Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Əhalinin sülhə hazırlanması davam etdirilməlidir” - Azərbaycan XİN-nin mətbuat katibi

Tarix 16.06.19, 18:37

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar Ermənistan rəsmiləri bu ölkənin işğalçı siyasətini açıq bəyan edən çıxışları və hərəkətləri ilə gündəmə gəlir. Ermənistan müdafiə naziri Azərbaycan hərbi qulluqçusunu qətlə yetirənləri şəxsən mükafatlandırır. Belə bir şəraitdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn Vaşınqton görüşündən nə gözləmək olar?

AzFakt.com-un xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva KİV-in bu barədə sualını cavablandırarkən deyib ki, Ermənistan elə özü bununla münaqişənin guya “Azərbaycanla Dağlıq Qarabağ arasında olması” barədə uydurmanı yox edir: 

“Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir. Məhz buna görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar işğalçı Ermənistanla əraziləri işğal olunan Azərbaycan arasında aparılır”.

Münaqişənin həlli üzrə danışıqların mövzusuna gəldikdə, L. Abdullayevanın sözlərinə görə, hər zaman qeyd etmişik və bir daha təkrar etmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərinin işğalçı qüvvələrdən boşaldılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması müzakirələrin əsas mahiyyətini təşkil edir: “ATƏT-in Minsk qrupunun 9 mart 2019-cu il tarixli bəyanatında müzakirələrin əsas prinsip və elementlərinə aydınlıq gətirilir. Əlbəttə, danışıqlar eyni çərçivədə və mövcud zəmin əsasında davam etdirilməlidir. Bundan öncəki görüşlərdə əldə edilmiş razılıqların, xüsusilə də Minsk qrupu həmsədrlərinin təklif etdiyi kimi iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində səylər davam etdirilməlidir, çünki bu, prosesin irəli aparılması baxımından vacibdir.

Vaşınqton görüşündən gözləntiyə gəldikdə, hər bir görüşdən gözlənti əlbəttə, substantiv danışıqlarla prosesin irəli aparılmasıdır. Xarici işlər nazirlərinin Moskva görüşünün davamı olaraq, Vaşınqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər. Həmçinin fikrimizcə, Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır. Yalnız aydın mövqe, qətiyyət və siyasi iradə münaqişənin Ermənistan tərəfinin hər zaman dediyi kimi “eksklüziv olaraq sülh yolu ilə həllinə” töhfə verə bilər”.(Reyting.az)



Xəbərin oxunma sayı : 463




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap