Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Müsavatın hər hansı öhdəliyi yoxdur“ - Arif Hacılı

Tarix 15.08.19, 21:17

Font ölçüsü : - / +
bitmap-img6


"Müsavat Partiyasının heç bir beynəlxalq qurum, beynəlxalq təşkilat, xarici dövlət qarşısında hər hansı öhdəliyi yoxdur. Müsavat Partiyası Azərbaycanın Konstitusiyası, qanunları, beynəlxalq hüquq normaları və öz nizamnaməsinə əsasən fəaliyyət göstərir".

Bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. 

Qeyd edək ki, ötən gün Türkiyədə yaşayan fəal, Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli siyasi partiyaların Qarabağla bağlı beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb-götürmədiyi barədə partiya rəhbərlərinə sual ünvanlamışdı. 

Bu suala cavab verən Arif Hacılı  deyib ki, Müsavat Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyimizin bütün ərazilərimizdə təmin edilməsi, ölkədə hüquqi dövlət, demokratık cəmiyyət qurulmsı uğrunda mübarizə aparır:

"Azərbaycan xalqı, eyni zamanda son 100 ildən çox dövrdə xalqın iradəsinin əsas ifadəçisi olan Müsavat Partiyası Azərbaycan ərazilərində daha bir erməni dövlətinin yaranması ilə heç vaxt barışmayacaq.

Dağlıq Qarabağ problemi ərazilərin toxunulmazlığına dair beynəlxalq hüquq normasına, BMT-nin bu məsələyə dair 4 qətnaməsinə uyğun olaraq həll edilməli, BMT tərəfindən qəbul edilmiş Azərbaycanın 86.6 min kv. km ərazilərimizdə dövlət suverenliyimiz təmin edilməlidir.

Ərazilərini düşmən işğalından azad etmək Azərbaycan xalqının haqqıdır. Ərazilərimiz işğaldan azad ediləcək. Bunun sülh ya müharibə yolu ilə olacağı isə artıq erməni xalqının seçimidir. 

Beynəlxalq hüquq normalarına, BMT- nin qəbul etdiyi qətnamələrə əməl edəcəklərsə, Azərbaycanın ərazi bütövlüyünü, Konstitusiyasını, qanunlarını tanıyaraq qeyri- qanuni silahlı dəstələrini ərazilərimizdən geri çəkəcəklərsə müharibə olmayacaq".



Xəbərin oxunma sayı : 373




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap