xarici ticarət fəaliyyətinin iştirakçılarının idxal etdikləri malların satış qiymətləri barədə məlumatları sorğu əsasında Komitəyə verir. Sorğu əsasında Nazirlikdən əldə olunmuş məlumatlardan mənbə kimi istifadə edilə bilər.

- Vergi orqanlarının xarici ticarət fəaliyyətinin iştirakçılarında həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin düzgün bəyan edilməsinə əsaslı şübhələr olduqda, Nazirlik bu barədə Komitəyə məlumat verir.



Xəbərin oxunma sayı : 142




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap