Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qarabağda müharibə başlasa, nələr olacaq? –Amerikalı analitik mümkün ssenariləri açıqlayır

Tarix 02.08.19, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Amerikalı analitik, ABŞ dövlət katibinin postsovet məkanı üzrə sabiq xüsusi müşaviri, tanınmış politoloq Pol Qobl Dağlıq Qarabağ cəbhəsində və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsini şərh edib.

P.Qobl  deyib ki, cəbhədə xırda insidentlər davam edəcək, lakin bu, əsas hücum anlamına gəlmir.

Ekspert Qarabağda müharibə başlayacağı təqdirdə, baş verə biləcək mümkün ssenarilərdən də danışıb.

O bildirib ki, Azərbaycan ilk zərbə endirə bilər, çünki əlində güclü qüvvə var:

“Ancaq bu zaman Rusiya ortaya çıxacaq. Şəxsən mən düşünürəm ki, Dağlıq Qarabağ ətrafında gərginlik uzun müddət davam edəcək”.

Analitikin fikrincə, cəbhədə atəşkəsin pozulması dəyişməz bir fenomendir və bu, hər iki tərəfdən asılı məsələdir.

P.Qobl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan hər hansı irəliləyiş gözləmədiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bu il iyunun 20-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Bu görüşdən sonra Qarabağ cəbhəsində nisbi sakitlik müşahidə olunurdu. Lakin iyulun 17-dən etibarən Ermənistan ordusu bu “susqunluğ”unu pozaraq növbəti dəfə təxribatlara əl atıb.

Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir. /Oxu.az




Xəbərin oxunma sayı : 637




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap