Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…

Tarix 18.08.19, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının keçmiş rektoru, millət vəkili Ağacan Abıyevlə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub

Məlumatda qeyd olunur ki, Ağacan Abıyevin rektor olduğu dövrdə ADBTİA-da təhsil alan tələbə rüşvət tələbinə görə diplom almaqdan məhrum olub. Təhsil ocağında rastlaşdığı qanunsuzluqlara görə hərbi xidmətə yollanan tələbə 1 il yox, 1 il 6 ay həqiqi xidmət keçməli olub. Bunun səbəbkarı isə Ağacan Abıyevin ADBTİA-da vaxtilə yaratdığı və birbaşa rəhbərlik etdiyi “cinayətkar şəbəkə” olub. Böyük çətinliklərdən və mübarizədən sonra, ADBTİA-na rektor təyin olunan yeni rəhbərliyin yaratdığı qayda-qanunlardan bəhrələnən tələbə nəhayət ki, diplomunu 2019-cu ildə əldə edə bilib. Bu məlumat mətbuata sızandan sonra Ağacan Abıyev ciddi-cəhdlə informasiyanın yayılmasının qarşısını almağa çalışıb. Hətta bununla bağlı müxtəlif şəxslərə minnətçi düşüb. Millət vəkili yaxın ətrafına bildirib ki, rəsmi dövlət sənədi hesab olunan diplomdakı imza ona aid deyil, yəni saxtalaşdırılıb. Belə çıxır ki, nüfuzlu dövlət ali təhsil müəssisəsinin rektorunun imzası belə asanlıqla saxtalaşdırılırsa, deməli, Ağacan Abıyevin ADBTİA-na rəhbərlik etdiyi dövrlərdə onun imzası ilə verilən bütün sənədlər yoxlanılmalıdır. Redaksiyamıza verilən məlumatlara görə, adıçəkilən təhsil müəssisəsində bu tip saxta sənədlər Ağacan Abıyevin rəhbərliyi dövründə kifayət qədər olub. Ümid edirik ki, bu məqaləmizdən sonra ADBTİA-nın yeni rektoru belə faktların araşdırılmasında maraqlı olacaq və bu prosesə hüquq-mühafizə oqranlarının qoşulmasının təmin edəcək.

Məlumat üçün bildiririk ki, sözügedən diplomun surəti redaksiyamıza təqdim olunub. Həmin tələbənin adı və soyadı ilə bağlı gələn yazılarımızda ətraflı tanış olacaqsınız. Söhbət rəsmi dövlət sənədlərinin saxtalaşdırılmasından və cinayət tərkibli əməldən gedirsə, bu mövzu ətraflı araşdırma tələb edir.

Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. (Stimulxeber.az)




Xəbərin oxunma sayı : 394




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap