Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Aralıq dənizi uğrunda savaşda Türkiyə geri çəkilmir – Vaşinqton Ankara ilə Təl-Əvivi eyni masa ətrafına oturtmağa çalışır

Tarix 06.07.19, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Ergün Diler

“Takvim”, Türkiyə, 04 iyul 2019-cu il


Bu gün daha dəqiq addımlarla irəliləyək. Məsələni böyük bir riyazi problem kimi həll etməyə çalışaq.

ABŞ öz davamlılığını təmin etmək üçün Çini durdurmağa və nəzarət altına almağa məcburdur. Bunun üçün ilk atdığı addım neftlə bağlı oldu. Venesuelanı qarışdırıb, hakimiyyəti ələ keçirmək istədi. Hədəf Çinin nəzarətdənkənar bir damla belə neft ala bilməməsi idi.

İran məsələsi də, Qaşıqçı qalmaqalı da bundan ayrı və müstəqil deyildi. ABŞ Çini “neftlə tərbiyə etmək” istəyirdi.

“Huawei”lə bağlı dava da bu məqsədə xidmət edir. Çin daha çox böyüməsin, nəzarətə alınsın ki, ABŞ böyük olaraq yaşaya bilsin. Bu balans belə qurulurdu.

Vaşinqtonda “Çini indi vurmasaq, sabah çox gec olacaq” deyən çox adam vardı. Tramp və komandası isə, sanki, Çinlə birlikdə “iki böyük” olma variantını seçirdi. Sıxıntı burada idi. Trampın əleyhdarları “Bundan bir addım sonra ABŞ adlı bir dövlət olmayacaq” deyərək bağırırdı. Gedən mübarizənin mahiyyəti qısaca bu idi.

Bu iki ayrı qütb hədəf seçdikləri hər bir ölkədə özünə yaxın güc tapırdı. İngiltərədə də, Almaniyada da, Türkiyədə də bu qütblərin hər birinə yaxın şəxslər, iş adamı da, siyasətçi də var idi.

Qütblər arasındakı toqquşma ABŞ-Çin balansının oturuşmaması üzündən idi. 2007-ci ildən bu yana Türkiyədə baş verən bütün sarsıdıcı hadisələrin arxa planında da bu reallıq dayanırdı. “Ergenekon”dan “Balyoz”a, oradan da 17-25 dekabr və 15 iyula qədər gedən yolda aparılan mübarizə əslində bu üzdən idi. Maraq mövzusu, “Türkiyə Qərb ittifaqındamı qalacaq, yoxsa günəşin doğuşunu təqib edib Avrasiyada qonaq olacaq?” idi. Savaşın səbəbi bu mövzu idi. Çünki dünyanın maliyyə və enerji siyasəti tamamilə dəyişəcəkdi.  Bütün qurumlar və ölkələr bu yöndə düzüləcəkdi. Bu, böyük bir keçid olacaqdı. Sancı buradan qaynaqlanırdı. NATO-dan BMT-yə, BVF-dən Dünya Bankına qədər hər şey dəyişəcəkdi. İki böyük müharibə ilə meydana gələn qurumlara səssiz müharibə ilə son veriləcəkdi. Durumu qəbul edənlər və etməyənlər var idi. Mübarizə bütün sürətilə davam edirdi.

Gedən mübarizənin mərkəzlərindən biri, bəlkə də, əsası Aralıq dənizi idi. Təqribən 2,5 milyon km2 sahəsi olan Aralıq dənizi yeni dünyanın ən özəl dənizidir. İndi əsas məsələ bu qədər böyük sahəyə yayılan neft və təbii qaza kimin hakim olacağıdır. Kritik bölgələrdə söz sahibi kim olacaq, son sözü kim söyləyəcək?

Beynəlxalq hüquqa görə, Türkiyə Aralıq dənizinin ən şanslı ölkələrindən biridir. Türkiyənin 55 500 km2, İsrailin 4 000 km2, Misirin isə 17 000 km2 sahədə kəşfiyyat aparma haqqı var. Beynəlxalq rəsmi sənədlər bunu təsdiqləyir. Elə əsas məsələ də burada başlayır.

Bölgədə 40-dan çox ölkənin hərbi gəmiləri haqq istəyir. Yeni Zellandiya belə, Aralıq dənizindən pay istəyir. Adama zarafat kimi gəlir, elə deyilmi? Amma həqiqət belədir.

Bu səbəblə, ABŞ Türkiyəni hədəf seçdi. Yeni dünyanın özəl dənizində mövcud olmaq istəyən ABŞ Türkiyənin bölgədəki gücünü azaltmaq istəyir. Bu gün Suriya və İraqda Türkiyə əleyhinə nə baş verirsə, onun səbəbi Ankaranın Aralıq dənizində olan şansıdır. Bunu görmək çətin deyil. Ancaq bunu israrla görməməzlikdən gələnlər var.

ABŞ, İsraildən istifadə edərək Türkiyə ilə anlaşmaq istəyir. Əgər Vaşinqton Ankara ilə Təl-Əvivi eyni masa ətrafına oturtmağı bacararsa, dünya başqa bir nöqtəyə yönlənəcək. Çünki Türkiyə ilə İsrailin böyük enerji anlaşması əldə etməsi Avropa və Rusiyanı plan xaricinə itələyəcək. İsrailin Cənubi Kiprlə bağladığı enerji sazişi özü ilə bərabər yeni sıxıntılar gətirdi. Əsas təbii qaz və neft ehtiyatlarının olduğu Şərqi Aralıq dənizində “boss” hazırda Türkiyə görünür. Ona görə də İsrail Türkiyə ilə anlaşmaq üçün Vaşinqtondan dəstək istədi.

Burada, heç kim görmək istəməsə də, İngiltərənin rolu çox önəmlidir. Bilənlər bilir. İsrailin arxasındakı əsil ağıl, əsil güc Londondur. Məncə, məsələnin həllinə Londonun oyundankənar duruma salınması ilə baxılması yalnış olardı. O da nəzərə alınmalıdır ki, İngiltərə uzun müddətdir Kiprdədir.

İsrail bir çox baxımdan Vaşinqtonla Londonu bir-birinə bağlayırdı. Vaşinqton Londonun təsirində qalırdı. Bu, sirr deyil. Bir çox hadisə zamanı bunu gördük. Ən azı, son illərədək durum belə idi. İndi İngiltərənin ABŞ-la əldə etdiyi Aralıq dənizi anlaşması başlamadan bitdi. Çünki Vaşinqton İngiltərədən daha çox səlahiyyət istədi. Bu da reallaşmadı. Əgər İngiltərə “Brexit”lə nəticələnən bir dövr yaşamazsa, Vaşinqton üçün əsil risk o zaman başlayacaq. İngiltərə də AB-də öz təsirini qorumaq üçün Aralıq dənizi qazına var gücü ilə girişəcək.

Aralıq dənizinin həqiqi dəyərini ilk anlayan da İngiltərə oldu. Hamının hadisədən uzaq olduğu bir vaxtda onların 3 önəmli hərbi gəmisi Kipr ətrafında lövbər saldı. Bu gəmilər ABŞ-ın hərbi gəmiləri ilə yaxın olmasalar da, bölgədə təsirli rol oynayırlar.

Türkiyənin xüsusilə Şərqi Aralıq dənizində İngiltərə ilə qarşı-qarşıya gəlməsini istəyən də Vaşinqtondur. Təbii, öz maraqlarına görə. Bu durum, əlbəttə, özü ilə bərabər ciddi nəticələr gətirə bilər. Yəni, oyun içində oyun qurulur. Zənginlik də, sui-qəsdlər də Türkiyənin ətrafındadır.

London artıq Kipr adası ilə bağlı geri addım atmayacaq. Vaşinqton da bunu anlayır. Ona görə də Vaşinqton İngiltərə ilə böyük ortaqlıq istəmir.

Kilid ölkə mövqeyində olan Türkiyənin anlaşmaq üçün necə bir yol izləyəcəyini isə bu gün heç kim anlamır. Türkiyənin hamı ilə oturması, danışması və öz bildiyin etməsi fikirləri əməlli-başlı qarışdırıb. I Dünya Müharibəsindən sonra torpaqlarını itirən bir dövlət indi, böyük oyunçulara rəğmən, masada yer tutmuş durumdadır. Və bu yer həddindən artıq önəmli bir nöqtədir.

Ankara həm “İpək yolu”nun önəmini, dəyərini, həm də Aralıq dənizinin vazkeçilməzliyini görür və bilir. Oyunu gördüyü üçün də böyük həmlələrlə irəliləyir. Əlbəttə, bu marşurutu tərsinə çevirmək istəyənlər, “Əvvəllər olduğu kimi, Qərblə yürüyək” deyənlər olacaqdır. Demək olar ki, bütün önəmli paytaxtlardakı ayrışma belədir.

Bu ayrışma, bölünmə AKP daxilində də, CHP daxilində də var. Və bu məktəblərin toqquşması İstanbul seçkilərində ortaya çıxdı. Sərmayənin “rəngi”ndən tutmuş ölkələrin marağına qədər olan hər bir şey açığa çıxdı. İki məktəb də Türkiyənin yönü uğrunda mübarizə aparmaqdadır.

Ancaq Ankara Avrasiya üçün qaza basdı, gedir. Türkiyə NATO mərkəzli əməliyyatlardan sonra bu ittifaqla nə qədər sağlam bir ortaqlıq edə bilərdi? Bu sualın cavabı Türkiyənin böyük güc balansını dəyişdirmək üçün meydana girməsinə yol açdı. Olan budur.

Qeyd: Ötən gün axşam saatlarında dünyada “qırmızı həyəcan” durumu yaşandı. Dedi-qodu baş alıb getdi. Rus sualtı qayığı yenə ABŞ tərəfindən vurulduğu üçün qayğı böyük idi. Hər kəs “Böyük müharibə qapıda” deyərək, tullanıb düşdü. Əllər tətikdə idi. ABŞ-ın Suriyadakı Tabka və Rümeylan bazalarına bir rus hücumunun olması ehtimalı Ağ Evi ayağa qaldırdı. Putinin soyuqqanlılığı savaşı önlədi. Ancaq gərginlik hələ çox yüksəkdir…

Şimal qütbündə keçirilən bir əməliyyatın əks-reaksiyası belə, deyəsən, bizim ətrafımızda olacaq. İndi Türkiyənin güc balansındakı rolunu düşünün.

Tərcümə Strateq.az-ındır



Xəbərin oxunma sayı : 499




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap