|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
SOCAR Neft Fondunu necə “yeyir“? - Araşdırma
Tarix 12.06.19, 11:34 |
|
Qulu İBRAHİMLİ (Hesabdaroğlu)
müstəqil iqtisadçı
“Hacı əmi, bu baş ağrısı tamam məni dəli eləyib. İnan ki, nə gecəm var, nə gündüzüm. Gedirəm Usta Cəfərin yanına, deyir ki, qanın çoxdur, səndən qan almalıyam – özü də girvənkəsi 10 manata. Gedirəm Mir Bağır ağanın yanına, deyir ki, sənin qanın azdır, sənə qan yeritməliyəm – girvənkəsi 20 manata. Sonradan xəbər tuturam ki, Mir Bağır ağa gedib Usta Cəfərdən mənim qanımı alıb, dübarədən özümə yeridir. Başına dönüm, elə deynən, Şeyxin mərhəməti üstümüzdən əskik olmasın, daha heç nə lazım deyil, başımın ağrısı tamam keçəcək.”
(“O dünyadan salam” (“Ölülər”) filmindən)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2018-ci il maliyyə hesabatları və şirkət rəhbərliyinin çıxışları ilə tanış olduqca, yaxın illərdə Amerika ilə Çin arasındakı ticarət dövriyyəsi rəqəmlərinin də, az qala, bu şirkətin “xarici bazarlardakı uğurlu fəaliyyət”inin nəticəsi olaraq hesabatlara salıncağının şahidi olacağıq.
Xarici bazarlardakı dövriyyənin artması fonunda şirkətin mənfəətinin azalmasının izahına isə, sanki, heç vaxt ehtiyac duyulmayacaq.
2018-ci il maliyyə hesabatlarının audit rəyinin ötən illərlə müqayisədə bir ay qabaq alınması ilə öyünən SOCAR, hesabatı öz saytının yalnız ingilis versiyasında yerləşdirib. Geniş ictimaiyyətin tanış olması üçün ana dilimizdə yayılmasına hələlik ehtiyac duymayıb.
Lakin hesabatda bəzi məqamların, xüsusən Dövlət Neft Fondu ilə bağlı olanların birinci növbədə ictimaiyyətə çatdırılması dövlətimiz və xalqımızın gələcəyi üçün olduqca vacibdir.
SOCAR-ın 2018-ci ilin sonuna Dövlət Neft Fondu qarşısında borc öhdəlikləri əvvəlki illə müqayisədə 1,312 milyard manat və ya 44,61% artaraq, 2,941 milyard manatdan 4,253 milyard manata çatıb.
Şirkətin Neft Fonduna ödəniləcək istiqrazlar üzrə öhdəliyi 344 milyon manat və ya 43,88% artaraq, 784 milyon manatdan 1,128 milyard manata çatıb. Fonda ödəniləcək sair kreditor borcları isə 968 milyon manat və ya 50,89% artaraq, 1,902 milyard manatdan 2,870 milyard manata çatıb.
SOCAR-ın Neft Fonduna olan borclarının 255 milyon manatını isə 2008-ci ildən Fonda ödənilməli olan vergilər üzrə borc qalığı təşkil edir.
Beləliklə, Neft Fondunun aktivlərinin 6,5%-i SOCAR-ın sərəncamında borc şəklində yatıb.
SOCAR hesabatında likvidlik riskini necə gizlədir?
SOCAR-ın maliyyə hesabatlarının təhlilindən də görünür ki, Neft Fondunun aktivlərinin şirkətə uzun müddətlik borc verilməsi onun ödəmə vaxtı çatmış maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədardır və həmçini şirkətin məruz qaldığı belə likvidlik riskini maliyyə hesabatlarında gizlətməyə xidmət edir.
Maliyyə hesabatlarında likvidlik riskinin gizlədilməsini iki cəhətdən görmək olar.
Birincisi, Neft Fondundan alınan vəsaitlər ödəmə vaxtı çatan digər qısamüddətli borcların ödənilməsinə yetərli olacaq likvid vəsaitə malik olma təəssüratı yaratmaq üçün ilin sonuna doğru şirkətin hesablarında pul vəsaitlərində əks olunur. Digər tərəfdən isə, Fonddan alınan borclar uzun müddətə qaytarılmalı kreditor borclara salınır.
İkinci cəhətdə isə, Fonda həm qaytarma vaxtı çatan, lakin ödənilməyən, həm də ondan istiqrazlar üzrə əlavə alınan borc məbləğləri uzunmüddətli öhdəliklərdə əks olunur, həmin məbləğlər ödəmə vaxtı çatmış başqa borcların ödənilməsinə yönəldilir. Nəticədə, SOCAR-ın ödəmə vaxtı çatan ticarət və kredit borcları üzrə öhdəliklərini vaxtında yerinə yetirdiyi təəssüratı yaradılır.
SOCAR 2018-ci ildə kredit və faizlər üzrə borcunu necə ödəyib?
SOCAR-ın maliyyə vəziyyətindəki çətinliyi aradan qaldırmaq üçün, sanki, kommersiya deyil, büdcədən maliyyələşən təşkilatmış kimi, ona dövlət büdcəsindən də əvəzsiz vəsait verilir.
Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində göstərilib ki, şirkət təkcə 2018-ci ildə – dövlət büdcəsinə 1,425 milyard manat vergi ödədiyi halda – büdcədən 1,486 milyard manat vəsait alıb. Yəni, büdcədən aldığı vəsait ödədiyi vergidən çox olub.
Şirkətin maliyyə hesabatlarına əsasən, 2018-ci ilin təkcə ilk üç ayı ərzində ödənilməli 4,5 milyard manat məbləğində vaxtı çatan “Faiz hesablanan borc öhdəlikləri” olub. 2018-ci ilin on iki ayı ərzində də bu kateqoriyadan yerinə yetirməli olduğu öhdəlik 6,4 milyard manat olmalı idi.
Dövlət Neft Fonduna olan borcdakı təkcə 2018-ci il ərzində 1,312 milyard manat artımın və dövlət büdcəsindən verilən 1,486 milyard manatın cəminin 2,798 milyard manat olduğunu nəzərə alsaq, deyə bilərik ki, 2018-ci ilin ilk üç ayında qaytarılmalı faiz hesablanan borc öhdəliklərinin 62%-i həmin vəsaitlər hesabına yerinə yetirilib.
İlin sonuna Neft Fonduna olan borc qalığı (4,253 mlrd.) ilə il ərzində dövlət büdcəsindən əvəzsiz verilən məbləğin cəminin 5,739 milyard manat olduğunu nəzərə alsaq, deyə bilərik ki, şirkətin 2018-ci ilin on iki ayı ərzinə qaytarma vaxtı çatmış faiz hesablanan borc öhdəliklərinin, təqribən, 90%-i Neft Fondunun və dövlət büdcəsinin vəsaiti hesabına yerinə yetirilmiş ola bilər.
Neft Fonduna borc silinəcək!
Dövlət Neft Şirkətinin maliyyə hesabatlarının təhlili göstərir ki, Neft Fondundan alınan borclar hesabına şirkətin digər kreditlər üzrə borclarının silinməsi müvafiq kateqoriyadan olan borcların cəmində Fonddan alınan borcların xüsusi çəkisinin tədricən artması ilə nəticələnir.
Hesab edirik ki, Neft Fondundan şirkətə əlavə borcların verilməsi yenə davam edəcək. Sonrakı illərdə Neft Fonduna olan borc faktiki qaytarılmayacaq, “dövlət büdcəsinin vəsaiti hesabına” silinəcək. Əslində isə, elə Neft Fondunun öz vəsaiti hesabına silinəcək: Neft Fondundan dövlət büdcəsinə transfert nəzərdə tutulacaq, sonra büdcədən SOCAR-a veriləcək, o da öz növbəsində, guya, Fonda borcunu bağlayacaq.
Mərkəzi Bankdan və Azərbaycan Beynəlxalq Bankından aldığı kreditlər silindiyi kimi, Neft Fonduna borcları da silinəcək.
Yaxşı olar ki, SOCAR rəhbərliyi xarici bazarlardakı mənfəətsiz şişirdilmiş dövriyyəni özlərinə saxlasınlar. Neft Fondunun və dövlət büdcəsinin vəsaitinə toxunmamaları Azərbaycan xalqına yetər…
(Ardı var)
Xəbərin oxunma sayı : 655
İqtisadiyyat
Xəbərlər
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
TOP 10
ARXİV