Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 08 Dekabr 2019

    Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Noyabr 2019

    Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto

  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTO

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

İki ölkənin yox etmək istədiyi insanlar - Fotolar

Tarix 05.08.19, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Viktoriya çölündə yaşayan spinifeks və yaxud Pile Niquru adlı qəbilə dünyanın ən qəribə qəbilələrindən biridir. Çünki iki ölkə buradakı insanları tamamilə məhv etmək istəyir. Səbəbi isə çox ilgincdir. 

Qəbilə 15 min ildir ki, bu ərazidə yaşayır və hazırladıqları sənət əsərləri ilə diqqəti cəlb edirlər. 

Ancaq bu torpaqlarda qalmaq üçün apardıqları mübarizə hər kəsi təəccübləndirir. Avropalıların Avstraliyaya yerləşməsindən sonra soqyu və quru işğal mühitində olan qəbilə demək olar ki, tamamilə yalnız qalıb. Ancaq bu vəziyyət 1950-ci ildə dəyişdi. 

Belə ki, Spinifeks torpaqları əkin-biçin baxımından o qədər də münbit olmasa da, xaricilər bu torpaqdan başqa məqsədlərlə istifadə etməyin yolunu tapdı. Bu məqsəd dəhşətli idi – nüvə silahlarını yoxlamaq məqsədi. 1953-cü ildə İngiltərə və Avstriya hökuməti bu bölgənin insanlarından icazə almadan və çox cüzi bir xəbərdarlıqdan sonra buraya nüvə silahı atdılar. Bundan sonra yerli əhalinin əksəriyyəti başqa yerlərə köçdü və 1980-ci ilə qədər vətənlərinə geri dönmədilər. Vətənlərinə geri döndükdə isə, öz torpaqlarını geri almaq üçün böyük mübarizəyə başladılar. Onlar bu torpaqların onlara aid olduğunu sübut etmək üçün 1997-ci ildə əhalisinin yaratdığı sənət əsərlərini ortaya qoydular. 

Məlumata görə hazırda Spinifeksdə onların ən böyük toplumları təxminən 180-220 nəfərdən ibarətdir. 

Dünyada spinifekslər kimi çox ilginc şəkildə həyatlarına davam edən bir neçə qəbilə var. Məsələn, Hindistanın Ladax bölgəsində aryanlar adlı qəbilə yaşayır. Onların genlərinin heç dəyişmədiyi bildirilir. Aryan sözünün mənasının isə “soylu kişi” mənasını verir. Ərazidəki 5 aryan kəndində təxminən 2-4 min nəfər insan yaşayır. Qəbilə Hindistan və Pakistan ölkələri arasındakı Kəşmir savaşına görə aralıqda qalıb və demək olar ki, ətraf  bütün əlaqələri kəsilib. 

Hindistanın zəngin torpaqlarında yaşayan, dünyanın ən təhlükəli insanları Konyak Naqa qəbiləsi. Bu qəbilə Hindistanın qərbində yerləşən Nagaland əyalətində yaşayır. Bu qəbilə daha çox savaşları ilə yadda qalıb. Düşmənlərinin hücumunu əvvəlcədən görmək üçün kəndləini dağın ətəyində qurublar. Bu qəbilədə düşməni öldürüb, başını kəsmək gənc qəbilə üzvlərinin artıq yetkinliyə addım atdığını göstərən amildir. Qəbilənin ən son “baş ovu” 1969-cu ildə olub. On qədər kəsilən başların sərgisi olarmış. Lakin bu qadağa olunduqdan sonra qanlı adət sıradan çıxaraq, tarixə dönüb. 

Huli qəbiləsi. Bu qəbilə daha çox rəngli olmaqları ilə fərqlənir. Qəbilənin üzvlərini heç vaxt rəngsiz görmək mümkün deyil. 

Hindistanın müqəddəs Varanası bölgəsində yaşayan qəbilə. Buradakı insanları daha çox şirlərdən qorunmaq üçün yaratdığı təhlükəsizlik tədbirləri ilə hər kəsi təəccübləndirir. Deyilən görə, bu cür təhlükəsizlik tədbirləri 1989-cu ildə 60 nəfərin şirlərin hücumu nəticəsində həlak olmasından sonra yaranıb. Maraqlıdır ki, buradakı insanlar şirlərdən qorunmaq üçün qəribə maskalara hazırlayır. Maskanı görən şirlər qorxaraq, insanlara hücum etmir. Deyilənə görə, şirlə göz-gözə gəlmək həyatı qurtuldu, deməkdir. Çünki şirlə göz-gözə gəldikdə şir özünü bəlli etdiyi anlamına gəlir və başqa ov axtarmağa gedir. Buna görə də qəbilənin insanları başlarının arxasına maska taxır. 18 ay ərzində başına taxmayan 29 qəbilə üzvünün şirlərin hücumu nəticəsində dünyasını dəyişdiyi bildirilir. 

Moritanyada isə bir qəbilə 5 yaşından başlayaraq qızlarını daha kök bəsləməyə çalışır. Çünki bu qəbilədə ağır çəkili olmaq zəngin olmaq mənasını verir. Yəni, qadın nə qədər ağır çəkilidirsə, deməli əri, ya da atası bir o qədər zəngindir. 







Xəbərin oxunma sayı : 388

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda