Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Neftin qiyməti bahalaşır- ABŞ və Çin arasında gözlənilən danışıqlar fonunda

Tarix 20.06.19, 15:08

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 20-də səhər saatlarında ABŞ və Çin arasında ticarət danışıqlarının bərpa edilməsi, eləcə də OPEC+ ölkələrinin görüşünün gözlənilməsi fonunda neft katirovkaları artıb.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

Saat 9:15-ə olan məlumata görə, “Brent” markalı neftin avqust fyuçersləri London birjasında 62,68 dollar/barel səviyyəsində satılıb və bu çərşənbə gününün bağlanış sessiyasındakı göstəricidən 0,86 dollar (1,39%) çoxdur.

WTI markalı neftin iyul fyuçersləri isə 0,68 dollar (1,26%) artaraq, bir barrel üçün 54,44 dollara çatıb.

“İki əhəmiyyətli hadisənin – ABŞ-Çin ticarət danışıqları və OPEC+ ölkələrinin Vyana görüşünün gözlənilməsi, eləcə də ABŞ-da ehtiyatların azalması barədə məlumatlar bazarda qiymətlərin artmasına şərait yaradır”, – “Hi Investment & Futures Corp.”un xammal sektoru üzrə analitiki Sunqhil Uill Yun deyib.

Qeyd edək ki, iyunun 14-də başa çatan həftə ərzində ABŞ-da neft ehtiyatları 311 milyon barel azalaraq 482,4 milyon barrelə çatıb. Bu azalma göstəricisi ötən beş ilin bu dövrü üzrə orta səviyyədən 7 faiz çoxdur.

ABŞ-da benzin ehtiyatları keçən həftə 1,69 milyon barrel azalıb.

Federal Ehtiyat Sistemin (FED) iyunun 18-19-da keçirilmiş iclasdan sonra tonunun dəyişməsi fonunda ABŞ dollarının bütün əsas valyutalara qarşı zəifləməsi də neft bazarına müəyyən dəstək təmin edir.

“Neft bazarı üçün monetar yox, daha çox büdcə siyasəti daha vacib katalizator rolu oynayır”, – “CFRA Research”ün analitiki Stiven Qlikman “MarketWatch”a bildirib.

Çərşənbə günü OPEC+ ölkələrinin qarşıdakı görüşü iyulun 1-2-nə keçirməyi qərara aldıqları məlum olub. Bu görüşdə neft hasilatının məhdudlaşdırılması üzrə sazişin müddətinin uzadılıb-uzadılmaması və hansı şərtlərlə bunun edilməsi barədə qərar qəbul edilməlidir.




Xəbərin oxunma sayı : 214




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap