Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Naxçıvan sakinləri İstanbuldan kütləvi deportasiya olunur - Səbəb nə göstərilir?

Tarix 19.09.19, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


İki gündür ki, Türkiyənin İstanbul şəhərində qanunsuz işləyən Azərbaycan vətəndaşlarının deportasiyasına başlanılıb.

AzFakt.com bildirir ki, bu barədə Gununsesi.org–a Türkiyədən Naxçıvana deportasiya olunan vətəndaşlar bildirib. 

Onların sözlərinə görə, illərdir ki, Azərbaycan, xüsusilə, Naxçıvan Muxtar Respublikasından olan on minlərlə insan qardaş ölkədə çalışıb.

Ancaq onlar etiraf edib ki, çalışma izinləri olmasa da  indiyədək toxunan olmayıb: “Bilirdilər və göz yumurdular. İndiyə qədər deportasiya etdikləri Türkiyəyə əxlaqsızlıq üçün gələnlər idi. İşləməyə gələnlərə dəymirdilər. Rəis “azərilərə toxunmayın” (Prezident Ərdoğanı nəzərdə tuturlar-red.) dediyi üçün bizə də göz yumurdular.  Ancaq vəziyyət dəyişib. Hamının yerini-yurdunu bilirlər. Gecəylə deportasiya edirlər. 2-3 min adamı yaxın günlərdə geri qaytaracaqlar”. 

“Hamı bilir ki, Naxçıvanda işsizlikdir. Necə olacaq, bilmirik” deyən Muxtar Respublika sakinləri həyatlarını taleyin axarına buraxdıqlarını bildirib.

Gununsesi.org-un araşdırmasına görə, Türkiyə 5 minə yaxın azərbaycanlıya bu ölkəyə girişi məhdudlaşdırıb.



Xəbərin oxunma sayı : 658




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap