Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dağıdıcı müxalifət üçün Vətən, dövlət, xalq, anlayışları çoxdan yadlaşıb - Vüqar Rəhimzadə

Tarix 22.08.19, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün dağıdıcı müxalifət ənənəsinə sadiq qalaraq, bütün vasitələrdən istifadə etməklə ölkədə qarışıqlıq yaratmağa çalışır, erməni və ermənipərəst qüvvələrin təsiri altında öz fəaliyyətini davam etdirir. Artıq belələri üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb. Məqsəd isə birdir - onlara verilən "tapşırıqları" icra etmək, bunun müqabilində "xarici dayılarından" qrantlar qoparmaq… Şübhəsiz ki, xalq artıq dağıdıcıların bu manevrlərini çoxdan başa düşüb və onların əsl niyyətlərini yaxşı bilir. Bu gün sosial şəbəkələrdə "qəhrəmanlıq" edən belələri elə bu məkanda ayrı-ayrı insanların haqlı təzyiqlərinə məruz qalır, düz söz qarşısında əxlaqsızlıq nümayiş etdirirlər.

Bu fikirləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, dağıdıcıların real həyatda olduğu kimi, artıq virtual məkanda da sosial dayaqları, müdafiəçiləri yoxdur: "Bu il iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimi ilə bağlı dağıdıcı müxalifətin "düzənlədiyi" şou hərbçimizin ruhuna çox böyük hörmətsizlikdir. Bu amil bir daha sübut edir ki, onlar üçün milli-mənəvi dəyərlər adında bir şey yoxdur. "Siyasi işbaz" Əli Kərimli bu dəfə də baş verən hadisədən şou yaratmağa cəhd edib, bununla özünə xal qazanmağa çalışıb. O, hərbçilərin dəfn mərasimində müxalifətin iştirakının əngəlləndiyini bildirib və buna görə hakimiyyəti günahlandırıb. Ancaq onun bu cəhdi də uğursuz olub".

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, Əli Kərimli və onun kimilərin xalq tərəfindən dəstəklənməməsinin bir sıra səbəbləri var: "2016-cı ilin aprel hadisələri zamanı xalqımız böyük zəfərə sevindiyi halda, Əli Kərimli kimilər qələbənin mahiyyətini təhrif etməyə, ordumuzun uğuruna kölgə salmağa çalışdırlar. Dağıdıcılar aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin dəfn mərasimlərində iştirak edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. Bununla onlar şəhidlərin ruhuna, onların doğmalarına, əzizlərinə qarşı böyük sayğısızlıq sərgiləyirdilər. Ona görə də insanlar Əli Kərimli və onun kimilərin səmimiyyətinə inanmır, haqlı olaraq onları görmək istəmirlər. Bu kimi amillər isə Əli Kərimli və onun dəstəsində böyük aqressiyaya səbəb olur və son nəticədə içlərindəki bütün kini, nifrəti xalqa, dövlətə tərəf çevirirlər. Bu və digər amillər bir daha Əli Kərimlinin yaramaz ünsür olduğunu nümayiş etdirir".



Xəbərin oxunma sayı : 652




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap