|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Dünya qlobal böhrana sürüklənir... - Böhran Azərbaycana necə təsir edəcək?
Tarix 12.10.19, 12:48 |
|
Qırılma nöqtəsi bu dəfə də ABŞ olacaq, yoxsa…
2019-cu ilin başa çatmasına iki ay yarım qalıb. Beynəlxalq təşkilatların, analitik mərkəzlərin dünya iqtisadiyyatına dair proqnozları getdikcə bədbinləşməkdədir. Artıq ilin əvvəlindən bəri dünyada iqtisadi artımla bağlı əksər proqnozlarda azalmaya doğru ciddi dəyişikliklər edilib. Bunların fonunda bütün dünyada biznes yeni qlobal böhran gözləntisinə məhkum olunmuş vəziyyətdədir.
Məsələ burasındadır ki, növbəti böhranın başlanma vaxtına dair proqnozların əksəriyyətində 2020-2021-ci illər qeyd edilir. Bunun isə əsas səbəbi ABŞ-da baş verən böhranlar tsiklidir. Belə ki, son yarım ildə bu ölkədə qısamüddətli istiqrazlar hökumət və şirkətlərə uzunmüddətli borc kağızlarının buraxılmasından daha baha başa gəlir. Müşahidələr göstərir ki, son 50-60 ildə hər dəfə belə vəziyyət yarandığı zaman ABŞ-da iqtisadi tənəzzül başlayır. Bu zaman tənəzzül indikator meydana gələndən minimum 9, maksimum 20 ay sonra qeydə alınır. Bu indikator əsasında aparılan hesablamalara əsasən ABŞ-da iqtisadi tənəzzülün, onun ardınca isə bütün dünyanı əhatə edəcək böhranın başlanması müddəti olaraq 2020-ci il proqnozlaşdırılır.
Düzdür, heç də hamı bu hesablamanı mütləq həqiqət kimi qəbul etmir: dünya iqtisadiyyatı elə vəziyyətdədir ki, qırılma nöqtəsinin məhz hara, hansı sektor olacağını proqnozlaşdırmaq qeyri-mümkün hala gəlib. Gözlənilən böhranla bağlı müzakirələri dünya iqtisadiyyatının artım tempində qeydə alınan zəifləmə daha da gücləndirir.
Hazırda dünya iqtisadiyyatı üçün əsas təhdid qismində ABŞ-Çin ticarət savaşı çıxış edir. Bu ölkələr arasında iqtisadi münasibətlərin tez-tez dəyişməsi bütün dünyada qeyri-müəyyənlik yaradır. Qeyri-müəyyənlik isə biznes üçün ən ciddi problem deməkdir: heç bir plan qurmaq, biznesin genişləndirilməsi üçün ciddi addımların atılması mümkün olmur. Nəticədə yeni layihələrin icrasına başlanmır, yeni iş yerləri yaradılmır, yeni dəyər əldə olunmur, iqtisadiyyatın artım sürəti zəifləyir. Bu isə zəncirvari prosesə çevrilərək xammal bazarlarında tələbatın, müvafiq olaraq onların istehsalçısı olan şirkətlərin və ölkələrin gəlirlərinin azalması, son nəticədə iqtisadiyyata kapital qoyuluşlarının aşağı düşməsinə səbəb olur.
2018-ci ildən başlayan ABŞ-Çin ticarət savaşı artıq dünya iqtisadiyyatında ümumi azalmanın meydana çıxmasına səbəb olub. Dünya ticarəti 2008-2009-cu illərin maliyyə böhranından bəri ilk dəfədir ki, ardıcıl 3 rübdə azalma nümayiş etdirir. Bu azalma birinci rübdə 1,4 faiz, ikinci rübdə isə 0,7 faiz olub, hazırda da davam edir. İstehsalda biznes aktivliyi(PMI) son 7 ilin, ümumi iqtisadiyyatda isə son 3 ilin ən aşağı həddindədir.
Dünyada iqtisadi böhran ile ilgili görsel sonucu
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, iki nəhəng iqtisadiyyatın toqquşması 2020-ci ildə qlobal ÜDM-in 700 milyard dollara qədər azalmasına gətirib çıxaracaq.
Real göstəricilərlə yanaşı, müxtəlif beynəlxalq qurumların, analitik mərkəzlərin dünya iqtisadiyyatına dair proqnozlarında azalma baş verir.
Dünya Bankı qlobal iqtisadi artımın həm bu il, həm də gələn il daha az artacağı qənaətindədir. Beynəlxalq ticarət fəaliyyətinin səngidiyi, qlobal ticarət gərginliyinin artdığı və bəzi böyük inkişaf etmiş iqtisadiyyatların bazar təzyiqi ilə qarşı-qarşıya qaldığını bildirən qurum qeyd edir ki, xarici tələbdəki azalma, artan borc xərcləri və davam edən siyasi qeyri-müəyyənliklər inkişaf etmiş iqtisadiyyatlarda artım üzərində təzyiq yaratmağa davam edəcək.
Qlobal iqtisadi artıma dair proqnozlarını Beynəlxalq Valyuta Fondu (IMF) da azaldıb. Bu qurum da iqtisadi artıma ən ciddi təhdid kimi ABŞ-Çin ticarət savaşını göstərir. Eyni zamanda “Brexit”in yaratdığı qeyri-müəyyənlik, geosiyasi gərginliyin artması da dünya iqtisadiyyatının inkişafını yavaşıdan əsas amillər sırasındadır.
Fitch Reytinq Agentliyi dünya iqtisadiyyatı barədə daha bədbin fikirdədir. Agentlik 2020-ci ildə dünya iqtisadiyyatında artım proqnozunu 2,8 faizdən 2,7 faizə endirib. Agentlik hesab edir ki, artım dinamikasının ləngiməsinə Çin, ABŞ və Braziliyada iqtisadi artımın və istehlakın zəifləməsi, digər inkişaf etmiş ölkələrdə isə daha aşağı artımın baş verməsi səbəb olacaq.
Fitch gələn il üçün Çindəki artım proqnozunu 6,1 faizdən 6 faizə, ABŞ-da 1,9 faizdən 1,8 faizə, Braziliyada isə 2,7 faizdən 2,2 faizə endirib.
ABŞ-da nə baş verir?
Hazırda bütün dünya analitiklərinin gözü dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-dadır. Qlobal böhranda qırılma nöqtəsinin məhz bu ölkə olacağına dair rəylər getdikcə artır. Belə ki, ABŞ prezidentinin Çinlə, eləcə də ənənəvi ticarət tərəfdaşı olan Avropa ilə başlatdığı ticari savaşlar ölkə iqtisadiyyatına təsirsiz ötüşmür. Məsələn, Tramp Çinlə danışıqları dayandırdıqdan sonra ABŞ-da istehlakçı inamı kəskin zəifləyib, danışıqlar bərpa olunduqdan sonra əvvəlki səviyyəsinə qayıdıb. Son günlərdə Trampın Çinlə razılaşmanın əldə olunacağına inam ifadə etməsinə rəğmən, Pekinin optimist olmayan açıqlamaları ABŞ-da istehlakçı inamı yenidən zəifləməyə başlayıb.
ABŞ-da büdcə kəsirinin gözləniləndən daha sürətlə böyüməsi də təhlükəli siqnallardan biri hesab olunur. Belə ki, kəsirin bu il 896, gələn il isə 892 milyard dollar olacağı gözlənilirdi. Lakin elə bu ildən bu göstərici 1 trilyon dolları keçib. Bu zaman ölkənin dövlət borcu ÜDM-in 79 faizinə çatıb, yaxın 10 ildəsə 95 faizinə çatması gözlənilir.
ABŞ birjalarında şirkət sahibləri və idarəçilərinin gündəlik pay satışı 600 milyon dollara çatmaqla, maliyyə böhranından bəri ən yüksək tavana vurub. Burada istehsalçı PMI 2008-ci ildən bəri ən aşağı səviyyəyə – 50 faizin altına düşüb.
Trampın Avropaya yeni cəbhə açması problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Belə ki, oktyabrın 18-dən etibarən ABŞ Avropadan idxal etdiyi şərab, viski, pendir və bir sıra başqa məhsullara yeni idxal vergisi tətbiq edəcək. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edən Tramp Administrasiyası Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan idxal edilən şərnişin təyyarələrinə 10 faiz, İrlandiya və Şotlandiya viskiləri və digər Avropa məhsullarına 25 faiz rüsüm tətbiq etmək niyyətindədir. Bu addımını Tramp beş Avropa ölkəsinin “Airbus” şirkətinə dəstəyinin əvəzində əlavə rüsumlardan eyni həcmdə – 7,5 milyard dollar toplayıb “Boeing”ə verəcəyi ilə əsaslandırır. Avropa Komissiyası isə ABŞ rüsumları tətbiq edəcəyi təqdirdə, onların da eyni həcmdə ABŞ məhsullarına rüsum tətbiq edəcəklərini açıqlayıb.
İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, bu addım qlobal ticarət savaşının yeni mərhələyə qədəm qoyması anlamına gəlir: “Bu kontekstdən, 2020-ci ildə də qlobal iqtisadi artım tempinin azalması və strateji bazarlarda volatilliyin yüksək olması gözləniləndir. Deməli, ticarət savaşları yeni qlobal iqtisadi böhran üçün ciddi əsaslar yaratmaqdadır”.
Bu günlərdə isə ABŞ Çinin öz texnoloji imkanları (xüsusilə əhalinin kütləvi video müşahidəsinin təşkili) ilə insan haqlarının pozulmasında hökumətlərinə dəstək verən xeyli sayda şirkətini sanksiya siyahısına daxil edib. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Çin rəsmilərinin açıqlamalarından görünür ki, bu addımdan ticarət müharibəsi qədər narahatlıq var:“ABŞ iqtisadiyyatı ilə bağlı narahatçılıq da artır. Dünyanın ən nəhəng iqtisadiyyatı likvidlik problemi ilə üzləşib. FED REPO əməliyyatları vasitəsilə pul bazarına 150 milyard dollara yaxın vəsait inyeksiya etsə də, defisit probleminin həll olunmadığı görünür. Banklararası bazarda günlük kreditləşmə (overnayt Repo əməliyyatları) üzrə faizlərin birdən-birə 4 dəfə artması FED-i bu addımı atmağa məcbur etmişdi.
Faiz siyasətinin yumşaldıdığı şəraitdə REPO dəstəyinin belə likvidlik defisiti problemini həll edəcəyi, deyəsən, mümkün görünmür. FED son 5 ildə ilk dəfə yenidən kəmiyyət yumşaldılmasına getməli olacaq.
2008-2014-cü illərdə çap maşını hesabına həyata keçirdiyi QE proqramı nəticəsində FED-in balansı 5 dəfə artaraq 900 milyard dollardan 4.5 trilyon dollara çatmışdı. QE proqramı FED tərəfindən aktivlərin maliyyə institutlarından alınması və onları böyük həcmdə likvidlik imkanın təqdim edilməsidir. Belə xəbərlər də var ki, ABŞ-ın hökumət istiqrazlarının ən böyük alıcıları Çin və Yaponiya bu bazarda iştiraklarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdıqları üçün FED çap maşını hesabına yerli maliyyə institutlarına dəstək verməklə hökumətin borclanmasına dəstək vermiş olur. Son bir ildə isə balansın əvvəlki həcmə qaytarılması istiqamətində addımlar artıq yarımçıq saxlandı (600 milyard dollar azalma olmuşdu və balans 3.9 trilyon dollara düşmüşdü)”.
Ekspertin fikrincə, bu baş verənlər bütün bəyanatlara, bəzi makroiqtisadi göstəricilərin (işsizlik, inflyasiya) yaxşı olmasına baxmayaraq, bir nömrəli iqtisadiyyatda narahatlıqlar olduğunu göstərir: “Hətta FED-in son iclasının icitimaiyyət üçün açıqlanan protokollarının stenoqramı göstərir ki, qurumda olan peşəkarlar yaxın dövr üçün ABŞ-da yeni resessiya riskini real sayırlar.
Eyni zamanda, Asiya və Avropanın iqtisadi nəhənglərinin demək olar ki, hamısında iqtisadi artımın zəifləməsi müşahidə edilir. Bunun üzərinə onu da əlavə edin ki, ötən həftə ABŞ neft hasilaıtnda yeni rekorda çıxdı – gündəlik hasilat 200 min barrel artaraq 12.6 milyon barrelə çatdı. Neft məhsullarının ixracı da ilin əvvəlindən 20 faiz artaraq tarixi rekord göstəriciyə yetişib”.
Böhran Azərbaycana da çata bilərmi?
R.Ağayev hesab edir ki, yeni bir resessiya və ABŞ-ın timsalında qlobal bazarlara əlavə neft təklifi neft bazarını yenidən çalxalasa, ən böyük zərbəni dayanıqlı iqtisadi inkişafa malik olmayan resurs ölkələri ala bilər: “Azərbaycan iqtisadiyyatı 2015-2016-cı ilin iqtisadi şokundan hələ də özünə gələ bilmir”.
V.Bayramov da bildirir ki, qlobal ticarət savaşının yaradacağı böhran tələbi azaltmaqla neft bazarında qiymətləri endirəcək: “Neftin qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan çox vacibdir. Ölkəmizin ixracatında xam neftin payı 81 faiz, enerji məhsullarının ümumi payı isə 90 faizə yaxındır. 2019-cu il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hələlik orta qiymət 60 dollardan yüksək olsa da, növbəti 3 aydakı tendensiya heç də nikbin notlar formalaşdırmır. Azərbaycan üçün fiskal qırmızı xətt 60, monetar qırmız xətt isə 50 dollardır. Bu baxımdan, neftin qiymətindəki azalmalar monetar baxımdan da arzuolunan deyil. Neftin qiymətində azalmalarda davam edərsə, bu, dünya bazarında dolların möhkəmlənməsinə səbəb olacaq. Bu halda ölkəmizdə də dollara tələbin artacağı istisna edilmir. Hər halda, qlobal ticarət savaşı nəinki inkişaf etmiş, heç inkişaf etməkdə olan ölkələr üçün də yaxşı nə isə vəd etmir”(musavat.com).
Xəbərin oxunma sayı : 688
İqtisadiyyat
Xəbərlər
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
-
Meteohəssas insanlarda narahatlıq hissi yarana bilər - Sabahın havası
-
Əhaliyə ən çox hansı banklar kredit verib? – Tam siyahı
-
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? - VİDEO
-
Aygün və Namiq toyda hərəkətləri ilə diqqət çəkdilər - VİDEO
-
Fransa şəhər meri nasist salamı verdi - VİDEO
-
“İsrail HƏMAS-a təzyiqi artıracaq” - Benyamin Netanyahu
-
Azərbaycanda un 30% ucuzlaşdığı halda, çörək niyə 11% ucuzlaşıb? – Rəsmi rəqəmlər
-
Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA
-
Erməni postları sökülür - Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər
-
Tarixin ən davamlı avtomobilləri - SİYAHI
-
Ukrayna Rusiyanın böyük hücumuna hazırlaşır - Zelenski qələbəyə inanır
-
Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir
-
Roza toy qiymətini açıqladı - 5-12 min manat (VİDEO)
-
ABŞ “son ukraynalıya qədər döyüş“ə məcbur edir - Volodin
-
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ermənilər Qazaxın 4 kəndinə gedən yolu bağladılar – Video
-
“İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb“ - Türkiyə DİN
-
Qazaxıstanda daşqınlar: Doqquz minə yaxın şəxs evinə qayda bilmir
-
Hədəfə doğru növbəti addım: Kremlin dəyişən baxışı - TƏHLİL
-
Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq
-
Bakıdan sonra ən çox fərdi sahibkar hansı regiondadır? - SİYAHI
-
“Ukrayna münaqişəsindən çıxış yolu yoxdur” - İlon Mask
-
Azərbaycanda hotellər bahalaşdı - VİDEO
-
Bugünkü imtahanda nəzarətçi köçürməyə şərait yaradıb – Rəsmi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Vaşinqton Kiyevə yardımla bağlı qəti cavab alacaq” - Mariya Zaxarova
-
“Qobu park 3” yaşayış kompleksində binalar əyildi – VİDEO
-
İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər
-
Azərbaycanda bu məhsul kəskin ucuzlaşdı - VİDEO
-
“Türkiyə Qəzza üçün qarant ölkə olmalıdır” - İsmayıl Haniyə
TOP 10
ARXİV