|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Patruşevin İrəvan səfəri: Paşinyana dəstək, yoxsa qulaqburma? - TƏHLİL
Tarix 16.08.19, 19:07 |
|
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfərinə ekspertlər maraq göstəriblər. Onlar Rusiyanın Ermənistanla bağlı müəyyən şübhələrinin olduğunu, rəsmi İrəvanın qeyri-sabit geosiyasi mövqe tutmasının regional təhlükəsizliyə zərər verəcəyini vurğulayırlar. Bundan başqa, Yaxın Şərqdə geosiyasi-hərbi vəziyyətin daha da gərginləşməsi, terrorun həmin məkandan digər regionlara yayılmağa başlamasının Cənubi Qafqaz üçün ciddi problemlər yarada biləcəyi istisna edilmir.
Bütün bunların fonunda baş nazir Nikol Paşinyanın apardığı xarici siyasətin Rusiya-Ermənistan münasibətlərinə ciddi təhlükə törətdiyi haqqında ekspertlər fikir bildiriblər. Onlar N.Patruşevin İrəvana səfərində N.Paşinyanın Xankəndidə səsləndirdiyi bir sıra absurd fikirlərin də rol oynadığı qənaətindədirlər. Vurğulanan məqamlar kontekstində N.Patruşevin İrəvan səfərinin geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.
Moskvanın xəbərdarlığı: Ermənistan rəhbərliyinin səhvləri
Rəsmi İrəvanın sürətli geosiyasi dəyişikliklərdən çaşqınlıq içində olduğu və sərsəm addımlar atdığı haqqında ekspertlər dəfələrlə fikir bildiriblər. Xüsusilə baş nazir Nikol Paşinyanın Xankəndidə Dağlıq Qarabağı Ermənistana məxsus olan məkan kimi təqdim etməyə çalışması çoxlu suallar yaradıb. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana ikigünlük səfərinə bu müddəalar prizmasından baxan ekspertlər az deyillər. Onlar hesab edirlər ki, Moskva, faktiki olaraq, İrəvandan izahat tələb edir. Bununla yanaşı, N.Patruşevin səfərini Kremlin N.Paşinyanın dediklərinə “qəzəbli yanaşma” əlaməti kimi təqdim edənlər də vardır.
Əlbəttə, bu məqamlarda həqiqət payı az deyil. Ancaq məsələ ondan ibarətdir ki, N.Patruşevin İrəvana səfəri iyun ayında razılaşdırılmışdı ki, onda N.Paşinyan Xankəndidə çıxış etməmişdi. Görünür, ekspertlər sadəcə erməni baş nazirin, ümumiyyətlə, fəaliyyətinin məzmunu ilə bağlı fikir bildirir və o cümlədən onun Xankəndidəki fikirlərini növbəti sərsəmləmə olaraq təsəvvür edirlər. Hər bir halda, Rusiya Təhlükəsizlik Şurasının katibinin İrəvana səfəri bir neçə baxımdan maraqlıdır.
Öncə onu vurğulayaq ki, ekspertlərin böyük əksəriyyətinin fikirlərinə görə, Rusiya ilə Ermənistan arasında həm qlobal geosiyasi proseslərin qiymətləndirilməsi, həm də regional təhlükəsizliyin təşkili ilə bağlı fikir ayrılıqları mövcuddur. Belə olmasayadı, manşetlərə “mövqeləri yaxınlaşdırdılar” kimi tezislər atmazdılar (bax: məs., Сблизили позиции. Патрушев и Пашинян обсудили инвестиции и терроризм / “Российская газета”, 13 avqust 2019).
Deməli, Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi ilə prinsipial məsələlərdə fikir ayrılığı vardır. Bu, konkret hansı problemlərlə bağlı ola bilər? KİV-də dərc edilən informasiyaların məzmununa geniş aspektdə nəzər saldıqda, bu suala cavab tapmaq olar. Belə ki, ilk olaraq beynəlxalq təşkilatlarda Ermənistanın Rusiyanın marağına uyğun hərəkət etməsində qeyri-müəyyənliklər meydana çıxıb.
Avropa Parlamentində erməni deputatlar Rusiyanı qane edən formada səs verməmişdilər. BMT çərçivəsində də ermənilərin davranışları suallar yaradıb. Bütövlükdə informasiya təhlükəsizliyi istiqamətində Ermənistan-Rusiya münasibətləri heç də həmişə tam aydın olmur. Bir neçə gün öncə Ermənistanda aparılan istintaqın materiallarının dərc edilməsi səs-küyə səbəb olmuşdu. Orada açıqca Kremli ittiham edən məqamlar yer almışdı. Məsələni texniki səhvlərə bağlamaq cəhdi isə inandırıcı deyil.
Bunların fonunda qlobal geosiyasi səviyyədə İrana olan münasibət də aydın deyil. Rəsmi İrəvan sözdə Rusiyanın mövqeyinə yaxın fikirlər səsləndirsə də, onun Vaşinqtonun sifarişlərinə də biganə qalmadığı məlumdur. N.Paşinyanın bu ikili oyunu Moskvanın xoşuna gəlmir. İndi İranla bağlı situasiya çox kəskinləşib və Rusiya istəməz ki, Amerika ilə bu məsələyə münasibətdə daha ciddi toqquşmalar olsun.
Ekspertlər ona da diqqət edirlər ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan antirusiya mövqeyi ilə tanınır. O cümlədən o, açıq surətdə rus dilini ingilis dilinə dəyişmişdi. Putin hakimiyyətindən narazılığını dəfələrlə bildirib. Belə bir məmurla N.Patruşev hansı inamla məsələləri müzakirə edə bilərdi?
Yuxarıda vurğulanan fikirlərin işığında Ermənistan mediasının tərəflər arasında müzakirələrdə Rusiyanın Azərbaycana silah satması məsələsinin də xüsusi yer tutduğunu ayrıca vurğulaması maraqlı təsir bağışlayır. Yəni rəsmi İrəvan hələ də dövlətlərarası münasibətlərə primitiv orta əsr təfəkkürü ilə yanaşmaqda davam edir. Kreml dəfələrə bəyan edib ki, Azərbaycanla əməkdaşlığı beynəlxalq hüquq normaları çərçivəsində, qarşılıqlı faydalılıq prinsipinə və iki ölkə arasında mövcud olan münasibətlərin ruhuna uyğun aparır. Rusiya Azərbaycana başqa ölkənin maraqları prizmasından yanaşa bilməz. Bundan başqa, təcrübə göstərir ki, iki ölkə arasında hərbi əməkdaşlıqdan bütövlükdə region faydalanır.
Bütün bunlardan başqa, Rusiya Azərbaycana niyə silah satmalı deyil? Birincisi, Moskva bu sövdələşmələrdən real gəlir əldə edir. İkincisi, Rusiya silahının nüfuzu artır. Üçüncüsü, Azərbaycan heç bir dövlətə qarşı aqressivlik nümayiş etdirmir. Əksinə, rəsmi Bakı regional təhlükəsizlik məsələsinə çox ciddi yanaşır və töhfələrini verir. Bu bağlılıqda Rusiya-Azərbaycan hərbi əməkdaşlığı regional balansın təmin edilməsində öz rolunu oynayır.
Separatizm və terrorçuluq: ermənilərlə müzakirə aparmağın mənası nədir?
Maraqlıdır ki, Ermənistan mediası N.Patruşevin İrəvanda terrorçuluq və separatizmi də müzakirə etdiyini qeyd edir. Ermənistanla bu məsələləri hansı aspektdə müzakirə etmək olar? Məsələ ondan ibarətdir ki, Ermənistan həm separatizmi, həm də terrorizmi dəstəkləyən dövlətdir. Konkret olaraq, o, uzun illərdir ki, qonşu ölkələrə qarşı terror həyata keçirir, terrorçuluğu maliyyələşdirir. Özü də bu barədə Rusiya xüsusi xidmət orqanlarının daha çox informasiyası vardır. Digər tərəfdən, Ermənistan qonşu ölkələrdən birinin 20 faizə yaxın ərazisini işğal edib və bunu separatizmi alovlandırmaqla və havadarlarının ciddi yardımı ilə həyata keçirib. İndi də İrəvan Dağlıq Qarabağ və onun ətrafındakı rayonları kənar dairələrin aktiv dəstəyi ilə işğal altında saxlayır. Rəsmi İrəvanın təbliğatında məhz separatizm və terrorçuluğun təşviqi ön plandadır.
Məsələn, Xankəndidə baş nazir N.Paşinyanın məlum çıxışında başdan-ayağa terrorizm və separatizmə açıq dəstək yer almışdı. Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim etmək məhz separatçılara haqq qazandırmaq deməkdir. Bu baxımdan N.Patruşevin hansı mənada İrəvanda ermənilərlə terrorçuluğa və separatizmə qarşı mübarizədən bəhs etdiyi qaranlıq məsələdir. Görünür, burada Rusiya Təhlükəsizlik Şurasının katibi ermənilərə anladıb ki, Dağlıq Qarabağı açıq surətdə Ermənistan ərazisi kimi təqdim etmək Kremlin maraqlarına uyğun deyil. Bu məsələ danışıqlar yolu ilə həll edilməlidir və kimlərinsə konkret fikir bildirməsi Moskvanın maraqlarına cavab vermir. Qısa desək, Dağlıq Qarabağla bağlı Rusiyanın terrorizm və separatizmlə əlaqəli tutduğu mövqe Yaxın Şərqdə baş verən analoji proseslərdən fərqlənir.
Bu məqamda N.Patruşevin bir fikri maraq doğurur. O ifadə edib ki, gəncləri radikallaşdırırlar, onları dini təsir altına alıb, müxtəlif regionlarda terror aktları törətməyə təhrik edirlər. Qafqaz da bu aspektdə çox həssas bir yerdir. Gec-tez Yaxın Şərqdən terror dalğası bu məkanı da vuracaq. Onu da qeyd edək ki, N.Patruşev bir neçə dəfə bu riskdən bəhs edib. O, terrorçuların Əfqanıstana və Mərkəzi Asiyaya yayılmasını birbaşa təhlükə kimi təqdim edib. Görünür, həmin kontekstdə Ermənistanda və Rusiyada terrorçuların yuva salmasına əngəl olmaq məsələsi aktuallaşa bilər.
Nəhayət, N.Patruşevin İrəvanda təhlükəsizlik məsələsini iqtisadiyyat və sərmayə qoyuluşu ilə sıx bağlılıqda müzakirə etməsi də düşündürücüdür. Bu, Moskvanın öz müttəfiqlərinə verdiyi işarədirmi? Yəni, təhlükəsizliyiniz təmin edilməsə nə sərmayə olacaq, nə də iqtisadiyyat inkişaf edəcək. Bu səbəbdən öncə təhlükəsizliyi təmin etmək gərəkdir. Bunun yolu isə Avrasiya İqtisadi İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında daha aktiv iştirakdan keçir. Yəni, rəsmi İrəvan başqa fikirlərə düşməsin. Amerika da onun təhlükəsizliyini təmin edə bilməz. Bunu ancaq Rusiya edə bilər.
Beləliklə, ümumi olaraq N.Patruşev İrəvana rəsmi dairələrə müəyyən həqiqətləri xatırlatmağa gedibmiş. Ermənistan rəhbərlərinə bir daha izah edilib ki, Rusiyanın qoyduğu çərçivədən kənara çıxmağın onlara faydası olmayacaq. Bu aspektdən də “suverenlik nağılı”na çox da uymaq lazım deyil. N.Paşinyan hər nə desə, Kremlin çəkdiyi sərhəddən kənara çıxması İrəvana fayda verməz.
Bunlarla yanaşı, aydın görünür ki, Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə daha da kəskinləşib. Bu isə regionu geosiyasi baxımdan çox həssas edir. Belə bir məqamda rəsmi İrəvanın qeyri-müəyyən mövqe tutmasına Rusiya səbirlə yanaşmaya bilər. Bütövlükdə isə Cənubi Qafqazda hər an sabitlik pozula bilər. Moskva Ermənistanın bu gözlənilməz gedişata hazır olmasını tələb edir. Ancaq İrəvan buna qadirdirmi?
Newtimes.az
Xəbərin oxunma sayı : 328
Analiz
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV