Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi“ - Əli Həsənov

Tarix 22.08.19, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan müstəqillik əldə edərkən kənar qüvvələr, qonşu və uzaq dövlətlər, burada geosiyasi, geoiqtisadi, hərbi strateji maraqları olan dairələr üçün kifayət qədər maraqlı obyekt idi və hamı burada özünün koloniyasını yaratmaq istəyirdi".

AzFakt.com xəbər verir ki, Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbirdə deyib.

Ə.Həsənov bildirib ki, Şeyx həzrətləri Azərbaycanın dini-mənəvi həyatında özünəməxsus nümunələr yaradıb: "O nümunələrdən biri Azərbaycanda bugünkü islam modelidir. İslam dininin normaları var ki, onlara toxunmaq, pozmaq olmaz və bu normalar olduğu kimi tətbiq olunmalıdır".

Prezidentin köməkçisi vurğulayıb ki, Hacı Allahşükür Paşazadədən danışanda onun şeyxülislamlıq fəaliyyətinin mövcud nəticələrinə dəyər verilməlidir: "Azərbaycan müstəqillik əldə edərkən Şeyxülislam ümummilli lider Heydər Əliyevin yürütdüyü müstəqil dövlətçilik siyasətinə dəstək verərək milli-mənəvi birlik modelini ortaya qoydu, onun əsas mexanizmlərini və dövlətin maraqlarına uyğun metod və vasitələrini işləyib hazırladı, bu modeli kənar təsirlərdən qorudu. Şeyxülislamlıq fəaliyyətinin müstəqillik dövründəki əsas yekunu budur. Bu gün Azərbaycanın dini adət-ənənələri, inanclı insanların davranış normaları, islami tələblərin yerinə yetirilməsi bizim milli modelimizə tam uyğundur ki, onun da təməlində məhz Şeyxülislam Hacı Allahşükür Paşazadə dayanır". (Trend)



Xəbərin oxunma sayı : 592




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap