Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İqtidara yaxınlığı ilə tanınan şərhçi:“Ərdoğanı AK partiyadan ayırmaq tələdir“

Tarix 03.07.19, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Əbdülqadir Selvi

“Hürriyet”, 02.07.2019

İstanbul seçkiləri Ankara kulislərini hərəkətə gətirib.

Baxışlar kabinə dəyişikliyinə yönəlib.

Prezident Ərdoğan: “Kənar təzyiqlə kabinə dəyişikliyi edilmir”, – deyib. Məlumdur ki, xaricdən təsirə malik olduğu müddətdə Ərdoğan kabinəni dəyişməyəcək.

Ərdoğanın bu suala cavabında bir cümlə də var: “Elə bir şeyə gərək olsaydı, bunu özümüz edərik”.

Ankarada bir təqvim günündən danışılır. 11 İyulda AKP-nin MKYK konfransı keçiriləcək. İstanbuldakı seçkilər müzakirə ediləcək.

Ərdoğanın 15 İyul mərasiminə qatılmasından sonra qısa bir müddətə tətilə çıxacağı da söylənir. Amma iyul ayının sonuna qədər kabinə və partiya rəhbərliyinin dəyişməsi gözlənilir.

Bu arada Prezident dəftərxanasında yeni sistemlə bağlı işlər gedir.

Prezident üsul-idarəsi sistemini izah edilərkən, bir sxem açıqlanmışdı. Mərkəzi fiquru prezident olan maliyyə, insan resursları, idarə rəhbərləri və kənarda kabinə ofislərinə malik bir sistem qurulmuşdu. Amma indi prezidentliklə partiya liderliyinin bir-birindən ayırmaq təklifi səslənir.

Prezident sisteminin müzakirələri arxa plana keçdiyi bir vaxtda, prezidentin yalnız partiyaya üzvlüyü ilə kifayətlənməsi formulu ön plana çıxıb. Ancaq sistem, MHP-nin qatqısı ilə, prezidentin həm də partiya lideri olması prinsipinə əsaslanır.

16 Aprel referendumundan sonra Ərdoğan 21 Mayda keçirilən fövqəladə konqresdə AK Partiya lideri vəzifəsini də öhdəsinə alıb. O dövrdə Ərdoğanın partiyasına dönüşü “Əfsanə qayıdır” şüarı ilə açıqlanıb.

23 İYUN CƏSARƏT VERİB

İyunun 23-dən sonra prezident və partiya lideri vəzifələrini ayırmaq təklif edilib.

Mən sistem müzakirələrinə baş vurmaq fikrində deyiləm. Sözüm başqa məsələ haqdadır. Prezident Ərdoğanın AK Partiya rəhbərliyindən istefası formulundan bəhs edirəm.

Ərdoğanın AK Partiya ilə əlaqəsini yalnız üzvlük səviyyəsində davam etdirməsi gözlənilir. Bu barədə nə düşündüyünü bilmirəm. AK Partiyada, yəqin ki, belə bir plan yoxdur. Belə formullar əsasən Ərdoğan və AK Partiyadan kənarda bişirilir.

Bir addım daha irəli gedirəm. Bu modelin əsasını Ərdoğanı AK Partiyadan ayırmaq təşkil edir. Ərdoğan və AK Partiyanı bir-birlərini ayırma tələyə bənzəyir.

Modelin adı “Ərdoğansız AK Partiya və ya AKP-siz Ərdoğan”dır… Ərdoğansız AK Partiyanın həyatı nə qədər sürəcək bilmirəm. Özal olmadan – ANAP və Dəmirəlsiz – DYP yaşamadı.

Ərdoğan prezident seçildikdə, AK Partiyanı məsafədən idarə etməyə çalışıb. Ancaq Davudoğlu və Binəli Yıldırım modelləri baş tutmadı.

Ərdoğanın prezidentlik kürsüsündə oturduğu zaman qarşısında Özal və Dəmirəlin “fotoşəkilləri” durub. Hər ikisi istəmədiyi halda partiyalarını itirmiş liderdir. Onlar prezidentliyi qazanıb, ancaq partiyalarını itiriblər.

Ərdoğan siyasətdən gələn lider olduğu üçün buna icazə verməyib. Prezidentliyi dövründə fəxri sədr olmayıb.

Nəhayət, sistemi dəyişib və partiya rəhbərliyinə başlayıb. İndi onu “Ərdoğan partiyanın sədri vəzifəsini tərk etməlidir” təklifi ilə partiyasından ayırmaq istəyirlər.

 

DAVUTOĞLU VƏ GÜL-BABACAN PARTİYASI

Bu arada AK Partiya cəbhəsi qaynar səhnə olacaq. Abdullah Gül-Əli Babacan və Əhməd Davudoğlu arasında kimin daha tez partiya quracaq yarışının başlaması gözlənilir.

Tənqidi qeydlərini akademik ölçüdən sərt siyasi açıqlamalara çevirən Əhməd Davudoğlunun sentyabr-oktyabr aylarında yeni bir partiya quracağı söylənir.

Əli Babacanın bu həftə AK Partiya təsisçilər komitəsinin üzvü olaraq istefa etməsi gözlənilir. Babacan mayın 30-da istefa məktubu ilə Ərdoğanl görüşə gedib, amma “Seçki dövündə istefa vermək doğru deyil”, – deyib.

Ərdoğan-Babacan görüşünün xoşbəxt sonluqlu olacağını deyə bilmərəm. Hətta xoşagəlməz söhbət daha düzgün ifadədir. Çünki Babacan bəzi tənqidlər söylədikdə, Ərdoğanın deyəcəyi budur: “Partiyada qal və bu problemləri birlikdə həll edək”.

Babacan: “Halallaşma dövründəyəm. Sizi məlumatlandırmaq üçün gəldim. AK Partiyadan ayrıldım, tezliklə istefa edəcəyəm”.

Ərdoğan: “Partiya yaradırsan?”

Babacan: ” Bəli, partiya yaradıram”.

Əslində, Abdullah Gül və Əli Babacan görünüşlü partiya qurur.

Tərcümə: Strateq.az                  



Xəbərin oxunma sayı : 154




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap