Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şimali Koreya ABŞ-a:“Dialoqa və ya qarşıdurmaya hazırıq“

Tarix 23.08.19, 20:53

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Koreya Birləşmiş Ştatlara “dialoqa və ya da qarşıdurmaya hazır” olduğu haqda xəbərdarlıq edərək, gələcəkdə “Amerikaya ən böyük təhlükə” ola biləcəyini vurğulayıb.

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə açıqlamasında xarici işlər naziri Ri Yonq Ho həmçinin Vaşinqtonun Pxenyana qarşı daha artıq sanksiyalar tətbiq etdiyi halda, bunun “səhv hesablama” olacağını bildirib.

Bu, Şimali Koreya lideri Kim Conq Unun Pxenyanın ABŞ və Cənubi Koreya arasında bu həftə başa çatmış hərbi təlimlərdən sonra dialoqa başlamağa hazır olduğuna işarə etməsinə baxmayaraq, danışıqların yaxın zamanda bərpa edilməsinə icazə verməyə biləcəyinin daha bir göstəricisidir.

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biegun Birləşmiş Ştatların Pxenyandan cavab alan kimi müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirib.

Şimali Koreya Birləşmiş Ştatlara nüvə danışıqlarında daha yumşaq mövqe tutmaq üçün bu ilin sonuna qədər vaxt verib. Pxenyan Vaşinqtonun sanksiyaları yüngülləşdirməsini və təhlükəsizlik qarantiyaları verməsini istəyir.

Tramp administrasiyası Kim Conq Un nüvə proqramından bütünlüklə imtina etməyənə qədər sanksiyaların yüngülləşdirilməyəcəyini bəyan edib. (amerikaninsesi.org)




Xəbərin oxunma sayı : 241




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap