|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Üç təhlükəsizlik şefinin müəmmalı Qüds görüşü – Moskva İranla bağlı bazarlığa gedibmi?
Tarix 02.07.19, 20:46 |
|
Qüdsdə Rusiya, ABŞ və İsrail nümayəndə heyətlərinin görüşü az qala ən böyük sensasiya kimi təqdim edilir. Lakin hadisəni şişirdənlərin özləri də yekdil mövqedə deyillər. Bir qrup bəzi prinsipial məsələlərdə razılığın əldə edildiyini, digərləri isə əksini iddia edirlər. Hər iki yanaşmada informasiya savaşının əlamətləri özünü göstərir. Bu da başadüşüləndir, çünki müzakirə obyekti geosiyasi baxımdan çox həssasdır və çox sayda dövlətin maraqları ilə kəsişir. Buna baxmayaraq, əlbəttə, Qüdsdə iştirakçılar müəyyən məsələləri müzakirə ediblər və ya ən azından fikir mübadiləsi aparıblar. Problemin bu aspektinin analizi üzərində geniş dayanmağa ehtiyac görürük.
Bolton, Patruşev və Ben-Şabat: nəyi və necə müzakirə ediblər?
Dünya KİV-ləri ABŞ, İsrail və Rusiyanın təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrinin Qüdsdəki görüşü haqqında böyük hay-küy qaldırıblar. Con Bolton, Nikolay Patruşev və Meir Ben-Şabatın apardıqları müzakirələr az qala Yaxın Şərqin geosiyasi taleyinin həlledici məqamı kimi təqdim edilir. Lakin bir sıra yazılarda bu görüşün lazımi səmərə vermədiyi vurğulanır. Hər iki qiymətləndirmə, bizcə, tələsik çıxarılan və ya xəyal edilən məqsədlərə haqq qazandırmaq üçündür. Təbii ki, dünyanın üç güclü təhlükəsizlik sisteminə malik olan ölkəsinin əvvəllər müşahidə edilməyən formatda nələrisə gözdən keçirməsi diqqət yetirilməli haldır. Bununla yanaşı, Yaxın Şərq ancaq həmin dövlətlərin istəyi ilə formatlaşmır. Regionun digər güclü ölkələri, dünyanın digər super geosiyasi gücləri də var.
Belə çıxır ki, Bolton-Patruşev-Ben-Şabat görüşünün əhəmiyyətinin vurğulanması ilə yanaşı, təbliğat xatirinə şişirdilməsi və ya azaldılması da müşahidə edilir. Bu iki ifrat yanaşmanın işığında görüşün real aspektlərinin geosiyasi analizi maraq doğurur.
Bu formatda görüş ilk dəfədir ki, reallaşır. Onun təşəbbüskarı İsrailin Baş naziri Binyamin Netanyahudur. B.Netanyahu parlament seçkisində qalib gəlsə də, koalisiya hökumətini qura bilmədi. Reytinq baxımından çətin vəziyyətə düşmüş dostunu Vaşinqton hər vəchlə yenidən xilas etməyə çalışır. Ekspertlər bu məqsədlə Vaşinqtonun İrana qarşı daha sərt addımlar atdığını və Colan təpələri ilə bağlı məlum təxribatçı qərarı vurğulayırlar.
Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüş isə bu sırada daha təsirli addım ola bilər. Çünki məhz Rusiya Avrasiyada İrana daha çox təsir imkanına malik olan ölkədir. Bir neçə ay öncə Binyamin Netanyahu, Con Bolton və Avstriyanın Prezidenti Aleksander Van der Bellen Rusiya dövlət başçısı Vladimir Putinlə İran məsələsini İsrail ssenarisi üzrə həll etməklə bağlı müzakirə aparmışdılar. Onda Rusiya Prezidenti təmkinlə müzakirə ünvanının Tehran olduğuna işarə etmişdi.
Deməli, Qüds görüşünün qısa tarixçəsi var. Fərq ondan ibarətdir ki, Təl-Əviv dünyaya nümayiş etdirməyə çalışır ki, ABŞ və Rusiyanı İran məsələsində öz xeyrinə bir araya gətirə bilər. Bəs bu alındımı? Görüşdə müzakirə olunan məsələlərin konkret məzmunu KİV-ə məlum olmadığından, danışıqların iştirakçılarının ifadə etdikləri fraqmentar xarakterli fikirlərdən müəyyən mənzərə yaratmaqdan başqa çarə yoxdur.
ABŞ və İsrail tərəfi müəyyən razılaşmanın olduğundan bəhs edir, o cümlədən Suriyanın gələcək siyasi taleyi ilə əlaqədar ortaq fikir olduğunu ifadə edirlər. Ancaq N.Patruşevin bir qeydində bu məsələdə də tam razılığın olmadığı hiss olunur. Amerika və İsrail regionda “sülhpərvər və təhlükəsiz Suriyanın mövcudluğunun” qəbul edildiyini vurğulayırlar. N.Patruşev isə buna “suveren, ərazi bütövlüyü bərpa edilmiş və müstəqil Suriya” şərtlərini əlavə edib. Belə çıxır ki, İsrail və Rusiyanın “təhlükəsiz və sülhpərvər Suriya” anlayışları məzmunca fərqlənir.
Məsələnin digər ziddiyyətli tərəfi İranın Yaxın Şərqdə geosiyasi-hərbi iştirakı ilə bağlı mövqelərin kardinal surətdə bir-birindən fərqlənməsi ilə bağlıdır. Amerika və İsrail İranın Suriya və İraqdakı mövcudluğunu Moskvanın tam nəzarət altına almasını və mümkün olsa, Suriya, Livan və Yəməndən onun tamamilə çıxarılmasını arzulayırlar. Bu tələbə N.Patruşev aydın cavab verib: İranın Suriyadakı hərbi mövcudluğu Dəməşqin dəvəti əsasındadır və onu Bəşər Əsədlə müzakirə etmək lazımdır.
Ayrıca, Moskva hesab edir ki, İran Suriyada terrorla mübarizədə fəaldır və bu xidməti heçə saymaq olmaz. Bir sözlə, İranın Suriyada hansı statusda qalması məsələsi ilə bağlı Kreml məsuliyyəti üzərinə götürmək fikrindən uzaqdır. Ona görə yox ki, kimdənsə çəkinir. Ona görə ki, ABŞ və İsrailin istədiyinin əksini düşünr. Belə ki, Moskva İranın Yaxın Şərqdə güclü olmasını istəyir. Çünki regionda ən yaxın geosiyasi müttəfiqi İrandır.
İran və Suriya: bazarlıq obyektləridirmi?
Bu səbəbdəndir ki, N.Patruşev amerikalı və israilli həmkarlarına ABŞ-ın pilotsuz uçan təyyarəsinin İranın hava sərhədini pozduğuna görə vurulduğunu deyib. Bunu sübut edən faktlar Rusiya Müdafiə Nazirliyində mövcuddur. Hörmüz boğazındakı tankerlərin vurulması haqqında Qərbin təqdim etdiyi informasiya isə “qeyri-peşəkar hazırlanıb”. Yəni yalandır və onu lazımi səviyyədə peşəkarcasına təqdim edə bilməyiblər. Bu, faktiki olaraq, hər iki məsələdə İranın mövqeyini açıq və birmənalı müdafiə etmək, dolayısı ilə bütövlükdə Tehranın Yaxın Şərqdəki fəaliyyətinə haqq qazandırmaqdır. Təbii ki, Suriya bu sırada ilk yerdədir. Bu halda hansı ümumi razılıqdan söhbət gedə bilər?
Bunlarla yanaşı, KİV bir məqamı xüsusi təqdim etməyə çalışır: tərəflər Osakoda V.Putinlə D.Trampın görüşərək müzakirələri davam etdirmələri haqqında razılığa gəliblər. Doğrudan da, bu tezisi iştirakçıların hamısı qəbul edir. İndi məlumdur ki, Osakoda prezidentlər görüşüblər, lakin hansısa ortaq qərar haqqında heç bir informasiya yoxdur. Adi məntiq də göstərir ki, dövlət başçılarının həmin məsələdə ümumi razılığa gəlməsi bu mərhələdə mümkün deyildir. Çünki V.Putin İrandan, D.Tramp isə İsraildən vaz keçən deyillər. Bu “suayırıcı zona” qalırsa, prinsipial razılıqdan söhbət gedə bilməz. O başqa məsələdir ki, tərəflər müzakirələri davam etdirmək haqqında ortaq fikrə gələ bilərlər.
Lakin İsrail KİV-i bütün bunların fonunda bir fikri israrla yaymağa çalışır: Qüdsdə Amerika, Rusiya və İsrail İranın neytrallaşdırılması ilə bağlı müəyyən razılığa gəliblər. Məsələn, israilli ekspert Aviqdor Eskin yazır ki, danışıqların məzmunu məlum olmasa da, inamla təxmin edə bilərik ki, Amerika və İsrail tərəfi Suriyanı İranın hərbi-siyasi mövcudluğundan azad etməkdən daha çox danışıblar: “İlk baxışdan, Rusiyanın bunda az maraqlı olmadığı görünür. İranın Suriyada mövcudluğu bu mərhələdə Moskva üçün zərərlidir. Bu, artıq Moskva ilə Tehran arasında kimin B.Əsədə daha çox təsir etməsi ilə bağlı rəqabət deyil, ancaq rusiyapərəst və iranpərəst silahlı qrupların birbaşa toqquşmasıdır” (bax: В Иерусалиме заложена основа триумвирату США, России и Израиля / “Regnum”, 26 iyun 2019).
Fikirlərinə davam edərək, ekspert vurğulayır ki, İran həm də Rusiyanın əlində kartdır: “Belə təxmin etmək olar ki, Moskva İran üzrə Vaşinqton və Yerusəlimlə geniş əməkdaşlığa gedəcək”. Yəni Moskva İranın Suriyadan çıxarılması əvəzində B.Əsədin İsrail və ABŞ tərəfindən tanınmasını tələb edə bilər.
Buna bənzər iddialara rast gəlinir. Lakin onların hamısı xəyalların və ya gizli istəklərin məhsuludur. Rusiya Təhlükəsizlik Şurası katibinin ifadə etdiklərindən birmənalı aydın olur ki, prinsipial məsələlərdə Moskva İranla bağlı bazarlıq etməyəcək! Çünki məsələ ancaq Suriya ilə əlaqəli deyil. Rusiya özünün geosiyasi müttəfiqi ilə münasibətləri uzunmüddətli təsəvvür edir. Ona görə də hansısa keçici maraqlara görə bu mövqeyini dəyişməz. Əgər Rusiya onu edərsə, onunla kimsə müttəfiqlik etməz.
Deməli, əslində, Rusiyanın İran məsələsində ABŞ və İsraillə birgə hərəkət edəcəyi ilə bağlı informasiyalar yayılırsa, bu, xüsusi məqsədlə edilir və reallığa uyğun görünmür. Söhbət ondan getmir ki, Yaxın Şərqdə Rusiya-İran əməkdaşlığına kimsə çox müsbət yanaşır. Burada əsas məqam Qüdsdəki danışıqlardan kimin hansı məqsədlə informasiya faktoru kimi istifadə etməyə çalışdığını göstərməkdən ibarətdir.
Beləliklə, Qüds görüşü, həqiqətən, tarixi əhəmiyyət kəsb edir. Dünya bir daha Yaxın Şərqdə hansı dövlətin nə kimi məqsədləri güddüyünü aydın gördü. Müzakirə aparan dövlətlərdən heç biri Yaxın Şərqin mütləq əksəriyyətini təşkil edən xalqları təmsil etmirlər. İsrail regiona aid olsa da, təkbaşına böyük problemləri həll etmək hüququna malik deyil. Onda belə çıxır ki, Yaxın Şərqlə bağlı yerli dövlətlərin iradəsi olmadan nələrəsə nail olmağa çalışanlar var. Həm də onlar regionun böyük dövlətlərindən olan İranın oyundan kənar qalması variantlarını müzakirə edirlər. Sonra növbə hansı müsəlman dövlətinindir? Ümumiyyətlə, Qüdsdə hansı əsasla bu üç dövlət müsəlman ölkələrinin taleyini həll etməyə çalışırlar? Kim onları qəyyum edib?
Newtimes.az
Xəbərin oxunma sayı : 226
Analiz
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV