Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan millisinin baş məşqçisi:“Məğlubiyyət utancvericidir“

Tarix 12.06.19, 0:12

Font ölçüsü : - / +
bitmap-img6


“Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar. Bu nəticədən sonra nəsə demək çətindir. Matça yaxşı başladıq. Topa da sahib ola bilirdik. Hər qol barədə danışmaq istəmirəm. Şeydayevin qolundan sonra geridönüş edə bilərdik. Hesab 1:4 olanda artıq oyun bitdi. Rəqibin heyətində Lobotkanın qiyməti 25 milyon avrodur. Bizdə isə hamısının qiyməti bu qədər etmir”.

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bunun böyük məğlubiyyət olduğunu bildirib:

“Futbolçular meydanda mübarizə apardı. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra isə fiziki və psixoloji cəhətdən bu rəqibə qarşı oynamaq çətin oldu. 5 qol buraxmaq mənim üçün böyük şok oldu. Məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm”.

Bundan əlavə Yurçeviç Slovakiya millisinin bütün futbolçularının Avropanın aparıcı klublarında çıxış etdiyini diqqətə çatdırıb:

“Məğlubiyyət utancvericidir. Bu komandalara qarşı yaxşı nəticə istəyiriksə, xüsusi günlərdən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi Qurban Qurbanov belə, Maltaya qarşı çətinlik çəkib. Qrupdakı komandalar bizdən qat-qat güclüdür. Əlimizdən gələni etməliyik ki, onlara qarşı yaxşı mübarizə apara bilək.

Bu məğlubiyyətdən sonra pis hisslər keçirirəm. Hər kəsi başa düşürəm. Futbol vəziyyətlərə baxan oyundur. Sağa və sola doğru verilmiş bir qərar nəticəni dəyişə bilər. Bəzi kiçik nüanslar nəticəyə təsir edir”.

Yurçeviç növbəti matçda daha yaxşı nəticə qazanacaqlarına və böyük hesabla məğlub olmayacaqlarına inandığını bildirib:

“Hazırda diqqət mərkəzində bu matçdır. Komanda daha yaxşı oynaya bilər. İndi böyük təhlil etməyə dəyməz. Növbəti qarşılaşmaların yaxşı olacağına inanıram”.



Xəbərin oxunma sayı : 148




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap