Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Böyük Britaniya və İran bəyanat yaydı –Hörmüz boğazındakı hadisə ilə bağlı

Tarix 11.07.19, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniya hökuməti Hörmüz boğazından keçən “British Heritage” ticarət gəmisinin üç İran gəmisi tərəfindən saxlamaq cəhdi göstərildiyini, lakin baş tutmadığını bildirib.

Böyük Britaniya hökumətinin açıqlamasına görə, həmin İran gəmiləri yalnız ticarət gəmisini müşayiət edən hərbi gəmidən gələn “şifahi xəbərdarlıq”dan sonra geri qayıdıb.

“Biz narahatıq və İran hökumətini bir daha regionda gərginliyi azaltmağa çağırırıq”, – açıqlamada qeyd olunur.

Digər tərəfdən, “Fars” xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Hörmüz boğazından keçən britaniyalı gəmini əngəlləməyə çalışdıqları barədə xəbərləri təkzib edib.

“Sepah Bəhriyə gözətçiləri adi qaydada fəaliyyətlərini davam etdirərək qarşılarına qoyulan vəzifələri dəqiq yerinə yetirirlər. Son 24 saat ərzində hər hansı xarici, o cümlədən britaniyalı gəmilərlə təmasda olmayıblar”, – “Sepah”ın açıqlamasında vurğulanır.

Bundan əvvəl CNN “Sepah”a məxsusluğu ehtimal olunan 5 ədəd katerin Hörmüz boğazından keçən Böyük Britaniya tankerini saxlamağa cəhd etdiklərini bildirmişdi. /Report




Xəbərin oxunma sayı : 220




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap