Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Yurdumuzun tarixi “Ocaq“ın dərslərində

Tarix 11.07.19, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


Boran ƏZİZ

Eşitdim ki, İTV-nin "Ocaq" verilişi yay tətilinə çıxıb. Daimi tamaşaçı olduğum bu dəyərli veriliş haqqında ürək sözlərimi oxucularla bölüşməyə qərar verdim. 

Cəmi dörd ay ərzində "Ocaq"ın 17 buraxılışı efirdə olub. Azərbaycanımızın 17 kəndinin tarixindən, o yurdların dağından-aranından, dərəsindən-kəsəyindən, çayından-bulağından, sözün qısası - taleyindən söz açıldı. Mən deyərdim ki, bu veriliş İctimai Televiziyanın tamaşaçılarla bərabər bir növ "Ocaq" dərsləridir.

... Bir kəndin adının, yerinin, yurdunun kökünün, etimologiyasının öyrənilməsi, tariximizdə əbədi yaşaması üçün həftədə 25 dəqiqəlik dərs. Bu dərsə gecikənlər də oldu, yayınanlar da, amma öyrənmək istəyənlər az deyildi. Çünki o dərsi deyən müəllimlər əsasən həmin elin, obanın öz övladları, eləcə də tədqiqatçı alimlərimiz idi. Qəzetə, kitaba marağın azaldığı bir zamanda  İctimai Televiziyanın maarifləndirici verilişlərə üstünlük verməsi, şübhəsiz, vətənini, yurdunu sevən hər bir azərbaycanlının ürəyincədir. Efirdən milli-mənəvi dəyərlərimizin təbliğinin reytinqdən, reklamdan üstün tutulması vacib amildir. Bunu İTV-də yaxşı anlayırlar.

Toponimlər qədim tarixin məhsulu olub, insanların təbii-coğrafi mühitlə qarşılıqlı münasibətləri nəticəsində yaranmış söz abidələridir. Onların zaman və məkan daxilində yaranması prosesi mürəkkəb tarixi hadisə hesab edilir. Özündə qan yaddaşımızı daşıyan toponimlərin tədqiqi hər bir xalqın tarixi keçmişi, coğrafiyası, etnik mənsubiyyəti, mədəni irsi və dili ilə sıx bağlıdır. Bu mənada keçmişin öyrənilməsində hər bir toponimdən qiymətli mənbə kimi istifadə etmək olar. Azərbaycan toponimləri haqqında geniş məlumat əldə etmək üçün yurd adlarının təbii-coğrafi regionlar üzrə tədqiqi vacibdir. Məhz bu baxımdan Azərbaycanın kəndlərinin, o yerlərdəki mikrooykonimlərin öyrənilməsi aktual olmaqla yanaşı, mühüm elmi-praktiki əhəmiyyət kəsb edir. "Ocaq" verilişinin məhz bu səpkidə hazırlanması İTV rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Mənfur ermənilərin işğal etdikləri torpaqlarımızda yer adlarını dəyişdirmək, xalqımızın bu ərazidə qədim dövrlərdən bəri yaşadıqlarını inkar etmək üçün əvvəlcə oradakı toponimləri saxtalaşdırmağa çalışmaları danılmaz faktdır. "Ocaq"ın  respublikamızı kənd-kənd, oba-oba gəzib bu səpkidə veriliş hazırlaması həm də düşmənə tutarlı cavabdır.

"Ocaq"ın tamaşaçısı izlədiyi kəndin toponimləri, bölgənin təbiəti, təbii sərvətləri, yerli əhalinin etnik mənşəyi haqqında dəqiq təsəvvür əldə edir. Bu tip maarifləndirici verilişlərin çox olması günün tələbidir. Bu baxımdan   "Ocaq" verilişinin çəkiliş qurupuna - layihənin rəhbəri Tural Sevdimalıya, redaktor Natiq Qubaqoğluya, quruluşçu rejissor Ruslan Hüseynova, böyük rejissor Bilal Qasımova, operator Arif Həsənova, mətni səsləndirən Səməd Hətəmova minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu faydalı işə xeyir-dua verən İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyinə də çox sağ ol deyirəm.

"Ocaq" verilişi olduqca vacib və dəyərli bir missiyanın başlanğıcıdır. İnanıram ki, bu teleproqramın ömrü uzun olacaq, verilişdən-verilişə onun coğrafiyası genişlənəcək, toponimiyası artacaq və maraqlı bir ensiklopedik materiala, dərs vəsaitinə  çevriləcək. Vətənimiz zəngin, təbiətimiz gözəl, adamlarımız istedadlı olduğu kimi, tariximiz də qədim və maraqlıdır.

Doğru söz, urvatlı söz bağlı qapıları açar. İnanıram ki, "Ocaq"çılar gözlərində od, qəlblərində köz, dillərində söz hələ çox qapıları açacaq, bizlərə qədim yurd yerlərimizin tarixi keçmişindən, adamlarından danışacaq. "Ocaq"ın gur işığında ürəyimiz Vətən sevgisi ilə elə dolacaq ki, yurdumuzun hər qarışı hamımız üçün əziz və doğma olacaq.
 
Mənbə: 525.az



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap