Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan yığması Macarıstana uduzduruldu - Hakim təmiz vurulan qolu saymadı - VİDEO

Tarix 13.10.19, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxıb. 

“Report”un Budapeştə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, E qrupunda VIII tur matçında rəqib Macarıstan yığması olub. Budapeştdəki “Groupama Arena”da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya ilə 1:1 hesablı heç-heçə ilə yekunlaşmış ötən oyunla müqayisədə start heyətində bir sıra dəyişikliklər etməli olub. Qapını Emil Balayev qoruyubsa, zədəsini sağaldan Bədavi Hüseynov müdafiənin mərkəzində Bəhlul Mustafazadə ilə duet təşkil edib. Müdafiənin solunda Şəhriyar Rəhimov, sağında cəzalı Maksim Medvedevin yoxluğunda Pavel Paşayev ye alıb. Yarımmüdafiənin mərkəzində kapitan Qara Qarayevlə Riçard Almeyda, eləcə də milliyə yenidən dəvət alan Eddi İsrafilov qərarlaşıb. Hücum xəttində isə solda Təmkin Xəlilzadə, sağda Ağabala Ramazanov, sivri ucda Ramil Şeydayev yer alıb.

UEFA-nın verdiyi cəza üzündən görüşü yerli azarkeşlərdən yalnız 14 yaşadək uşaqlar izləyib. Eyni zamanda tribunada 200-dək azərbaycanlı azarkeş milliyə dəstək verib.
Matç Macarıstan yığmasının hücumları ilə başlayıb. İlk qol özünü çox gözlətməyib. 10-cu dəqiqədə meydan sahiblərinin yerinə yetirdikləri künc zərbəsindən sonra müdafiəçilər topu uzaqlaşdırıblar. Bu zaman Mihay Korhut topu saxlamadan qapıya göndərərək, baxımlı qola imza atıb.

Hesabı açdıqdan sonra da yerli komanda hücumlarını davam etdirib. Azərbaycan millisi ilk yarının sonlarına doğru təhlükəli vəziyyətlər yaratma cəhdləri edib. Amma rəqibin hücumları daha təsirli alınıb. Xoşbəxtlikdən, fasiləyədək hesab artmayıb.
İlk yarı həm də Macarıstan yığmasından Gergö Lövrençiç, Azərbaycan millisindən isə Şəhriyar Rəhimovun kobud oyuna görə sarı vərəqə alması ilə yadda qalıb.

Azərbaycan yığması ilk künc zərbələrini ikinci hissənin əvvəllərində yerinə yetirib. Lakin yenə nəticə hasil olmayıb. 54-cü dəqiqədə isə Riçard Almeyda zədələnib. Nəticədə o, oyunu davam etdirə bilməyib və 58-ci dəqiqədə yerini Araz Abdullayevə verib. 66-cı dəqiqədə isə Təmkin Xəlilzadənin yerinə Cavid Hüseynov meydana girib. Bundan sonra Hüseynov mərkəzdə, Abdullayev sağda yer alıb. Sola isə Ramazanov çəkilib.

Bundan 1 dəqiqə sonra İsrafilov kobud oyuna görə sarı vərəqə ilə cəzalanıb. Meydan sahibləri də “borclu” qalmayıb. Hollandiyalı referi Dennis Higler qolun müəllifi Korhuta “sarı” göstərib. Amma bu futbolçunun 78-ci dəqiqədə daha bir qol vurmaq imkanı olub. Yaxşı ki, bu dəqiqə zərbə azacıq qapıdan yan keçib.
85-ci dəqiqədə Yurçeviç son əvəzləməyə əl atıb. Bu dəfə Ramazanov yerini Renat Dadaşova verib.

Azərbaycan millisi rəqibin qapı çərçivəsinə ilk zərbəni isə 87-ci dəqiqədə vurub. Cərimə zərbəsindən sonra Eddi İsrafilovun başla vuruşu zəif alınıb.

Beləliklə, Azərbaycan millisi 6-cı matçında 5-ci məğlubiyyətə düçar olaraq 1 xalla sonuncu pillədə qalıb və final mərhələsinə qatılma şanslarını tam itirib. Macarıstan əvvəlki 5 qarşılaşmadan fərqli olaraq, bu dəfə ən azı 3 yox, cəmi 1 qolla qələbə qazanıb.

Azərbaycan yığma isə həm də seçmə tsikldə ilk dəfə rəsmi oyununu qolsuz başa vurub. Hərçənd, 90+4-cü dəqiqədə bu qolu vurmaq mümkün olub. Amma referi mübahisəli qərar qəbul edərək, qolu saymayıb. O, Mustafazadənin əllə oynadığını bildirib. Buna etiraz edən Qarayev sarı vərəqə alıb.

Qeyd edək ki, videotəkrarda vurulan qolun təmiz olduğu açıq görünür. Ancaq hakim bu qolu saymayaraq, Azərbaycan yığmasını qəsdən uduzdurdu!

Görüşdən sonra azərbaycanlı azarkeşlər milli komandanı tribunaya çağıraraq alqışlayıblar.

Bu zaman Şeydayev formasını onlara bağışlayıb. Bəzi futbolçular isə hakimlərlə mübahisəni davam etdirsələr də, nəticə dəyişməyib.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran Macarıstan isə 2-ci pilləyə yüksəlib.








Xəbərin oxunma sayı : 742




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap