Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Fransada G7 dövlətlərinin sammiti başlayıb - İki gün davam edəcək

Tarix 24.08.19, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Fransanın Biarrits şəhərində dünya ÜDM–nin 40 faizini təmsil edən Almaniya, Kanada, ABŞ, Fransa, İtaliya, Yaponiya və Birləşmış Krallıq kimi 7 böyük dövlətin (G7) rəhbərlərinin 45-ci sammiti başlayıb.

Aavqustun 24-dən 26-dək Fransanın sədrliyi ilə davam edəcək sammitdə böhranla üzləşmək təhlükəsində olan beynəlxalq iqtisadiyyat və ticarət, beynəlxalq təhlükəsizlik, bərabərsizliyə qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Afrika qitəsində siyasi və iqtisadi sabitlik məsələləri ilə bağlı müzakirələrə Cənubi Afrika, Burkino Faso, Misir, Ruanda, Seneqalın rəhbərləri, eləcə də BMT, Dünya Valyuta Fondu (FMİ), Afrika Birliyi və Afrika İnkişaf Bankı kimi təşkilatların rəhbərləri də qoşulacaqlar.

Avqustun 26-da “İqlim, biomüxtəliflik və okeanlar” mövzusunun müzakirələrindən sonra “Biomüxtəlifliyə dair Xartiya” imzalanmaq üçün G7 dövlət rəhbərlərinə təqdim olunacaq.

Sammitin son sessiyası “Rəqəmsal transformasiya” mövzusuna həsr olunacaq. Son müzakirələrə Cənubi Afrika, Avstraliya, Çili, Hindistan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qatılacaq.

Qeyd edək ki, Fransanın sabiq prezidenti Valeri Jiskar Destınin təşəbbüsü ilə G7 sammiti ilk dəfə 1975-ci ildə noyabrın 15-dən 17-dək Rambuye qəsrində Fransa, ABŞ, Yaponiya, Birləşmiş Krallıq, İtaliya, Qərbi Almaniya kimi 6 ölkənin iştirakı ilə baş tutub. 1976-cı ildə Kanada bu qrupa daxil olub və G7 yaranıb.

Qrupun əsas məqsədi dünya iqtisadiyyatını silkələyən 1973-cü il neft iflici Qərb blokunu məsləhətləşməyə məcbur edib(azərtac).



Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap