Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Rusiyaya çəkilən yeni yol gələn ilin sonunadək istifadəyə veriləcək” – Saleh Məmmədov

Tarix 20.09.19, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


“Bakıdan Rusiya Federasiyasına çəkilən yeni magistral yol xətti 2020-ci ilin sonuna qədər istismara veriləcək”.

Bu barədə Sabirabadda vətəndaşların qəbulunu keçirən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin 9 ayı ərzində Bakıdan Samur çayı sahilinə qədər yeni avtomobil yolunun çəkilişi davam etdirilir: “Bu yolun artıq 80 kilometr hissəsi asfaltlanıb, asfalt-beton örtüyü ilə təmin olunub. Yerdə qalan hissələrində yol əsasının tikintisi və yol üzərində olan süni qurğuların tikintisi davam etdirilir. 2020-ci ilin sonuna qədər yeni yol tam başa çatdırılıb istismara veriləcək”.

S.Məmmədov deyib ki, eyni zamanda, Gəncənin çıxışından “Qırmızı körpü”yə qədər 2 cərgəli mövcud avtomobil yolunun 4 cərgəli yola çevrilməsi, yəni 1-ci dərəcəli yol şəklində istismara verilməsi üçün tikinti işləri aparılır. Dediyinə görə, bu yolun 2021-ci ilin 1-ci yarısında istismara verilməsi nəzərdə tutulur.

“Bundan əlavə, tikintisi aparılan strateji əhəmiyyətə malik olan 64 km uzunluğunda Bəhrəmtəpə-Biləsuvar yolu 2020-ci ilin sonuna istismara veriləcək. 2019-cu ilin investisiya proqramında nəzərdə tutulan 1080 km yolun yenidən qurulması və çəkilişi planlarna uyğun olaraq bu ilin 9 ayı ərzində 840 km yol tam tikilib. Müəyyən hissəsi ölkə başçısının iştirakı ilə istismara verilib, müəyyən hissəsində isə artıq tamamlama işləri gedir”, – deyə Saleh Məmmədov bildirib. 



Xəbərin oxunma sayı : 451




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap