“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Göygöldə gecəyarısı dəhşətli qətl: mühafizəçi Benəlxalq Bankın qadın əməkdaşının boğazını kəsdi

Tarix 08.09.19, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Göygöl rayonunda qətl hadisəsi olub.

Rayonun Üçtəpə kəndində təqribən yaşı 30-35 olan Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

G.Cəlili Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan adlı şəxs də həmin bankda mühafizəçi işləyir. Qadının iki övladı qalıb. Həyat yoldaşının illər öncə rəhmətə getdiyi bildirilir. Qadın övladları və bibisi ilə birgə yaşayırmış.

Hadisənin dəqiq başvermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.

***

Göygöldə törədilmiş qətllə bağlı bəzi təfərrüatlar məlum olub

Qətllə yetirilən Günay Cəlili Beynəlxalq Bankın Gəncə fililanda aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir. Kənd sakinlərinin bildirdiyinə görə, Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov qadının çalışdığı bankda mühafizəçi işləyir. O, hadisəni törətdikdən sonra qaçıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən O.Məmmədovun axtarışları davam etdirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır/Report.



Xəbərin oxunma sayı : 529




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap