Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Millət vəkili Mahir Aslanovun otelləri üzə çıxdı - Fotolar

Tarix 13.08.19, 22:12

Font ölçüsü : - / +
bitmap-img6


“Naftalanın deputatı Mahir Aslanov ötən il mətbuata açıqlama vermişdi ki, “təmsil etdiyi” rayonda sanatoriya-filan tikdirmir, adında heç bir istirahət mərkəzi, biznes-filan yoxdur. Səsi Rumıniyadan gəlir, deyir maaşa baxıram. Oğlu “Maserati” ilə avtoşluq edəndə deyirdi ki, biz zəhmətkeş insanlarıq. İndi sizə təqdim etdiyim sənədlərə baxın”. 

AzFakt.com xəbər verir ki, jurnalist Cavanşir Həsənli araşdırıb ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan sübutlar deputatın mətbuata və ictimaiyyətə yalan dediyini təsdiq edir.

Mahir Aslanov ötən il mayın 16-da Naftalanın Şirvan prospekti 4 C ünvanında ümumi sahəsi 10 min kvadrat metrdən artıq 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzinin tikintisinə öz adına icazə alıb. Naftalanda deputatın daha bir müalicə sağlamlıq mərkəzi də var, Kəpəz sanatoriyası.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan digər bir sənədə görə Mahir Aslanov öz adına 2017-ci il iyulun 18-də Xətai rayonu Nobel prospekti 9 ünvanında 7 mərtəbəli, mansardı olan ofis binasının tikintisinə icazə alıb. 

Yeri gəlmişkən oğlu Məhəmmədəli Aslanov Xətai rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır. 

Amma deputat orada ofis yox, otel tikdirib. İndi həmin ünvanda 95 saylı seçki dairəsi adından şəxsi biznesini təmsil edən Mahir Aslanovun ümumi sahəsi 2249.1 kv.m. olan “Nobel” oteli fəaliyyət göstərir. 

Bundan əvvəl isə mətbuat yazıb ki, Bakıdakı HAPPY İNN HOTEL və Kəpəz mebel salonları da deputata məxsusdur. Niyə HAPPY İNN? Çünki deputatımız xalqın əvəzinə çox xoşbəxtdir, mandat, otellər, istirahət mərkəzləri, sərhəd tanımayan biznes, deklarasiyasız sərvət… 

Bir də deputatımızın səsi Avropadan, konkret desək Rumıniyadan gəlir. Buxarestdə 17 ildən bəri fəaliyyət göstərən NİCO KAPAZ SRL şirkətinin sahibidir.

Xatırladaq ki, 2015-ci ilin yanvar ayında avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil cərimə meydançasına aparılıb. Məlum olub ki, belə dəbdəbəli avtomobillə “avtoşluq” edən sürücü Famil Mahir oğlu Aslanovdur.








Xəbərin oxunma sayı : 562




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap