Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rüstəmovun bankı 8 milyon dolları cəlb etdi – Son illərin ən iri kredit sazişi…

Tarix 20.06.19, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


“Bank Respublika” və Hollandiya İnkişaf Bankı (FMO) arasında 8 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanıb. 

Bu barədə “Bank Respublika”dan mətbuata verilən rəsmi məlumatda deyilir.
3 il müddətinə ayrılan kredit aqro, kiçik və orta sahibkarlıq (KOS), həmçinin gənc sahibkarlar və qadın sahibkarların fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək. Rəsmi məlumatda qeyd olunur ki, bu razılaşma beynəlxalq investorların son illərdə Azərbaycanın bank sektorunda bağladığı ən böyük kredit sazişlərindən biridir: “Bu nailiyyət, son illər ərzində mikro, kiçik və orta biznesi maliyyələşdirən qabaqcıl təşkilat kimi bazarda mövqeyini daha da möhkəmləndirən “Bank Respublika” komandasının gördüyü işlərin nəticəsidir.

Kredit, Banka kənd təsərrüfatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üzrə fəaliyyətini genişləndirməkdə yardımçı olacaq. Cəlb olunan vəsaitlər regionlarda çalışan sahibkarlara, xüsusən də kənd yerlərində çalışan sahibkarlara böyük məbləğdə kreditlərin verilməsi üçün istifadə olunacaq.”

“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmaylov isə qeyd edib ki, “Avropanın ən böyük maliyyə qurumlarından biri olan FMO ilə müqavilənin imzalanması, Bankımıza və onun kiçik və orta sahibkarlığın inkişafına dəstəyin verilməsi və ölkədə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş strategiyamıza olan yüksək inamı təsdiqləyir”.

Xatırladaq ki, “Bank Respublika” bank sektorunda və mətbuatda Milli Bankın sədri Elman Rüstəmovun bankı kimi tanınıb. Bəzi mətbu orqanlar bu bankın məlum devalvasiyalardan və bank sektorundakı böhrandan yayına bilməsində E.Rüstəmovun tutduğu vəzifənin xüsusi rol oynadığını iddia edirlər. Və iddia edilir ki, Rüstəmovun “biznes imperiyası”na “Bank Respublika” ilə yanaşı “Subaru”, “Honda”, “Mitsubishi” kimi nəhənglərin Azərbaycanda təmsilçiliyi, eləcə də “Səba” ASC, “Bakı İnvest Holdinq” və digər sahibkarlıq subyektləri daxildir.

Hazırda sözügedən 8 milyonluq anlaşmada Milli Bank sədrinin hansısa rolunun olub-olmadığı barədə isə hər hansı məlumat yoxdur.

Onu da qeyd edək ki, rəsmən “Bank Respublika” ASC-nin sahibi sayılan Natiq Quliyev bankın E.Rüstəmova aidiyyatı olmadığını demişdi: “Məni sevindirir ki, “Bank Respublika” o qədər cəlbedicidir ki, onun adını belə tanınmış şəxslərlə əlaqələdirirlər. Lakin, Bank Respublikanın sahibi kimi, bir daha qeyd etmək istərdim ki, bank yalnız rəsmi hesabatlarda qeyd olunan səhmdarlara məxsusdur…”

AzPolitika.info



Xəbərin oxunma sayı : 259




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap