Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mənim Füzuli Məmmədovun tərəfinə keçməyimi tələb edib“ - Jurnalist iş adamı ilə bağlı sensasion açıqlama yaydı

Tarix 19.06.19, 12:34

Font ölçüsü : - / +
bitmap-img6


"Vəkil Elman Paşayevin barəmdə söylədikləri həqiqətə uyğun deyil”.

AzFakt.com xəbər verir ki, bu sözləri hazırda həbsdə olan jurnalist Fuad Abbasov Musavat.com-a müraciətində deyib.

 E.Paşayevin onun vəkili olmadığını vurğulayan jurnalist azadlığa çıxandan sonra hər şeyə aydınlıq gətiriləcəyini bildirib:

"Elman Paşayevə mənim barəmdə mətbuata hər hansı bir məlumat verilməsi qadağan edilmişdir. O, mənim vəkilim deyil. Elman Paşayev mənim valideynlərimlə görüş zamanı mənim iş adamı Füzuli Məmmədovun tərəfinə keçməyimi tələb edib. Mən də buna etiraz etmişəm".

Jurnalist eyni zamanda onun saxlandığı yerə günün istənilən saatında girib-çıxmanın da mümkün olmadığını, vəkilin bu barədə dediklərinin həqiqətə uyğun olmadığını bildirib:

"Mən Azərbaycana geri qayıtmamaq məqsədi ilə yox, 10 gün ərzində Apellyasiya Məhkəməsinə müraciət edərək haqsızlıqlara son verilməsi üçün həbsdə qalmağa qərar vermişəm. Bundan başqa, mənim vəkillərim diletant deyillər. Elman Paşayevin vəkillik lisenziyası olmadığı üçün, yüksək peşəkar vəkillərlə müqavilə imzalanıb".

Xatırladaq ki, bir neçə saat öncə E.Paşayev F.Abbasovun siyasi məqsədlər üçün həbsdə qalmaq istədiyini, diletant vəkillər tərəfindən idarə olunduğunu, sonuncuların onu yanlış yönləndirdiyini bildirmişdi. Vəkil eyni zamanda jurnalistin Azərbaycana qayıtmaq istəməməsinin arxasında da "siyasi qəhrəman" olma istəyinin dayandığını demişdi.



Xəbərin oxunma sayı : 232




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap