|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Türkiyədən tarixi qərar: “Sülh çeşməsi“ əməliyyatı qüvvələr nisbətini dəyişir
Tarix 11.10.19, 16:41 |
|
ABŞ Prezidenti Donald Trampın Suriyanın şimalından sürətlə amerikan əsgərlərini çıxarmaq barədə qərarı dünyada geniş əks-səda doğurub. Bu qərara yanaşmalar müxtəlifdir. Ona qarşı çıxanlar da olub, dəstək verənlər də. Hətta D.Trampı qürurlu olmamaqda qınayanlar da tapılıb. Xüsusilə Pentaqonda müəyyən dairələr narazı qalıblar. Onlar hesab edirlər ki, Türkiyəyə müqavimət göstərmək lazım idi. Ancaq bu, məntiqsiz və qeyri-rasional bir qərar olardı.
Çünki Türkiyə üçün həyati əhəmiyyəti olan bir məsələdə onun müttəfiqinin dirəniş göstərməsi və qeyri-qanuni hərbi qruplaşmaları dəstəkləməsi anlamsız görünərdi. Bu səbəbdən ekspertlər Amerikanın Ankaranın qarşısında durmayacağı qənaətindədirlər. Eyni zamanda, Türkiyənin ağır bir işi boynuna götürdüyü də danılmazdır. Çünki o, faktiki olaraq, 110 minlik yaxşı silahlanmış bir qruplaşmaya qarşı savaşmalı olacaq. Bunlara zaman-zaman qurulacaq tələləri də əlavə etmək lazımdır. Mümkündür ki, bu əməliyyat uzun sürsün.
Lakin Ankaranın başqa çarəsi yoxdur. Bu savaşda qalib gəlməsə, Türkiyə yeni dünya nizamında layiqli yerini tuta bilməyəcək və region xalqları, o cümlədən kürdlər uzun zaman risklər qarşısında qalacaqlar. Bu kimi faktorların fonunda Fərat çayının şərqində PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı həyata keçirilən “Barış pınarı” (Sülh çeşməsi) əməliyyatının geosiyasi konteksti üzərində geniş dayanmağa ehtiyac görürük.
Qətiyyətli addım: Ankaranın məcburi seçimi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya siyasəti sözün həqiqi mənasında bütün dünyanı silkələyib. Ankara Suriyadakı terror qruplarını zərərsizləşdirməkdə qərarlı olduğunu bir daha bəyan etdi. Bunun ardınca Suriyanın şimalında hərbi əməliyyatlara başlamağa hazır olduğunu dilə gətirdi. Və oktyabrın 7-də axşam saatlarında Donald Trampla telefon danışığından sonra KİV sensasiyalı bir məlumat yaydı: ABŞ əsgərlərini Suriyadan çıxarır. Bunu təsdiq edən video da paylaşıldı. Anlaşılırdı ki, R.T.Ərdoğan D.Trampa Suriyada həbi əməliyyatlara başlamaqda qərarlı olduqlarını qəbul etdirə bilmişdi.
Əslində, proses 2 il idi ki, aparılırdı. Ankara həm Amerika, həm də Rusiyaya Suriyada hərbi əməliyyat keçirməyə məcbur olduğunu anlatmağa çalışırdı. Lakin onların heç biri öncə bunu qəbul etmədi. Amerikanlar PKK/YPG-ni silahlandırdı, Rusiya isə Bəşər Əsəd rejimini daha da gücləndirdi. Bu il Dəməşqə bağlı güclər Rusiya və İranın aktiv dəstəyi ilə İdlibə hücum etdilər. Ancaq məlum oldu ki, addım-addım irəliləməklə astarı üzündən baha başa gələn bir qələbə ola bilər ki, bu da şübhə altındadır. Aydın görünürdü ki, Türkiyəsiz məsələni həll etmək imkanı yoxdur.
Bu məqam Ərdoğan-Putin görüşlərində daha aydın özünü göstərdi. Türkiyə Prezidenti açıq və qəti şəkildə bəyan etdi ki, Suriyanın şimalında hərbi əməliyyat keçirməyə məcburdur. Bu, özünün təhlükəsizliyini və həmin regionda yaşayan xalqların – ərəblərin, kürdlərin, türkmənlərin normal yaşayışını təmin etmək üçün lazımdır. Vurğulayaq ki, Türkiyənin bu qayğılarını ən çox və dərindən anlayan dövlət Rusiya oldu. Rusiya Prezidenti Türkiyənin təbii haqqını tələb etdiyini, lakin Suriyanın ərazi bütövlüyünün də pozulmamasının vacib şərt olduğunu vurğuladı. Təbii ki, bu, Ankaranın tam qəbul etdiyi bir şərtdir, çünki Suriyanın ərazi bütövlüyündə ən çox maraqlı olan Türkiyədir.
İranın reaksiyası maraqlı idi. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin bəyanatına baxsaq, Tehran türk ordusunun bu addımına qarşıdır. Lakin İran onu da qəbul edir ki, Türkiyə terrora qarşı mübarizə aparmaq hüququna malikdir. Görünür, Tehran illərdir yeritdiyi Suriya siyasətinə kölgə düşməməsi üçün sözdə Ankaranın atdığı addıma qarşı çıxmış kimi görünür. Ancaq real olaraq heç bir maneə törədə bilmir.
Bunların fonunda D.Trampın qərarı, ittihamlara baxmayaraq, strateji nöqteyi-nəzərdən doğru görünür. Çünki Amerika “Sülh çeşməsi” hərəkatına qarşı olsaydı, geosiyasi mövqeyini uduzmuş olacaqdı. Birincisi, Türkiyə kimi güclü bir müttəfiqi itirərdi ki, bu da Yaxın Şərqdə geosiyasi potensialı ciddi surətdə zəiflətmiş olardı. İkincisi, Yaxın Şərqdə terror qruplarını və separatizmi dəstəkləyən dövlət kimi tanınardı. Üçüncüsü, özünü uzun sürən bir savaşın içinə atmış olardı. Bu məqamlar təbii ki, ABŞ-ın strateji maraqlarına uyğun deyil. Bir sıra Amerika rəsmilərinin D.Trampın qərarını faciə adlandırması isə məsələyə emosional yanaşmaqdan və Türkiyəni ciddiyə almaq istəməməkdən qaynaqlanır.
Görünür, D.Trampın yaranmış vəziyyətlə bağlı yaydığı informasiyalardakı ziddiyyətlər və aşırı emosionallıq da bu məqamlarla bağlıdır. Amerikalılar türk əsgərinin qarşısından çəkilmələrini sinirə bilmirlər. Lakin, əslində, D.Tramp onları başlarına keçə biləcək çuvaldan xilas edib. Bu baxımdan ABŞ KİV-lərinin baş verənləri duyğusal təqdim etməyə çalışmaları da təəssüf doğurur. Bəzən onlar çox sadə məntiqsizliyə yol verirlər. Məsələn, guya Pentaqon rəsmilərindən biri deyib ki, əgər türk ordusu Suriyanın şimalına girsə və SDG (Suriya Demokratik Gücləri) əlindəki minlərlə İŞİD döyüşçüsü üzərində nəzarəti itirsə, vəziyyət daha da pisləşəcək. Yəni türk ordusu bir neçə min İŞİD-çiyə nəzarət edə bilməyəcək? Əgər SDG o qədər güclüdürsə, heç türk ordusuna məğlub olmaz, yox məğlub olarsa, hansı işidçi mehmetçiyin əlindən qaça bilər?
Geosiyasi şərtlər: sabitlik və təhlükəsizlik naminə
Təbii ki, bunlar primitiv bəhanələrdir və reallığı gizlətmək üçündür. Məsələ belədir ki, əgər hərbi əməliyyatlar başlasa və türk ordusu uğur qazansa, amerikalıların illərdir terrorçulara etdikləri yardımlar bütün dünyaya məlum olacaq. Vaşinqtonun Yaxın Şərq siyasətinin arxasında dayanan əsas məqsədlər üzə çıxacaq. Terrorçuların verəcəkləri ifadələr çox şeyə aydınlıq gətirəcək.
Türkiyə rəhbərliyinin qərarına geosiyasi kontekstdə yanaşdıqda isə olduqca əhəmiyyətli bir addımın atıldığının şahidi oluruq. Türkiyə, bir çox ekspertlərin ifadə etdikləri kimi, faktiki olaraq, mövcud geosiyasi dinamikaya müdaxilə edir. Dünyanın müxtəlif regionlarından gəlib Suriyada geosiyasi dividend əldə edən ölkələr Ankaranı heçə saymağa çalışırdılar. Türkiyə bu əsassız münasibəti darmadağın etmiş olur.
Türk dövləti sübut edir ki, Yaxın Şərqdə terror heç zaman ayaq tutub yeriməz. Burada yerləşən dövlətlər özlərini qorumağa qadirdirlər. Baxın, bu funksiyanı Türkiyədən başqa yerinə yetirmək iqtidarında olan başqa region dövləti varmı? Onların hamısının adları beynəlxalq hüquqa uyğun gəlməyən müxtəlif işlərə qarışıb. Yalnız Türkiyə ədaləti, haqqı, beynəlxalq hüququ, insan haqlarını və region xalqlarının maraqlarını gözləməklə səbirlə addımlar atıb. Bəzən Ankaranı daxildən və xaricdən ləngliyinə görə qınayıblar. Lakin Türkiyə dərin siyasi ənənəsinə, dövlətçilik fəlsəfəsinə uyğun davranıb və davranmaqdadır.
Bu baxımdan müxalif siyasi qüvvələrin sırasında R.T.Ərdoğanı dəstəkləyənlərin olması müsbət hadisədir. Məsələn, Meral Akşenər Amerikanın davranışına cavab olaraq türk ordusunun Suriyanın şimalına daxil olmasını zəruri sayıb. Bütövlükdə cəmiyyət ordunu dəstəkləyir. CHP düşərgəsindən də D.Trampın hədələrinə etiraz səsləndirilib və müstəqil Türkiyənin suveren olaraq qərarlar verən dövlət olduğunu bəyan ediblər. Bu da “Sülh çeşməsi” hərəkatına dəstək anlamına gəlir. Maraqlıdır ki, Kamal Kılıçdaroğlu da Suriya və İraqa hərəkatla bağlı təqdim edilən sənədə “içimiz yana-yana bəli deyəcəyik” kimi qiymət verib. Tanınmış adamlar bir-birinin ardınca dəstək ismarıclarını göndərirlər.
Bunlarla yanaşı, Türkiyə region üçün ciddi təhlükə ola biləcək terror fəlsəfəsi üzərində qondarılan bir kvazidövlətin qarşısını kəsmiş olur. Statistik məlumatlara görə, SDG-nin 110 minə yaxın silahlı adamları vardır. Onlar müasir silahlarla və kəşfiyyat texnikası ilə təmin ediliblər. D.Tramp məsuliyyətin Türkiyə, Rusiya, İran, kürdlər (onun sözüdür) və İraqın üzərinə düşdüyünü də deyib.
Oktyabrın 8-nə keçən gecə türk qırıcılarının terrorçuların obyektlərini vurmasını ekspertlər “hərəkatın ön səhifəsi” adlandırıblar. KİV terrorçuların artıq bir sıra yerlərdən çəkildiyi haqqında məlumatlar yayır. Yerli əhali arasında da hərbi əməliyyatların keçiriləcəyi yerlədən çıxanların olduğu haqqında informasiyalar vardır. Reallıqda nələrin baş verdiyi isə dəqiq məlum deyil. Hər bir halda yuxarıda vurğulanan proseslər Suriyanın şimalına hərbi müdaxilənin yaxın günlərdə geniş vüsət ala biləcəyini təxmin etməyə imkan verir.
Maraqlıdır ki, bütün baş verənlərə Dəməşqin reaksiyası yox dərəcəsindədir. Bunu Türkiyə ilə Suriya arasında razılaşmanın olması ilə əlaqələndirənlər vardır. Yəni türklər Suriya üçün təhlükə törədən silahlı radikal qrupları məhv edir, çünki ABŞ Suriyanın özünün bunu etməsinə qətiyyən razı deyil. Dəməşq, Adana müqaviləsinə görə, hüquqi olaraq bunu edə bilər. Sonrakı mərhələdə tərəflər danışıqlar yolu ilə həmin ərazi ilə bağlı məsələni həll edirlər. Lakin bölgəni tərk etmiş milyonlarla suriyalı öz yurduna qayıtmalıdır. Bütün bunlar Suriyanın unitar dövlət quruluşunun saxlanması şərti ilə həyata keçirilir. Bununla hər iki tərəf üçün uyğun bir nəticə alınır.
Beləliklə, Türkiyə tarixi bir addım atmağa hazırlaşır. Bu addım bütövlükdə Yaxın Şərqin geosiyasi taleyini həll edə bilər. Yaxın Şərqdə türk faktorunu arxa plana atmağa çalışanların arzuları puç olmuş olur. Ədalət öz yerini tapmalıdır!
Newtimes.az
Xəbərin oxunma sayı : 190
Analiz
Xəbərlər
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
-
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi - Sərəncam
-
“Traktor” komandasının azarkeşləri yeni şüar təqdim ediblər - VİDEO
-
Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın havası
-
Arıqlamaq üçün istifadə edilən toxumların faydası və zərəri nələrdir? - ARAŞDIRMA
-
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid dəfn olundu - FOTO
-
Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər-VİDEO
-
Yeraltı dayanacaqlarda kəskin qiymət artımının səbəbi nədir? - AÇIQLAMA
-
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən açıqlama
-
Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Mərkəzi Bank növbəti faiz qərarını açıqlayacaq - Tarix bəlli oldu
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR + VİDEO
-
Bakıda evə neft axır - VİDEO
-
Mənzil alışında yeniliklər - Nələr dəyişəcək?
-
“Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək“ - Vuçiç
-
Qəbiristanlıqlar hasarlanır və zəbt edilir - VİDEO
-
Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
-
Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə müraciət - VİDEO
-
Pakistanda terror hücumu nəticəsində çinlilər həlak oldular - FOTO
-
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda Musiqi Kolleci köçürülür: Valideynlər nədən narazıdırlar? - VİDEO
-
Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi - VİDEO
-
“Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır” - Azərbaycan XİN
-
Güney Azərbaycanın incisindən yeni görüntülər - VİDEO
TOP 10
ARXİV