Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda 400 manata toyuq satılır - Fotolar

Tarix 20.09.19, 11:32

Font ölçüsü : - / +
bitmap-img6


İnsanların gündəlik qida rasionunda ən tələbatlı məhsullardan biri şübhəsiz ki, toyuq ətidir. Həm əti, həm də yumurtası üçün Azərbaycanda da toyuq bəslənməsinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan digər məhsullarla müqayisədə quş ətinə və yumurtaya olan tələbatını tam şəkildə ödəyir. Azərbaycanda çoxlarının bilmədiyi dekorativ toyuq növləri də var ki, bunlara daha böyük maraq müşahidə olunur.

Dekorativ toyuq növlərinin ən çox satıldığı məkanlardan biri isə Sabunçu rayonu ərazisində yerləşən və “rus bazarı” adı ilə tanınan ticarət məkanıdır. Yalnız bazar günləri fəaliyyət göstərən bu bazarda müxtəlif növdə quşlar tapmaq mümkündür. Qiymətlər isə fərqlidir - 5 manatdan 250 manata qədər...

Kəsim üçün nəzərdə tutulan toyuqların qiyməti maksimum 10 manatdır. Dekorativ quşlara gəldikdə isə vəziyyət bir qədər dəyişir. Belə quşların minimum qiyməti 50 manatdır. Dekorativ quşların şahı isə "Brama"dır. Bu toyuq növü Asiyada yaransa da, sonralar ABŞ-a gətirilib, burada populyasiya olunub və hər kəs onu Amerikan sortu kimi tanıyır. “Rus bazarı”nda Bramanın qiyməti minimum 50 manatdan başlayır. "Brama" özü də bir neçə növə bölünür - "dark", "light" və "gold". Onların arasında ən çox tələbat "gold Brama"yadır. Bazarda "Brama"nın 10 günlük balası 3 manata, yumurtası isə 12 manata satılır.



Dekorativ quşlar arasında daha iki toyuq var ki, onlara da Azərbaycanda tələbat xeyli yüksəkdir. "Malin" və "Orpinqton" növü "Brama" ilə müqaisədə bir az xırdadır. Satıcılar bildirirlər ki, bu növ toyuqlar çox nadir hallarda ictimai yerdə açıq şəkildə satılır. Onların satışı yalnız sifarişlə həyata keçirilir. Öncə quşun şəkilləri alıcıya göndərilir və bəyənildiyi halda gəlib alır. Bu dekorativ toyuqların qiyməti isə 50 manatdan 400 manata qədər dəyişir.

"Orpinqton" gözəlliyindən əlavə, yumurtlama sayına görə də digərlərindən üstündür. Bu növdə toyuqlar ildə 160-170 yumurta yumurtlayırlar.



Satıcılar deyirlər ki, dekorativ toyuqları heç bir halda başqa növlərlə cütləşdirmək olmaz: "Belə olduqda onların yaşaması çox qısa çəkir və demək olar ki, əsl görkəmlərini itirirlər. Dekortiv toyuqlar maksimum 4-5 il yaşayır. Əsas şərt yemlərinə düzgün riayət etmək və hinlərini təmiz şəraitdə saxlamaqdır”.

Satıcılar bildirirlər ki, bu cür toyuqları alanlar sıradan adamlar deyillər. Əsasən, imkanlı şəxslər belə toyuqları almaq həvəsində olurlar. Onlar dekorativ quşları bağ evlərində və ya hansısa obyektlərdə saxlamaq üçün alırlar. (trend)




Xəbərin oxunma sayı : 445




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap