“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ankaradan ABŞ-a açıq xəbərdarlıq:“Əməkdaşlığımız nəticə verməsə, bölgəyə girəcəyik”

Tarix 10.09.19, 14:39

Font ölçüsü : - / +
bitmap-img6


“Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaranması istiqamətində ABŞ-la əməkdaşlığımızdan bir nəticə əldə edilməzsə, biz bölgəyə girəcəyik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu monteneqrolu həmkarı Srdjan Darmanoviçlə sentyabrın 10-da keçirdiyi mətbuat konfransında bildirib.

“ABŞ-la müzakirələr başlayandan indiyə kimi ilk addım atılıb. Bir ortaq fəaliyyət mərkəzi qurulacaq. Biz bunu yaxşı başlanğıc olaraq dəyərləndiririk. Xəbərdarlıqlarımızı qəti şəkildə ABŞ-a açıqladıq. ABŞ başda Münbiç yol xəritəsi olmaqla məsələyə laqeyd yanaşır. Təəssüf ki, YPG (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur – red.) terror qruplaşmasına görə məsələni təxirə salıb. Bu gün xəbərdarlıqlarımızda haqlı olduğumuzu gördük.

Bununla belə, ABŞ-ın təhlükəsizlik bölgə ilə bağlı prosesə başlamaq istədiyini düşünürük. ABŞ-ın atdığı addımlar kosmetikdir. Türkiyənin isə planı hazırdır. Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaranması istiqamətində ABŞ-la əməkdaşlığımızdan bir nəticə əldə edilməzsə, biz bölgəyə girəcəyik. Bölgələri YPG və İŞİD-dən təmizlədiyimiz kimi, bu bölgələri də təmizləyərik. Biz ABŞ-la birgə fəaliyyət göstərmək istəyirik. Ancaq indi onlar daha PKK/YPG-PYD tərəfdarları ilə işləmək istəyən kimi davranırlar”, – Mövlud Çavuşoğlu vurğulayıb/Report.




Xəbərin oxunma sayı : 787




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap