Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTOLAR Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 08 Dekabr 2019

    Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Noyabr 2019

    Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto

  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTOLAR

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

Pedofil milyarder “Epşteyn işi”: Böyük Britaniya krallığını qarışdırdı

Tarix 13.08.19, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-da bu günlərdə həbsxanada müəmmalı şəkildə ölən, pedofil-milyarder “Ceffri Epşteyn işi” okeanın bu tayına, yəni Böyük Britaniyanın krallıq sarayına qədər uzanıb.

Bilindiyi üzrə, milyarder Ceffri Epşteyn azyaşlı qızları zorlamaq və onları pul müqabilində başqalarına satmaq cinayəti ilə həbs olunmuşdu. 

Əxlaqsız iş adamının qızları peşkəş çəkdiyi şəxslər arasında siyasət və iş dünyasının böyük nüfuzlu şəxslərinin olduğu deyilir. Onun vaxtilə indiki prezident Donald Trampla da dostluq etməsi diqqət çəkib.

Lakin işin içinə kraliça II Yelizavetanın ailəsinin, daha doğrusu kiçik oğlu, York hersoqu Endryunun adının qarışması vəziyyəti daha da qarışdırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Coanna Şoberq adlı amerikalı gənc qız hələ 2015-ci ildə, milyarderin adının qarışdığı başqa bir işlə əlaqədar verdiyi ifadədə bildirib ki, Ceffri Epşteyn onu və Virciniya Cuffr adlı başqa bir qadını II Yelizavetanın oğlu şahzadə Endryu ilə zorla cinsi əlaqəyə girməyə məcbur edib. Həmin vaxt Coanna Şoberqin cəmi 16 yaşı olub.



Məhkəmə sənədlərinə əsasən, gecənin sonunda onlar hətta şəkil də çəkdiriblər.

Bukinqem sarayı şahzadənin bəhs olunan hadisə ilə əlaqəsinin olduğunu qəti surətdə inkar edib. 

Lakin “bu xəmirin çox su aparacağı” artıq hər kəs tərəfindən danışılır. ABŞ Federal Təhqiqatlar Bürosu Vircil adalar qrupunda Ceffri Epşteynə məxsus bir adada araşdırma aparır. Bu bölgə olduqca pis şöhrətə malikdir və mətbuat çevrəsində “pedofillər adası” deyə adlandırılır.

Virciniya Cuffr 66 yaşlı Cefferi Epşteynin seks-ticarət şəbəkəsinin qurbanı olduğunu və 3 dəfə zorla başqa şəxslərlə yatmağa məcbur edildiyini deyib.

Məsələ ilə əlaqədar Böyük Britaniyada etiraz səsləri yüksəlməyə başlayıb. Parlamentin Leyboristlər partiyasındna olan üzvü, Qadınlar və gender bərabərliyi komissiyasının üzvü Cess Fillips xüsusi araşdırmanın aparılmasını tələb edib. “Heç kim şahzadəni əvvəlcədən nədəsə ittiham etmir. Lakin biz əgər uşaq ticarətindən danışırıqsa bunu ciddiyə almalıyıq. Iqtidar isə keçmişin səhvlərini təkrarlamamaq naminə bu cür informasiyaları görməzdən gəlməməlidir”,-deyə deputat bildirib.

C. Fillipsin həmkarı Dent Koud heç kimin, hətta şahzadənin belə qanunun üzərində olmadığını qeyd edib. 

Digər leyborist Lloyd Rassel-Moyl isə şahzadənin bir uşağın seks kölə kimi işlədilməsi işində adının keçməsinə rekasiya verməsinin gərəkli olduğunu vurğulayıb.






Xəbərin oxunma sayı : 184

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda