Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sərkisyanın diplomat kürəkənindən sensasion açıqlamalar: “Putin Köçəryanla görüşmək istəyir“

Tarix 18.08.19, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Bu günlərdə postunu təhvil verən Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyan sensasion açıqlamalarla çıxış edib.

Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. Diplomat deyib ki, 2018-ci ildə Ermənistanda inqilab yetişsə də, o, başa çatmayıb. Keçmiş səfirin sözlərinə görə, çox güman ki, tezliklə keçmiş prezident Serj Sərkisyan həbs ediləcək. Minasyan Sərkisyanla yanaşı, bir sıra generalların da həbsə atılacağını anons edib.

Diplomat qeyd edib ki, Paşinyan hakimiyyətini qorumaqdan ötrü repressiya planını işə sala bilər, ancaq bu həbslər hakimiyyətə dividentlər gətirməyəcək. Onun sözlərinə görə, Sərkisyan hadisələrin istənilən məcrada inkişafına hazırdır.

“O, həbs olunacaq və bununla da növbəti dəfə xalqına böyük xidmət göstərmiş olacaq” - Minosyan bildirib. 2008-ci ilin 1 mart hadisələrinə görə azı 1-2 generalın da həbsə atılacağını bildirən diplomatın fikrincə, bu yolla hakimiyyət ordunu neytrallaşdırmaq istəyəcək.

Bununla yanaşı, o deyib ki, Ermənistanın hazırkı hakimiyyətinin qarşısında üç əsas məsələni həll etmək vəzifəsi durur: Amulsar, İstanbul konvensiyası və Dağlıq Qarabağ məsələsi.

Ermənilərin müəyyən bir qrupu hesab edir ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxara bilər. Ancaq eyni zamanda bu mədəndə çalışan insanların işsiz qalması Paşinyana qarşı etirazların davamlı xarakter almasına səbəb olub.

Eks-səfirin toxunduğu İstanbul konvensiyasına gəldikdə, 2011-ci il mayın 11-də Türkiyənin İstanbul şəhərində Avropa Şurasının 46 dövləti tərəfindən imzalanmış konvensiyadan söhbət gedir. Rəsmi adı qadınlara qarşı və ailədə zorakılığın əleyhinə beynəlxalq anlaşma olsa da, Avropanın 33 ölkəsinin parlamenti tərəfindən təsdiqlənən sənədi Ermənistan daxil, bır sıra ölkələr təsdiqləməyib. Ermənistanın əksər siyasi qüvvələri bunun “erməni ailəsini kökündən sarsıdacağını” düşünür. Ancaq Paşinyanın sentyabrda sənədi imzalayacağı bildirilir.

Keçmiş səfirin digər iddiaları da diqqət çəkir. Ermənistanın payızının isti keçəcəyini proqnozlaşdıran diplomat 1 oktyabrda Avrasiya İqtisadi İttifaqının İrəvanda kaçirəcəyi sammitdən bəhs edib. Həmçinin o, Rusiya və Ermənistan mediasının “Putin İrəvanda Robert Köçəryanla görüşmək istəyir” məzmunlu yazılarını xatırladıb.

Bir sıra ekspertlər hesab edir ki, Putinin Ermənistana səfərinin ertələnməsi onun yaxın dostu olan Köçəryanın həbsdən buraxılmamasına cavabdır. Bu mənada Putinin baş emissarı Nikolay Patruşevin İrəvana ikigünlük səfərində əsas müzakirə mövzularından birinin məhz Köçəryanla bağlı olduğu iddiası var. İndi Paşinyan “odla su arasında” qalıb. Putinin İrəvana səfərinə - oktyabr ayınadək ya Köçəryanı həbsdən azad etməli, ya da...



Xəbərin oxunma sayı : 301




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap