42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar Afaq bu alt paltarında POZA verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Rəqsanənin qızından EHTİRASLI rəqs- VİDEO

  • / Maqazin / — 28 İyul 2019

    Hadisə erotik paylaşımı ilə gündəm oldu - Video

Vaşinqton Ankaranın səbrini tükədib: PKK-YPG-yə görə ABŞ-Türkiyə müharibəsi ehtimalı yüksəkdir

Tarix 05.08.19, 10:04

Font ölçüsü : - / +
bitmap-img6


Fikrət Bila

T24 (Türkiyə), 04.08.2019

 
Türkiyə və ABŞ-ın Suriyada Türkiyə ilə sərhəddə təhlükəsizlik zonası yaratmaq haqda danışıqları hələlik nəticə verməyib.

Türkiyə tərəfi prezident Tayyib Ərdoğanın, xarici işlər naziri Mövlud Çavuşoğlunun ağzıyla  olduqca qəti və sərtcəsinə bildirib ki, anlaşma olmayacaqsa, onda Türkiyə Silahlı Qüvvələri (SQ) Fəratdan şərqdə əməliyyat keçirəcək. Vurğulanıb ki, Türkiyənin “səbri qalmayıb”. Prezident Ərdoğan qeyd edib: “Biz terror dəhlizini alt-üst etməyə qəti köklənmişik”.

Bununla yanaşı, Amerika tərəfi son günlərdə sükuta dalıb və təhlükəsizlik zonası haqda heç nə demir. Vaşinqton bu zaman F-35 təyyarələrinin istismarını öyrənmək üçün ABŞ-da olan türk təyyarəçi və texniki mütəxəssislərini Türkiyəyə göndərməklə məşğuldur. Türkiyənin F-35 proqramından çıxdaş edildiyini bildirən ABŞ bu qərar çərşivəsində əməli fəaliyyətə keçib. Bu arada Ankara buna heç bir reaksiya verməyib. Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısının yekunları üzrə dərc edilmiş bəyanatda F-35 layihəsi xatırlanmır, Suriyanın şimalında təhlükəsizlik zonası haqda isə prezident Ərdoğan və XİN başçısı Çavuşoğlunun bəyanatları ilə müqayisədə daha yumşaq ifadə işlədilib. Qeyd olunur ki, Türkiyə “sülh dəhlizi” yaratmağa səylər göstərəcək.

Terror və sülh dəhlizi

Bu qayda ilə Milli Təhlükəsizlik Şurasının iclasında Suriyanın şimalındakı dəhlizə daha bir tərif verilib: “sülh dəhlizi”. Söhbət Suriya ərazisində Türkiyə sərhədindən o yana 30-40 km dərinlikdən gedir. Bu dəhlizin “dinc” olması üçün ora Türkiyə SQ nəzarət etməlidir.

O biri yandan, Ankara ABŞ-ın dəstəklədiyi və Türkiyə-Suriya sərhədi boyunca Aralıq dənizinə uzanan Kürdüstan Fəhlə Partiyası – Xalq Özünümüdafiə Dəstələrini (YPG) “terror dəhlizi” adlandırır. Bununla yanaşı, ABŞ-ın yaratmaq üçün təklif etdiyi beş-yeddi kilometr dərinliyində təhlükəsizlik zonası Türkiyə SQ-nin deyil, Böyük Britaniya, Fransa kimi Avropa dövlətlərinin və bəzi ərəb ölkələrinin nəzarət edəcəyi dəhlizi ifadə edir. Ankaranın tələblərilə yaxından, uzaqdan heç bir əlaqəsi olmayan bu dəhlizi Türkiyə SQ-dən həm də PKK-YPG qorumalıdır.

Milli Təhlükəsizlik Şurasının yumşaq bəyanatına əsasən, Ankara və hər şeydən qabaq hərbi qanad hələlik gözləyir ki, qızılı orta tapılacaq. Ankara Vaşinqtonu Türkiyə SQ-nin nəzarəti altında 30-40 km dərinlikdə sülh dəhlizi yaratmağa inandırsa və dilə tutsa, onda problem olmayacaq.

Amma ABŞ buna qarşı dirəşsə və Türkiyə SQ-nin nəzarət etmədiyi beş-yeddi kilometr dəhlizə israr etsə, onda Ankaranın buna razılaşmaq ehtimalı sıfıra bərabərdir. Bu halda Türkiyənin Fəratdan şərqdə əməliyyat keçirməkdən başqa variantı qalmayacaq – prezident Ərdoğan bu haqda tez-tez sərt şəkildə danışır.

Əlbəttə, Ankara belə bir əməliyyat keçirərkən Rusiya, İran və dolayısı ilə Dəməşqlə hökmən təmasda olacaq.

Belə bir hərbi əməliyyatın gedişində ən böyük risk Türkiyə və Amerika hərbçiləri arasında hərbi toqquşma ehtimalıdır. NATO üzrə iki müttəfiqin hərbçilərinin döyüşə girməyi isə problemi çox ciddi böhrana çevirə bilər.

ABŞ-ın planı

ABŞ-ın Suriyanın şimalındakı fəaliyyəti aydın göstərir ki, Vaşinqton “Şimali İraq”a oxşar “Şimali Suriya” yaratmağa çalışır. Bu qurum Dəməşqin suverenliyindən qıraqda qalacaq, praktik olaraq müstəqil hərəkət edə bilər və PKK-YPG-“Demokratik Birlik” Partiyası (PYD) tərəfindən idarə olunacaq.

Türkiyədən savayı ABŞ-ın bu planına qarşı çıxış edən daha iki ölkə var: İran və təbii, Suriya.

ABŞ Suriyanın şimalında öz planına israr edərsə, Türkiyənin yaxınlaşacağı iki ölkə bunlardır. Rusiyanın bu məsələdə birmənalı şəkildə Türkiyənin tərəfini tutacağına zəmanət yoxdur. Türkiyə Rusiyanın özünə qarşı qaldırmamaq üçün S-400-dən sonra Rusiyanın Su-35 qırıcılarını alarmı? Bu məsələ də gündəlikdə durur. Prezident Ərdoğan deyib: “F-35-i vermirsiniz? Onda biz başqa yerdə variantlar axtararıq”.

Suriya problemi Türkiyə-Amerika münasibətlərini onların tarixindəki ən əlverişsiz dövrlərdən birinə gətirib çıxardıb. Türkiyənin müttəfiqlik münasibətləri anlayışı dəyişilib. NATO-nu laxladacaq miqyaslar alıb. Türkiyənin sarsılmazlığını təhdid etməyə başlayan hadisələr fonunda Ankaranın milli birlik və ərazi bütövlüyünə əsaslanan siyasət yürütməyi zərurətə çevrilir. Və bu siyasət keyfiyyətcə elə olmalıdır ki, ölkə daxilində müxalifət də onu dəstəkləsin.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 238

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda