Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qızları yatağa salıb videolarını çəkiblər – Bakıda şantaj ssenarisi

Tarix 05.07.19, 23:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində üç nəfərə hökm oxunub. Onlar yeniyetmələrin dələduzluq və hədə-qorxu ilə xeyli pulunu əlindən alıb.

AzFakt.com Bizimyol.info-ya istinadən xəbər verir ki, söhbət ümumilikdə 359 min dollardan gedir. Hökmə əsasən Famil Qəfərov 9, Şahid Tarverdiyev 8, Elmar Əliağazadə 6 il azadlıqdan məhrum edilib.

Onlar müxtəlif yeniyetmələrin pulunu, zinət əşyalarını mənimsəyib. Təqsirləndirilənlərin toruna əvvəlcə Füzuli rayon sakini olan 16 yaşlı yeniyetmə oğlan düşüb. Onunla münasibətləri yaxşılaşdırıblar, hətta yeniyetmə üçün əyləncə məclisləri təşkil ediblər.

İttiham olunan şəxslər məhz bu məclislərdə həm yeniyetmənin, həm də ayrı-ayrı qızların intim görüntülərini əldə ediblər.

Sonra şantaj mərhələsi başlayıb. Şantaj olunanlar daim bu üç nəfərə pul, zinət əşyaları verirmiş.

Təqsirləndirilənlərin yeniyetmələri silahla da hədələdiyi bildirilir.

Məhz ilk şantaj olunan yeniyetmə oğlan bunun belə davam etməli olmadığını anlayıb, Bakı Şəhər Baş Polis İdarəsinə üz tutub. Onun şikayəti əsasında həmin üç nəfəri həbs ediblər.

Məhkəmədə Famil Qəfərovun daha çox cinayətdə əli olduğu üzə çıxıb. O, özünün münasibətdə olduğu qadınları da şantaj edirmiş. Üstəlik, anasından da pul tələb edir, evi satıb ona verməsini istəyirmiş.

Məhkəmə bildirilib ki, istintaq hələlik Famil Qəfərovun yalnız 16 yaşlı yeniyetməyə qarşı əməllərinə hüquqi qiymət verib. Amma digər əməlləri də cəzasız qalmayacaq.



Xəbərin oxunma sayı : 556




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap