Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Çin Trampın təhdidinə cavab verib:“Qətiyyətli cavab verəcəyik və sonadək mübarizə aparacağıq“

Tarix 12.06.19, 0:17

Font ölçüsü : - / +
bitmap-img6


Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gön Şuan ölkəsinin ticarət müharibəsi istəməsə də, bundan qorxmadığını bildirib.

Gön Şuan bu barədə Donald Trampın ÇXR lideri Si Cinpinin “iyirmilik” ölkələri dövlət başçılarının sammitinə gəlməyəcəyi təqdirdə Çindən gətirilən məhsullara yeni rüsumlar tətbiq ediləcəyi barədə təhdidlərini şərh edərkən deyib.

“ABŞ bərabərhüquqlu məsləhətləşmələrə hazır olsa, bizim qapımız açıqdır. Əgər Birləşmiş Ştatlar ticarət gərginliyinin artmasını istəyirsə, biz qətiyyətli cavab verəcəyik və sonadək mübarizə aparacağıq”, – deyə o bildirib.

Gön Şuan Çin liderinin iyunun sonlarında Yaponiyada keçiriləcək G20 sammitində Trampla görüşmək niyyətindən hələlik bixəbər olduğunu da vurğulayıb.

Xatırladaq ki, ticarət üzrə mayın ortalarında keçirilən ABŞ-Çin danışıqlarının sonuncu raundu Amerikanın Çin məhsullarına rüsumları növbəti dəfə artırmaq barədə qərarı fonunda nəticəsiz yekunlaşıb. ABŞ Çindən idxal olunacaq 200 milyard dollarlıq məhsullara rüsumları 10 faizdən 25 faizə qədər artırıb. Donald Tramp, həmçinin Çindən gətirilən digər məhsulların rüsumlarının artırılması prosesinə başlamaq barədə də göstəriş verib.

Çin Maliyyə Nazirliyi isə buna cavab olaraq Pekinin iyunun 1-dən ABŞ-dan idxal olunacaq 60 milyard dollarlıq məhsullara artırılmış rüsumlar tətbiq edib(azərtac).




Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap