Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dövlət obyektləri satışa çıxarıldı - Broyler, ət, inşaat müəssisəsi...

Tarix 15.08.19, 21:35

Font ölçüsü : - / +
bitmap-img6


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 10 sentyabr tarixində keçiriləcək.

Bu dəfə hərraca ümumilikdə 79 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 22-si səhmdar cəmiyyəti, 20-si isə nəqliyyat vasitəsidir. Özəlləşdirməyə çıxarılan kiçik dövlət əmlaklarının ümumi faydalı sahəsi 26.2 kv.m ilə 2095 kv.m arasındadır. Ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Şəmkir rayonu, Keçili kəndindəki zavod filialıdır. Adıçəkilən dövlət müəssisəsi 27.1 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Xidmət və ofis obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri Tərtər və Sabirabadda yerləşir. Bu dövlət əmlaklarının faydalı sahələri 86.2 kv.m və 44 kv.m-dir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, kəndkimya, inşaat, təmir, istehsal, xidmət və digər sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Şıxlar Broyler”, “Ucar İnşaat Xidmət”, “Neftçala Ət”, “Tovuz Məişət” və digər bu kimi dövlət müəssisələri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Onların özəlləşdirməyə çıxarılan səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir.

Avtomobil sahibi olmaq istəyən vətəndaşlar isə seçimlərini buraxılış tarixi 1990-2007-ci illər olan nəqliyyat vasitələri üzrə edə bilər. Bu növ dövlət əmlakları "Renault", "Nissan", "Mitsubishi" və digər markalara aiddir.

Dövlət əmlakları barədə ətraflı məlumatları Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə əldə etmək mümkündür. Hərraclara qoşulmaq istəyən şəxslər operativ sifariş imkanları ilə seçdiyi əmlak üzrə hərracda iştirak statusu qazana bilər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10%-i miqdarında beh ödəmək kifayətdir.



Xəbərin oxunma sayı : 286




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap