Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Maaş artımı qiymət artımları üçün psixoloji şərait yaradır” - EKSPERT

Tarix 17.08.19, 21:50

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutulur. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il  (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Maraqlıdır, minimum əmək haqqının belə qaldırılması  bazarda qiymət artımı ilə nəticələnəcək?  Ölkədə  inflyasiyanın yaranacağı gözlənilən haldır ?

Bu barədə sualları  iqtisadçı-ekspert  Natiq Cəfərli  Modern.az-a açıqlamasında cavablandırıb.

İqtisadçı-ekspert  bildirir ki, ölkədə maaş və təqaüd artımları qiymət artımları üçün psixoloji şərait yaradır.

“Təqribən 700 minə yaxın insan 200 manatdan çox təqaüd alırdı. Onlara verilən məbləğdə heç bir dəyişiklik olmayacaq.  Əmək təqaüdü 200 manatdan aşağı olanlarda isə  artım olması nəzərdə tutulub . Çox təəssüf ki, illərdir ki, maaş və təqaüd artımları qiymət artımları üçün psixoloji şərait yaradır. Bizdə pərakəndə satışda rəqabətli mühit var, yəni ticarət şəbəkələrinin, mağazaların sayı çoxdur.  Lakin topdan satış mərkəzləri inhisarçıların əlindədir. Yəni inhisarçılıq fəaliyyəti və topdan satış bazarında oyunçuların sayının az olması və  psixoloji gərginliyi də üzərinə gəldikdə təqaüd və maaş artımının  qiymət artımı ilə nəticələnməsi ilə müşahidə olunur. 

Natiq Əliyev deyir ki, obyektiv subyektiv səbəblərdən dolayı payız və qış aylarında  qiymət artımının olacağını düşünürəm.

 “Payız aylarında əlavə pul kütləsi bazara daxil olacaq və bu da öz növbəsində qiymət artımı ilə nəticələnəcək. Qiymət artımına təbii amillər də öz təsirini göstərir.  Belə ki, payız aylarında artıq yerli məhsulların bazardan çəkilməsini izləmişik. Belə bir “ənənə” də formalaşıb ki, böyük bayramlara yaxın ərzaq məhsullarının qiyməti artsın.  Ona görə də noyabr ayının sonundan başlayaraq yeni ilədək həm psixoloji amillərin, maaş və təqaüdlərin artması həm də iqtisadi amillərin, yəni pul dövriyyəsinin artması ilə əlaqədar olaraq ənənəvi xroniki problem olan inhisarçlılıq məsələlərinə görə yanvar ayınadək ciddi qiymət artımı dalğası müşahidə edəcəyik”.



Xəbərin oxunma sayı : 412




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap