Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Əlimizdə dəlillər var, bu hücuma cavab verəcəyik…” – General Əli Şamxani

Tarix 13.10.19, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


İran Qırmızı dənizdə, Səudiyyə Ərəbistanı sahillərindən təxminən 100 kilometr məsafədə ötən cümə günü raket zərbələrin tuş gələn neft tankerinə görə cavab tədbirləri ilə hədələyib. Virtualaz.org xəbər verir ki, hərçənd İran rəsmiləri bu hücumun kim tərəfindən edildiyi barədə fərqli bəyanatlar verirlər.

Xəbər verildiyi kimi İrana məxsus “Sabiti” adlı neft tankerinə iki raket atıldığı, nəticədə tankerdə partlayış və yanğın baş verdiyi açıqlanıb. Dənizə böyük həcmdə neft sızması olub. İran əvvəlcə heç bir sübut göstərmədən bu hadisəni “terror hücumu” adlandırıb.

Ötən gün oktyabrın 12-də isə İrnın milli təhlükəsizlik üzrə Ali şurasının katibi, general Əli Şamxani hücumun Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirildiyini bildirib. “Dəniz quldurluğu və beynəlxalq sularda ticarət gəmilərinin təhlükəsizliyinə zərbə vurmaq üçün  həyata keçirilən bəd əməllər cavabsız qalmayacaq”,-Şamxani bildirib.

General deyib ki, tankerə Səudiyyə Ərəbistanı sahillərindən iki raketlə hücum edilib. O, hücum barədə videomaterialların və digər dəlillərin əldə olunduğunu deyib. Şamxani bildirib ki, “Sabiti” tankerinə hücuma görə cavab vermək üçün xüsusi komitə yaradılıb.

İran parlamentinin milli təhlükəsizlik komitəsindən isə deyiblər ki, hücuma görə ABŞ və İsrail məsuliyyət daşıyır. Mənbənin bildirdiyinə görə, tankerə iki raketin buraxılması həmin ölkələrin regionda gərginliyi artırmağa yönəlmiş fəaliyyətinin nəticəsidir.

Avia.pro portalının yazdıına görə, İran əvvəlcə Səudiyyə Ərəbistanına cavab verməyə hazırlaşıb. Lakin danışıqlar zamanı məlum olub ki, Ər-Riyadın bu hücumda əli yoxdur və hadisədən əvvəl region üzərində İsrailin pilotsuz aviasiyasının uçuşları qeydə alınıb.








Xəbərin oxunma sayı : 721




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap